Azərbaycan Respublikası adından QƏRARDAD Beyləqan şəhəri İş № 2(069)-62/2025 25.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü il təvəllüdlü övladı X1 fəaliyyət qabiliyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi məhkəmənin icraatına xx.xx.2025-ci il tarixdə qəbul edilmiş və hazırkı ərizəyə baxılması xx.xx.2025-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. Məhkəmə hazırlıq iclasında Ərizəçi mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri haqqında maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyəti lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Xocavənd rayon İcra Hakimiyyəti Başçısının müavini İctimaisiyasi və humanitar şöbəsinin müdiri Əfsanə Quliyeva elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, 2(069)-62/2025 nömrəli mülki iş üzrə xx.xx.2025-ci il tarixə, saat 11:00-a təyin olunmuş Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, işə Xocavənd rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə qeyd edir ki, hər iki tələb eyni predmet, eyni əsas və eyni tərəflər arasında baş verən münasibətlərlə bağlı olduğundan həmin tələblərin bir icraatda birləşdirilərək baxılması, tərəflərin müxtəlif vaxtlarda məhkəmə çəkişmələrinə çağrılmasını, məhkəmə iclaslarının təkrar-təkrar keçirilməsini aradan qaldırmış olar. Ona görə də hazırkı iş, məhkəmənin icraatına daha tez daxil olmuş mülki işlə bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.2-ci madəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Azərbaycan Respublikası MPM-nin 169.1-ci maddəsinə əsasən, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, tələblərdən birini və ya bir neçəsini ayrıca icraata ayırmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 169.2-ci maddəsinə əsasən, bir neçə iddiaçı iddia verərsə və ya bir neçə cavabdehə qarşı iddia verilərsə, hakim tələblərə ayrıca baxılmasını məqsədə müvafiq hesab edərsə, bir və ya bir neçə tələbi ayrıca icraata ayırmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 169.4-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, hazırki mübahisənin hərtərəfli və tez bir zamanda həlli edilməsi, tərəflərin müxtəlif vaxtlarda məhkəmə çəkişmələrinə çağrılmasının, məhkəmə iclaslarının təkrar-təkrar keçirilməsinin aradan qaldırması məqsədi ilə, həmçinin 2(069)-61/2025 və 2(069)-62/2025 saylı mülki işlərin mülki mübahisə üzrə subyekt tərkibi eyni, hər iki tələblərin bir-biri ilə əlaqəli olduğundan həmin mülki işlər bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Ərizəçi maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə 2(069)-62/2025 nömrəli mülki iş Xocavənd Rayon Məhkəməsinin icraatında olan Ərizəçi maraqlı şəxs Xocavənd rayon İcra Hakimiyyətinə qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə 2(069)-61/2025 nömrəli mülki işlə bir icraatda birləşdirilsin. Həmin mülki işlərə 2(069)-61/2025 saylı nömrə altında baxılsın. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №2(069)-62/2025
Xocavənd Rayon Məhkəməsi Qərardad — İş №2(069)-62/2025
25.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver