Məhkəmə qərarları › İş №2(069)-61/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №2(069)-61/2025

24.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № 2(069)-61/2025 24.06.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2004-cü il təvəllüdlü X15 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi oğlu ərizəsini onunla əsaslandırmışdır ki, onunla birlikdə yaşayan övladları xx.xx.2002-ci ildə anadan olmuş X18 anadangəlmə əqli qüsurlu doğulmaqla 2-ci qrup əlildir və xx.xx.2004-cü ildə anadan olmuş X22 anadangəlmə əqli qüsurlu doğulmaqla 1-ci qrup əlildir. Belə ki, onlar öz hərəkətlərini idarə edə bilmir, özlərini küçədə və cəmiyyət arasında normal aparmırlar. Bu səbəbdən də, onlara daim nəzarət etmək məcburiyyətindədir. X32 və oğlu Afiq Nuriyev vaxtaşırı olaraq psixi xəstə kimi müalicələr alırlar. O, həyat yoldaşından boşanmış və uşaqları onun himayəsindədir. Nikahın pozulması haqqında şəhadətnamənin surətini də ərizəsinə əlavə etmişdir. X21 psixi xəstəliyi olması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komisiyasında sonuncu müayinəsinə dair məlumatında onun “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə Anamnezində qıcolma tutmaları” diaqnozu qeyd olunmuşdur. X26 psixi xəstəliyi olması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Komisiyasında sonuncu müayinəsinə dair məlumatında onun “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qeyd olunmuş və qeyd olunanlarla bağlı tibbi sənədləri ərizəsinə əlavə etmişdir. Bununla bağlı övladları X8 və X15 üzərində qəyyum təyin olunmalıdır. Belə ki, o, Xocavənd rayon İcra Hakimiyyətinə müraciət etmiş, lakin bunun üçün məhkəməyə müraciət olunaraq, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi bildirilmişdir. Belə olan halda övladları X19 və X22 öz hərəkətlərini idarə edə bilmədiyinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılması zərurəti yaranmışdır. Ona görə də, övladları xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2004-cü il təvəllüdlü X15 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə İşləri üzrə Komissiyasının nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2002-ci il tarixdə anadan olmuş X8 və xx.xx.2004-cü il tarixdə anadan olmuş X15 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə rəy verildiyindən, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. Məhkəmə iş üzrə ərizəçinin, maraqlı şəxsin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli RPŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nuriyeva X17 rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan AA seriyalı 434301 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1992-ci ildən Xocavənd rayonundan məcburi köçkündür. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Ərizəçi nikahları 18 avqust 2010-cu il tarixdə ləğv edilmiş və 41 № ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Nuriyev, qadına Nuriyeva soyadı verilmişdir. İş materiallarında olan AA0217601 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X19 (fərdi identifikasiya nömrəsi 73WLW1Q) xx.xx.2002-ci ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X19 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə Anamnezindən qıcolma tutmaları, İQ-4O” diaqnozu ilə müddətsiz İİ-ci dərəcəli əlildir. İş materiallarında olan AA2761525 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 (fərdi identifikasiya nömrəsi 89VTPU6) xx.xx.2004-cü ildə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatından görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X22 “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu İQ-25” diaqnozu ilə müddətsiz İ-ci dərəcəli əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X14 üzrə Dövlət Komitəsinin İmişli rayon bölməsinin xx.xx.2025-ci il tarixli, 10 saylı arayışından görünür ki, Xocavənd rayonu, Xocavənd kəndindən məcburi köçkün Ərizəçi İmişli rayonu, Ş.Qurbanov küçəsi ev 4-də müvəqqəti olaraq məskunlaşmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi İmişli Regional “Asan Xidmət” X5 xx.xx.2025-ci il tarixli, 3-165/8-70-16 saylı arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.1982-ci il tarixdə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş Ərizəçi aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və onun ailə tərkibi qızı xx.xx.2002-ci il təvəllüdlü X7, oğlu xx.xx.2004-cü il təvəllüdlü X10, qızı xx.xx.2010-cu il təvəllüdlü X6 və qızı xx.xx.2013-cü il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 979 saylı rəyindən görünür ki, X11 orta dərəcəli əqli gerilik formasında kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, belə ki, yoxlanılan şəxsin qardaşı əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxs erkən körpəlik dövründən yaşıdlarına nəzərən psixofiziki inkişafda geridə qalması, nitqinin zəif inkişaf etməsi, davranış pozuntuları biruzə verməsi, əqli inkişafdan gerilik müəyyən edildiyi üçün müvafiq həkimlərə müraciətləri olması, Ağdam Rayon Ruhi-Əsəb Dispanserində müalicələrdə olması, əsəbiliyi, ara-sıra narahatlığı, qeyri-müəyyən səslər çıxarması, öz-özünə gülməsi, hər hansı bir sərbəst iş görə bilməməsi, davranış pozuntularının biruzə verməsi, təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Orta dərəcəli əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə. Anamnezində qıcolma tutmaları. İQ-40” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilməsi, xəstəliyi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: orta dərəcəli əqli gerilik əlamətlərinin müəyyən edilməsi, maraq dairəsinin adi tələbatları ödəməklə məhdudluğu və s.) sübut edir. X12 Orta dərəcəli əqli gerilik formasında kəmağıllıq müəyyən edilir. X18 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X18 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X18 onda müəyyən edilən Orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 980 saylı rəyindən görünür ki, X16 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə irsiyyəti psixi xəstəliklərlə ağırlaşması, belə ki, yoxlanılan şəxsin bacısı əqli gerilikdən əziyyət çəkməsi, yoxlanılan şəxsin erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməsi, əqli geriliklə əlaqədar məktəbdə oxumaması, əvvəllər nevropatoloqun müalicəsini qəbul etməsi, AR SN-nin Psixiatriya Xəstəxanasında müalicədə olması, xəstəliyi ilə əlaqədar davranış pozuntularının biruzə verməsi, evdə yersiz hərəkətlərə yol verməsi, fizioloji ifrazatları ilə natəmiz olması, hər hansı bir işi müstəqil yerinə yetirə bilməməsi, AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə müayinə edilərək “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə. İQ-25” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilməsi, daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı yoxlanılan şəxsdə ağır dərəcəli əqli geriliyin müəyyən edilməsi və s.) sübut edir. X16 Ağır dərəcəli əqli gerilik müəyyən edilir. X22 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də, X22 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X16 müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü X19 AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2023-cü il tarixdə müayinə edilərək, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Orta dərəcəli əqli gerilik, Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə Anamnezində qıcolma tutmaları, İQ-40” diaqnozu ilə ona müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Bununla bağlı məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 X3 rəyinə əsasən, X13 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi, X12 müəyyən edilən Orta dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verilməməsi göstərilmişdir. Eyni zamanda xx.xx.2004-cü il təvəllüdlü X22 AR ƏƏSMN TSEK tərəfindən xx.xx.2022-ci il tarixdə müayinə edilərək, “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu ilə İQ-25” diaqnozu ilə ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Bununla bağlı məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 X3 rəyinə əsasən, X16 Ağır dərəcəli əqli gerilik müəyyən edilmişdir. X22 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında olmaması, tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi və onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol verməməsi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.1-ci maddəsinə əsasən, məhkəmə şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında işə, şəxsin, səhhəti buna imkan verərsə onun özünün, qəyyumluq və himayəçilik orqanının iştirakı ilə baxır. Göründüyü kimi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan X8 və X2 onun məhkəmə iclasında iştirakına yol vermədiyindən məhkəmə iclasına çağırılmamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəməpsixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X28 X1 xx.xx.2025-ci il tarixli, 979 saylı və xx.xx.2025-ci il tarixli, 980 saylı rəylərinə əsasən, xx.xx.2002-ci il təvəllüdlü X19 və xx.xx.2004-cü il təvəllüdlü X22 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2002-ci il təvəllüdlü X19 və xx.xx.2004-cü il təvəllüdlü X22 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs xx.xx.2002-ci il təvəllüdlü X8 və xx.xx.2004-cü il təvəllüdlü X15 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar