Məhkəmə qərarları › İş №2(069)-169/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-169/2023

17.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-169/2023 17.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Ərizəçi, Maralı şəxs Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maralı şəxs Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə 04 aprel 2003-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikahlarının pozulması və xx.xx.2006-cı ildə anadan olmuş Nasimin Maraqlı şəxs himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh Maraqlı şəxs ilə evlənmiş, 04 aprel 2003-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində nikahlarını rəsmi qeydə aldırmışlar. Onların birgə nikahlarından xx.xx.2006-cı ildə Nasim və xx.xx.2023-cü ildə Asim adlı iki övladları anadan olmuşdur. Cavabdehlə faktiki olaraq neçə vaxtdır ki, ailə münasibətləri tamamilə kəsilmişdir. O, valideyinlərinin evində yaşayır. Cavabdehlə ayrı yaşayır və ümumi təsərrüfatlarını birgə idarə etmirlər. Cavabdehlə bir ailədə yaşamaq və normal ailə münasibətləri yaratmaq mümkün deyil. Cavabdehlə nikahları formal xarakter daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsində göstərilir: «bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşma çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur». Uşaqlara görə aralarında mübahisə yoxdur. Eyni zamanda Mediasiya Şurasına müraciət etmiş və Mediasiyadan məktub alaraq ərizəyə əlavə etmişdir. Ona görə də, Maraqlı şəxs ilə 04 aprel 2003-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikahlarının pozulması və xx.xx.2006-cı ildə anadan olmuş Nasimin Maraqlı şəxs himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, maraqlı tərəf Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair iddiasını müdafiə edir. Belə ki, 2003-cü ildə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının ləğv edilməsi, xx.xx.2003-cü ildə doğulmuş X4 və xx.xx.2006-cı ildə doğulmuş X3 üçün alimentdən imtina etmiş, uşaqlarla görüş uşaqların istəyi ilə olmasını razılaşmış və xx.xx.2006-cı ildə doğulmuş X1 atasının himayəsində qalmasına razıdır. Ona görə də, Maraqlı şəxs ilə 04 aprel 2003-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikahlarının pozulması və xx.xx.2006-cı ildə anadan olmuş Nasimin Maraqlı şəxs himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maralı şəxs Maraqlı şəxs məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Ərizəçi barışıq sazişinin təsdiq edilməsini qəbul edir və boşanmağa razıdır. Ona görə də, onunla Ərizəçi arasında Cəbrayıl 1 saylı Mediasiya təşkilatında bağlanmış 26 iyun 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi ("Birinci tərəf") və Maraqlı şəxs ("İkinci tərəf") arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişinin surətindən görünür ki, birinci tərəf X5 və ikinci tərəf Maraqlı şəxs arasında 2003-cü ildə Beyləqan rayonu Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının ləğv edilməsini qəti istəmiş, birinci tərəf Ərizəçi, xx.xx.2003-cü ildə doğulmuş X4 və xx.xx.2006-cı ildə doğulmuş X3 üçün alimentdən imtina etmiş, uşaqlarla görüş uşaqların istəyi ilə olmasını razılaşmış və birinci tərəf xx.xx.2006-cı ildə doğulmuş X1 atasının himayəsində qalmasına razı olmuşdur. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli nikah kitabından çıxarışdan görünür ki, Maraqlı şəxs ilə X6 arasında nikah xx.xx.2003-cü il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış və 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdullayev, arvada Abdullayeva soyadı verilmişdir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli arayışdan görünür ki, X4 xx.xx.2023-cü il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 31 may 2023-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2006-cı il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Əmirallar kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 01 iyun 2023-cü il tarixli, 184 saylı arayışdan görünür ki, Xocavənd rayon, Əmirallar kənd sakini X5 həqiqətən Beyləqan rayonunun inzibati ərazisində məcburi köçkünlər üçün tikilmiş 500 ailəlik Xocavənd qəsəbəsində ev 178-də məskunlaşıb yaşayır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən ərizəçi X5 ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X5 ilə Maraqlı şəxs arasında Cəbrayıl 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında Beyləqan rayon Qeydiyyat Şöbəsində 04 aprel 2003-cü il tarixdə bağlanmış və 05 № ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra xx.xx.2006-cı il təvəllüdlü X3 atası Maraqlı şəxs yanında qalması müəyyən edilsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar