Məhkəmə qərarları › İş №2(070)-133/2023

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-133/2023

03.11.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-133/2023 03.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X11 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdehlər Cavabdeh və X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X3 qarşı yaşayış sahəsindən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsi barədə mülki işə Xocalı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh və Ayxan Bayramova qarşı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 3500 manat kompensasiya verilməsi yolu ilə xitam verilməsi, həmin evdən cavabdehin və onun övladı 26 may 2006-cı il tarixdə anadan olmuş Ayxanın cavabdehə məxsus əşyalarla birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi üzrə X7 cavabdeh qismində işə cəlb edildiyindən sözü gedən fərdi yaşayış evinə olan istifadə hüququna cavabdehlərin hər birinə ayrı-ayrılıqda 3,500 manat olmaqla cəmi 7,000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməklə cavabdehlərə məxsus əşyalarla birlikdə həmin evdən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.2001-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2002-ci il tarixdə X4 və xx.xx.2006-cı il tarixdə X7 adlı iki övladları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Tərəflərin birgə nikahlarından doğulan xx.xx.2006-cı il təvəllüdlü X2 iddiaçının oğlu olmadığı şübhəsi yaranmışdır və iddiaçı uşağın atadan mənşəyinin müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-1/2022 nömrəli qətnaməsinə əsasən, 26 may 2006-cı il tarixdə anadan olmuş X2 atasının İddiaçı olmadığı qət edilmişdir. Beləliklə, iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda “A” literli tikilidən ibarət 34,2 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evində iddiaçı ilə cavabdehin birgə yaşaması mümkün olmadığından iddiaçı cavabdehə kompensasiya verilməklə istifadə hüququnun xitam verilməsini xahiş edir. Lakin iddiaçı ilə cavabdeh sonuncunun istifadə hüququnun əvəzinə müəyyən kompensasiya verilməsi barədə razılığa gələ bilmir. Bu səbəbdən də iddiaçı cavabdehə kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsini, cavabdehə məxsus əşyaların iddiaçıya məxsus evdən çıxarılmasını və cavabdehin 26 may 2006-cı il tarixdə anadan olmuş X7 ilə birlikdə fərdi yaşayış evindən çıxarılmasını istəyir. Əlavə olaraq qeyd edir ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi bir yaşayış otağından ibarət olmaqla evin bazar dəyəri 20 000 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsi xahiş edilmişdir. İddiaçı nümayəndəsi Elşən Bayramov iclas zamanı iddia tələbini müdafiə etmiş və məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, o, Cavabdeh mülkiyyətdən çıxarmaqla bağlı 10 000 manat məbləğində pul verə bilər. Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, onlara 2001-ci ildə Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsi, 9 nömrəli fərdi yaşayış evi verilmişdir. Himayəsində biri azyaşlı olmaqla iki uşağı vardır, biri isə tələbədir. Başqa yaşayış yerləri olmadığı üçün iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X7 iddianı qəbul etmədiyini bildirdi. Dövlət Tikinti və Arxitektura Komitəsi Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Goranboy rayonu, Aşağı Ağcakənd qəsəbəsində “A” litrli tikilidən ibarət yaşayış evi, yaşayış sahəsi 34.2 m2 İddiaçı adına qeydə alınmışdır və 23 nömrə ilə reyestr kitabına yazılmışdır. Xocalı Rayon Məhkəməsinin 2(070)-34/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı cavabdehin oğlu X7 və qızı X4 ilə birlikdə evdən çıxarılmasına dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. Xocalı Rayon Məhkəməsinin 2(070)-153/2022 saylı, 19 avqust 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh Bayramova (Yarməmmədova) Cəmilə Fizuli qızından 2,300 manat, habelə 43 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 2,343 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir. Xocalı Rayon Məhkəməsinin 2(070)-33/2023 saylı, 10 mart 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, Cavabdeh 1,000 manat, habelə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, cəmi 1,030 manat İddiaçı xeyrinə tutulması qət edilmişdir və iddia qalan hissədə təmin edilməmişdir. Xocalı Rayon Məhkəməsinin 2(070)-1/2022 saylı, 04 fevral 2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı 26 may 2006-cı il təvəllüdlü X2 bioloji atası olmadığı müəyyən edilməsi qət edilmişdir. "xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30 may 2023-cü il tarixli, ƏQ- 248/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və və təhlillərə əsasən İddiaçı məxsus Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yerləşən, 41.40 kv.m ümumi sahədən, 34.20 kv.m yaşayış sahəsindən və 7.20 kv.m köməkçi sahədən ibarət, bir mərtəbəli, iki otaqlı, 9 saylı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə aylıq kirayə haqqı 120 manat təşkil edir. "xxxx" MMC-nin Daşınmaz əmlakın qiymətləndirilməsi barədə 30 may 2023-cü il tarixli, ƏQ- 247/2023 saylı mütəxəssis rəyindən görünür ki, aparılmış hesablamalara və və təhlillərə əsasən İddiaçı məxsus Goranboy rayonu, Aşağı Ağcakənd kəndində yerləşən, 41.40 kv.m ümumi sahədən, 34.20 kv.m yaşayış sahəsindən və 7.20 kv.m köməkçi sahədən ibarət, bir mərtəbəli, iki otaqlı, 9 saylı fərdi yaşayış evinin xx.xx.2023-cü il tarixə bazar dəyəri 21 682 manat təşkil edir. Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Naftalan şəhəri və Goranboy rayonu bölməsinin 27 sentyabr 2023-cü il tarixli, 500 saylı arayışından görünür ki, İddiaçı həqiqətən 2002-ci ildə Azərbaycan Respublikasının müvafiq Fərmanı ilə Goranboy rayonunun, Aşağı Ağcakənd qəsəbəsində qaçqınlar üçün inşa edilmiş qəsəbədə 2 otaqlı yaşayış evi ilə təmin olunmuşdur. Qaçqınlara təmənnasız olaraq verilən evlərə 2003-cü ildə mülkiyyət hüququ verilmişdir. Mülki Məcəllə: Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair 27 may 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onları tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Mülki Prosessual Məcəllə: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. İşə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, mövcud sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh oğlu X7 ilə birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşayırlar. Həmin ev iddiaçının mülkiyyətindədir. İddiaçı ilə Cavabdeh arasında olan ailə münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh övladı X7 ilə birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 10 000 manat kompensasiya verilməsi yolu ilə xitam verilməli və onlar həmin evdən cavabdehə məxsus əşyalarla birlikdə çıxarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh övladı X7 ilə birgə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə olan istifadə hüququna 10 000 manat kompensasiya verilməsi yolu ilə xitam verilsin və onlar həmin evdən cavabdehə məxsus əşyalarla birlikdə çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar