Məhkəmə qərarları › İş №2(069)-182/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-182/2023

18.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin öhdədə olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-182/2023 18.12.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs Başçısının Qəyyumluq və X29 Komissiyasına qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında şəxsin öhdədə olması faktına” dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 04 yanvar 2017-ci il təvəllüdlü X9 və 10 iyun 2018-ci il təvəllüdlü X6 onun himayəsində (yanında) olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-ci ildə məlum Qarabağ hadisələri ilə əlaqədar olaraq Xocavənd rayonu, Xocavənd kəndindən məcburi köçkün düşərək, Bakı şəhərində məskunlaşıb yaşayır. Bakı şəhərində yaşadığı dövrdə Əbdül adlı şəxslə 11 aprel 2010-cu il tarixdə qeyri rəsmi, faktiki nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Əbdül ilə faktiki ailə münasibətlərindən Bakı şəhərində 02 may 2011-ci ildə X10, 31 mart 2013-cü ildə X14, 04 yanvar 2017-ci ildə X17 və 10 iyun 2018-ci ildə X11 adlı uşaqları doğulmuşdur. Birgə yaşadıqları müddət ərzində Əbdül Məmmədov onunla yola getməmiş, ailənin saxlanması üçün tələb olunan maddi qazanc gətirməmiş və nəhayət o, 2018-ci ilin avqust ayında özünə məxsus sənədləri, əşyalarını və paltarları götürüb evdən çıxıb getmişdir. Həmin vaxtdan uşaqları ilə maraqlanmamış, heç bir maddi və mənəvi köməklik göstərməmişdir. O, uşaqları ilə birlikdə məcburi köçkün kimi Bakı şəhəri, Xətai rayonu, Lütfüzadə (Telnov) 2347/48 saylı məhəllə, bina 4, blok D, mənzil 577-də məskunlaşıb yaşayır. Övladlarını tək böyüdür və onun yeganə gəlir mənbəyi dövlət tərəfindən məcburi köçkünlərə verilən çörək puludur. Əbdül Məmmədov uşaqlarını atıb getdiyinə görə 2018-ci ilin avqust ayından faktiki olaraq dörd azyaşlı uşaqları Zeynəb, Nuray, Mirzə və Əbülfəz onun öhdəsində himayəsində (yanında) olmaqla bir ana kimi onların tərbiyyəsi və bütün maddi və digər tələbləri onun tərəfindən ödənilir. Hazırda maddi vəziyyətinin ağır olması ilə əlaqədar Sosial müavinətlərin verilməsi üçün Sosial Müdafiə mərkəzinə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Uşaqlarının öhdəsində olmaları faktının müəyyən edilməsi ona dövlət tərəfindən verilən Sosial müavinətləri almağı üçün lazımdır. Uşaqlarının onun himayəsində yaşamalarını onunla qonşuluqda yaşayan qonşularıda təsdiq edə bilərlər. Ona görə də, 04 yanvar 2017-ci il təvəllüdlü X9 və 10 iyun 2018-ci il təvəllüdlü X6 onun himayəsində (yanında) olmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında Maraqlı şəxs Başçısının Qəyyumluq və X29 Komissiyası lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Maraqlı şəxs Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Quliyeva xx.xx.2023-ci il tarixdə məhkəməyə məktubla müraciət edərək göstərmişdir ki, Ərizəçi Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi qəbul edirlər. Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2023-cü il tarixli rəyi ilə Ərizəçi uşaqları X17 və X6 analarının himayəsində (yanında) olmaları məqsədə uyğun hesab edilmişdir. İşlərin çoxluğu ilə əlaqədar olaraq xx.xx.2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmirlər. Məhkəmə mülki işə Maraqlı şəxs Başçısının Qəyyumluq və X29 Komissiyasının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və X29 Komissiyanın rəyini nəzərə alıb, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan AA seriyalı 088197 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan Xocavənd rayon İHB-nın Xocavənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 08 avqust 2023-cü il tarixli, 241 nömrəli arayışından görünür ki, Xocavənd rayon, Xocavənd kənd sakini məcburi köçkün Ərizəçi ünvan 1 ünvanında məskunlaşıb yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bakı şəhəri Sabunçu rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli, 298 nömrəli arayışından görünür ki, Xocavənd rayonundan məcburi köçkün Ərizəçi ünvan 2 ünvanında qızı X10, qızı X14, oğlu X17 və oğlu X11 ilə birlikdə müvəqqəti məskunlaşıb yaşayır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/132003-23 saylı arayışdan görünür ki, Ərizəçi subaydır və onun nikah bağlanmasına mane olan hallar mövcud deyil. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli, AZ-İV nömrəli 815076 seryalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 04 yanvar 2017-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 dekabr 2022-ci il tarixli, AZ-İV nömrəli 815077 seryalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 10 iyun 2018-ci il tarixdə doğulmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-3756 saylı arayışdan görünür ki, X17 04 yanvar 2017-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə xx.xx.2022-ci il tarixində Xətai rayon Qeydiyyat Şöbəsində 220 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası Ərizəçidır. Doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, xx/xx-3757 saylı arayışdan görünür ki, X11 10 iyun 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə xx.xx.2022-ci il tarixində Xətai rayon Qeydiyyat Şöbəsində 221 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası Ərizəçidır. Doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X3. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli tibbi arayışından görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X1. İş materiallarında olan Bakı şəhəri, Xətai rayonu 2347/2348 saylı məhəllə Lütfizadə küçəsi yüksəkmərtəbəli yaşayış binasının “D” blokunda yaşayan Ərizəçi qonşuları X5, X15 və X12 iştirakı ilə 13 iyul 2023-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Ərizəçi ilə X7 11 aprel 2010-cu il tarixdə qeyri rəsmi nikah münasibətlərində olmaqla, ailə həyatı qurmuş, onların faktiki nikahlarından 02 may 2011-ci ildə X10, 31 mart 2013-cü ildə X14, 04 yanvar 2017-ci ildə X17 və 10 iyun 2018-ci ildə X11 adlı uşaqları anadan olmuş və hazırda tək ana kimi Ərizəçi himayəsində (yanında) yaşayırlar. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 268/5 saylı arayışdan görünür ki, X10 02 may 2011-ci il tarixdə anadan olmuş, bu barədə xx.xx.2011-ci il tarixində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydləri kitabında 4626 nömrəsi ilə qeyd edilmişdir. Anası Ərizəçi, X2dur. Valideyinlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 268/5 saylı arayışdan görünür ki, X14 31 mart 2013-cü il tarixdə anadan olmuş, bu barədə xx.xx.2013-cü il tarixində Bakı şəhəri Binəqədi rayon Qeydiyyat Şöbəsinin doğum haqqında akt qeydləri kitabında 2475 nömrəsi ilə qeyd edilmişdir. Anası Ərizəçi, X2dur. Valideyinlər arasında nikah olmadığına görə doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İş materiallarında olan M.Ş.C/1/01137 saylı, 15 avqust 2023-cü il tarixli ilkin Mediasiya Sesiyasından (İMS) iştirak edilməməsi barədə arayışından görünür ki, Ərizəçi uşaqlarının himayəsində olması barədə iş üzrə 15 avqust 2023-cü il tarixdə, mediasiya prosesinin keçirilməsindən imtina edilmiş, Ərizəçi tərəfindən 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 02 aprel 2014-cü il tarixli, 2(001)-2354/14 saylı qətnaməsinin surətindən görünür ki, Ərizəçi “öhdədə olma faktının müəyyən edilməsinə dair” ərizəsi təmin edilmiş, 02 may 2011-ci il tarixdə anadan olmuş X8 və 31 mart 2013-cü il tarixdə andan olmuş X14 anaları Ərizəçi öhdəsində olmalarına dair hüquqi fakt müəyyən edilmişdir. İş materiallarında olan Maraqlı şəxs Başçısının 02 mart 2023-cü il tarixli, 223 nömrəli məktubundan görünür ki, Xocavənd rayon Xocavənd kənd sakini Ərizəçi 27 dekabr 2021ci il tarixdə Maraqlı şəxsndə ayrı təsərrüfat kimi qeydə alınmışdır. İş materiallarında olan Maraqlı şəxs Başçısı yanında Qəyyumluq və X29 Komissiyasının 02 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, 04 yanvar 2017-ci il təvəllüdlü X17 və 10 iyun 2018-ci il təvəllüdlü X11 anaları Ərizəçi himayəsində (yanında) olduğundan və onun yanında yaşadığından X9 və X6 Ərizəçi himayəsində (yanında) olmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, ərizəçi onun bacısıdır. Ona qarşı düşmənçiliyi və ədavəti yoxdur. Əsl həqiqəti üzə çıxarmaq üçün könüllü ifadə vermək istəyir. Belə ki, Ərizəçi 11 aprel 2010-cu il tarixdə X7 ilə qeyri rəsmi nikah münasibətlərinə daxil olmuş, həmin nikahdan onların 02 may 2011-ci ildə Zeynəb, 31 mart 2013-cü ildə Nuray, 04 yanvar 2017-ci ildə Mirzə və 10 iyun 2018-ci ildə Əbülfəz adlı uşaqları olmuşdur. 2018-ci ilin avqust ayında X25 Məmmədovanı və uşaqlarını evdə qoyub çıxıb getmişdir. Hazırda Ərizəçi Bakı şəhəri, Xətai rayonu, 2347/2348 saylı məhəllə, Lütfizadə küçəsində yerləşən yüksək mərtəbəli 4 nömrəli yaşayış binasının D bloku, mənzil 577-də uşaqları ilə birlikdə məskunlaşıb yaşayır. 2018-ci ildən dörd azyaşlı uşaqları Zeynəb, Nuray, Mirzə və Əbülfəz onun himayəsində olmaqla, bir ana kimi onların tərbiyyəsi və bütün maddi və digər təlabatlarını ödəyir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə uyğun olaraq, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2-ci və 307.2.2-ci maddələrinə müvafiq olaraq, məhkəmə şəxsin öhdədə olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə uyğun olaraq, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə görə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi əsasında, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Ərizəçi X7 ilə faktiki nikahlarından Bakı şəhərində anadan olmuş 2017-ci il 04 yanvar təvəllüdülü X17 və 2018ci il 10 iyun təvəllüdlü X11 anaları Ərizəçi himayəsində (yanında) olması faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-220, 227, 233.1 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ : Ərizə təmin edilsin. 04 yanvar 2017-ci il təvəllüdlü X17 və 10 iyun 2018-ci il təvəllüdlü X11 anaları Ərizəçi himayəsində (yanında) olması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar