Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu Meşəli İş № 2(070)-316/2023 15.11.2023 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ X2 Çingiz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədli Cavid İskəndər oğlunun katibliyi ilə, İddiaçı Mehdi qızının maraqlı şəxs DİN BDYPİ-nin X1 İmtahan və Texniki Baxış şöbəsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixdə “KAMAZ 5511 yük” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair aparılan alqı-satqının etibarsız hesab edilməsinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı Mehdi qızı iddia ərizəsi ilə Xocalı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixdə “KAMAZ 5511 yük” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında aparılan alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, iddiaçı özünün, cavabdehlərin şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiqlənmiş surətlərini və ya MAPS şöbəsindən arayışları, özünün və cavabdehin yaşayış yerindən arayışları, dövlət rüsumunun ödənilməsindən azad edilməsini təsdiq edən sənədin, yəni məcburi köçkün vəsiqəsinin təsdiqlənmiş surətini, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, eyni zamanda iddia tələbinin əsasını təşkil edən digər hallarla bağlı aidiyyəti sənədlərin (alqı-satqı müqaviləsinin, avtomobilin qeydiyyat şəhadətnaməsinin lazımi qaydada təsdiqlənmiş surətlərini və s.) əsilini və ya lazımi qaydada təsdiqlənmiş surətlərini, həmçinin cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin, eyni zamanda iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətlərini iddia ərizəsinə əlavə etməmişdir. Göstərilənlərə əsasən də belə müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin formasına və məzmununa dair tələblərə tam riayət edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin (bundan sonra mətndə MPM) 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 149.2-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. MPM-nin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. MPM-nin 150.1.1 və 150.1.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), həmçinin iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, MPM-nin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün iddiaçı tərəfindən yuxarıda sadalanan və MPM-nin 149-150-ci maddələrində göstərilən sübutların təqdim edilməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Bundan əlavə, MPM-nin 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa riayət edilmədiyindən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 89-cu, 149-152-ci, 263-264cü, 266-ci və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mehdi qızının maraqlı şəxs DİN BDYPİ-nin X1 İmtahan və Texniki Baxış şöbəsinə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xx.xx.2023-cü il tarixdə “KAMAZ 5511 yük” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair aparılan alqı-satqının etibarsız hesab edilməsinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddiaçı Mehdi qızına izah olunsun ki, iddia ərizəsinin qaytarılması, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Xocalı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamil Əliyev
Məhkəmə qərarları › İş №2(070)-316/2023
Xocalı Rayon Məhkəməsi Qərardad — İş №2(070)-316/2023
15.11.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver