Məhkəmə qərarları › İş №2(069)-179/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-179/2023

29.08.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-179/2023 29.08.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə muraciət edərək, nikahın pozulması, aliment və uşaqların himayədə qalmalarının müəyyən edilməsinə dair xx.xx.2023-cü il tarixli, MŞC/1/00592 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 12 mart 2012-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə aldırmışlar. Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2012-ci ildə Nihad, xx.xx.2014-cü ildə Nicat adlı 2 uşaqları anadan olmuşdur. Eldənizlə ailə qurduqları vaxtdan münasibətləri yaxşı olsa da sonradan tamami ilə pisləşmişdir. Hazırda o, uşaqları ilə birlikdə yaşayır. Maraqlı şəxs ilə barışmaları mümkün olmadığından o, ayrılmaq qərarına gəlmişdir. Bunun üçün əvvəlcə mediasiya şurasına müraciət etmiş və sənədləri qəbul olduqdan sonra maraqlı tərəfə bildiriş göndərilmişdir. Maraqlı tərəf kimi Maraqlı şəxs da mediasiya şurasında iştirak etmiş, onlar mediasiya şurasında qarşılıqlı razılığa gəlmişlər. Həmin razılığa əsasən, Maraqlı şəxs xx.xx.2012-ci ildə anadan olan Nihad və xx.xx.2014-cü ildə anadan olan Nicat adlı uşaqların saxlanması üçün hər ay hər uşaq üçün 50 manat alimentin verilməsini öhdəsinə götürmüş, uşaqlarının onun yanında qalmalarının müəyyən edilməsinə və aralarında 12 mart 2012-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikahın pozulmasına razılıq vermişdir. O, da öz növbəsində uşaqları ilə Maraqlı şəxs həftənin altıncı, bazar günləri və tətil günlərində görüşməsinə şərait yaradacağını öhdəsinə götürmüşdür. Beləliklə aralarında razılıq əldə olunmuş və Cəbrayıl 1 saylı Mediasiya təşkilatının mediatoru Cəmilli Cəmil Həsən oğlu tərəfindən xx.xx.2023-cü il tarixli, MŞC/1/00592 nömrəli Barışıq sazişi tərtib edilmişdir. Maraqlı tərəflə ayrılmaq onun qəti fikridir. Boşanmaqda israsrlıdır və onlara vaxt verilmədən boşanmaq istəyir. O, cavabdehin maddi imkanını nəzərə alıb hər uşaq üçün 50 manat aliment tələb edir. Maraqlı şəxs bir ata kimi uşaqlarına əlavə köməklik edəcəyinə söz vermişdir. Ona görə də, onunla marqlı tərəf Maraqlı şəxs arasında 12 mart 2012-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanılmış nikahlarının pozulması, Maraqlı şəxs xx.xx.2012-ci ildə anadan olan Nihad və xx.xx.2014-cü ildə anadan olan Nicat adlı uşaqlarının onun himayəsində qalması və həmin uşaqların saxlanılması üçün hər ay hər bir uşağa görə 50 manat alimentin onun xeyrinə tutulması barədə maraqlı tərəf Maraqlı şəxs ilə aralarında mediasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli, MŞC/1/00592 nömrəli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək göstərmişdir ki, iddianı müdafiə edir. Himayəsində iki azyaşlı uşaqlarının olmasını nəzərə alıb, işə onun iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Ərizəçi ona qarşı nikahın pozulması, aliment və uşaqların analarının himayəsində qalmalarının müəyyən edilməsi barədə xx.xx.2023-cü il tarixli, MŞC/1/00592 nömrəli Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsini qəbul edir. Belə ki, barışıq sazişində uşaqları ilə görüşməyi öhdəsinə götürmüşdür. Lakin ərizədə uşaqlarla görüşün təsdiq edilməsi qeyd olunmamasına baxmayaraq, ərizədə göstərilənlərlə tam razıdır. Ona görə də, ərizəçinin qeyd etdiyi kimi barışıq sazişinin yəni nikahın pozulması, aliment və uşaqların analarının himayəsində qalmalarının müəyyən edilməsi barədə 10 may 2023-cü il tarixli barışıq sazişinin təmin edilməsinə etiraz etmir və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, Ərizəçi ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Ərizəçi (“Birinci tərəf”) və Maraqlı şəxs (“İkinci tərəf”) arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında 12 mart 2012-ci ildə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının ləğv edilməsini qəti istəmiş, xx.xx.2012-ci ildə doğulmuş Nihad və xx.xx.2014-cü ildə doğulmuş Nicat adlı uşaqları üçün aliment tələbini tərəflər aralarında razılaşaraq hər uşaq üçün hər ay 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat məbləğində alimenti birinci tərəf Ərizəçi ödəyəcəyini ikinci tərəf Maraqlı şəxs öz öhdəsinə götürmüş, həftənin altıncı, bazar, bayram və tətil günlərində xx.xx.2012-ci ildə doğulmuş Nihad və xx.xx.2014- cü ildə doğulmuş Nicat adlı uşaqları ilə görüşməyi ikinci tərəf öz öhdəsinə götürmüş, ikinci tərəf xx.xx.2012-ci ildə doğulmuş Nihad və xx.xx.2014-cü ildə doğulmuş Nicat adlı uşaqları anasının himayəsində qalmasına razı olmuşdur. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 mart 2023-cü il tarixli, AZ-İ seriyalı 721859 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi arasında nikah xx.xx.2012-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış və 10 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Əmirova soyadı verilmişdir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışdan görünür ki, X5 xx.xx.2012-ci il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 163 saylı arayışdan görünür ki, Əmirova X1 rayon Muğanlı kənd sakinidir və hal-hazırda məcburi köçkün kimi Xocavənd rayon 500 ailəlik Xocavənd qəsəbəsi 252 saylı evdə məskunlaşmışdır. İş materiallarında olan AA******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi (fərdi identifikasiya nömrəsi xxxxxxx) xx.xx.1984-cü ildə doğulmuşdur. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZE seriyalı 0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Məmmədov X2 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Cəbrayıl 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Birinci tərəf Ərizəçi və ikinci tərəf Maraqlı şəxs arasında Beyləqan rayon Qeydiyyat Şöbəsində 12 mart 2012-ci il tarixdə bağlanmış və 10 № ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X6 anası Ərizəçi yanında qalması müəyyən edilsin. Maraqlı şəxs xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün hər ay 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat məbləğində aliment birinci tərəf Ərizəçi xeyrinə tutulsun. Alimentin tutulması hissəsi dərhal icraya yönəldilsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar