Məhkəmə qərarları › İş №2(069)-194/2023

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-194/2023

21.09.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-194/2023 21.09.2023 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs qarşı “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə muraciət edərək, onun Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nigahın pozulması və xx.xx.1019cü ildə andan olan Xədicə adlı uşağın onun himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediyasiya şurasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, maraqlı tərəf Maraqlı şəxs ilə ailə quraraq, nikahlarını 12 oktyabr 2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində rəsmiləşdirmişlər. Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2019-cu ildə Xədicə adlı uşağı anadan olmuşdur. Köçəri ilə xasiyyət və xarakterləri uyğun gəlmədiyindən ayrılmış və hazırda uşağı ilə birgə valdeyinlərinin evində yaşayır. Maraqlı şəxs uşağın saxlanılması üçün maddi yardım göstərir onun üçün aliment tələb etmir. Ona görə də, onun Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nigahın pozulması və xx.xx.1019-cu ildə andan olan Xədicə adlı uşağın onun himayəsində qalması barədə Maraqlı şəxs ilə aralarında mediyasiya şurasında bağlanmış xx.xx.2023cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs məhkəməyə ərizə təqdim edib izahatında göstərmişdir ki, Ərizəçi ona Maraqlı şəxs ilə xx.xx.2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nigahın pozulması və xx.xx.1019-cu ildə andan olan Xədicə adlı uşağın anasının himayəsində qalması barədə xx.xx.2023-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsini qəbul edir və ərizəçinin ərizəsində göstərilənlərlə tam razıdır. Ona görə də, ərizəçinin qeyd etdiyi kimi barışıq sazişinin yəni xx.xx.2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nigahın pozulması və xx.xx.1019cu ildə andan olan Xədicə adlı uşağın Ərizəçi himayəsində qalması barədə xx.xx.2023-cü il tarixli barışıq sazişinin təmin edilməsinə etiraz etmir və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2018-ci il tarixli, AZ-İİ seriyalı 287019 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə X4 arasında nikah xx.xx.2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış və 200 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Namazov, arvada Namazova soyadı verilmişdir. İş materiallarında olan Beyləqan rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV № seriyalı 356894 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. İş materiallarında olan Ərizəçi (“Birinci tərəf”) və Maraqlı şəxs (“İkinci tərəf”) arasında bağlanmış, mediasiya reyestrində nömrəsi ilə qeydiyyatdan keçmiş mediator Cəmilli Cəmil Həsən oğlu tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında 12 oktyabr 2018-ci ildə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış nikahlarının ləğv edilməsini qəti istəmişlər. İkinci tərəf xx.xx.2019-cu ildə doğulmuş Xədicə adlı uşağının anasının himayəsində qalmasına razı olmuşdur. Birinci tərəf xx.xx.2019-cu ildə doğulmuş Xədicə adlı uşağı üçün alimentdən imtina etmişdir. İkinci tərəf həftənin şənbə, bazar, tətil və bayram günlərində xx.xx.2019-cu ildə doğulmuş Xədicə adlı uşaqı ilə görüşməyə birinci tərəf şərait yaradacağını öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Namazova X3 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Xocavənd RPŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Namazov X1 rayonu, Muğanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndiliyi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli, 5- 52-8/1-237 saylı arayışdan görünür ki, Namazov X1 rayon Muğanlı kənd sakinidir və halhazırda məcburi köçkün kimi Xocavənd rayonu 500 ailəlik Xocavənd qəsəbəsi 369 saylı evdə məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmə xüsusi icraat qaydasında işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Beləliklə, məhkəmə iş üzrə sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, işin araşdırılmış halları ilə Maraqlı şəxs tərəfindən Ərizəçi ilə aralarında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Həmçinin, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsinə səbəb ola biləcək, MPM-nin 355-26-cı maddəsində sadalanmış halların olmadığı müəyyən edilmişdir. Ona görə də, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 355-23, 355-26, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Cəbrayıl 1 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Birinci tərəf Ərizəçi ilə ikinci tərəf Maraqlı şəxs arasında 12 oktyabr 2018-ci il tarixdə Beyləqan rayon Qeydiyyat Şöbəsində bağlanmış və 200 № ilə qeyd edilmiş nikah pozulsun. Boşanmadan sonra xx.xx.2019-cu il təvəllüdlü X2 anası Ərizəçi yanında qalması müəyyən edilsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar