Məhkəmə qərarları › İş №2(070)-388/2024

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(070)-388/2024

26.11.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(070)-388/2024 26.11.2024 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs kimi göstərilməklə) “barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək “Barışıq Sazişi”ndə qeyd edilən bəndlər üzrə həmin sazişin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 02 fevral 2017-ci il tarixdə ailə qurmuş və bu barədə olan nikahlarını Goranboy rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə yaşadıqları müddətdə xx.xx.2017-ci il tarixdə X7, xx.xx.2019-cu il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X14 adlı uşaqları olmuşdur. Əsədli Zülfüqar ilə birgə yaşamaq mümkün olmadığı üçün ayrılmışlar. Bu barədə olan Xocalı Rayon Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(070)-227/2022 saylı qətnaməsini məhkəməyə təqdim etmişdir. Məhkəməyəqədər qanunvericiliyin tələbinə uyğun olaraq, o və X12 mediasiya prosesində iştirak etmişlər. Onun məhkəməyə təqdim etdiyi 27 iyul 2022-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, tərəflər övladlarına təyin olunmuş alimentin miqdarı barədə ümumi razılığa gəlmişlər. “Barışıq Sazişi”nə görə Maraqlı şəxs uşaqları - xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün hər ay cəmi 500 (beş yüz) manat aliment ödəməyi öhdəsinə götürmüşdür və onlar bu barədə “Barışıq Sazişi” bağlamışlar. Lakin cavabdeh Maraqlı şəxs “Barışıq Sazişi”nin 2.1.2-ci bəndinin tələblərini pozaraq alimenti tam ödəmir. Yəni üzərinə götürdüyü öhdəliyi tam icra etmir, alimenti tam ödəmir. Maraqlı şəxs aylıq aliment ödənişini, mediasiya prosesində aralarında bağlanmış “Barışıq Sazişi”nin tələblərinə uyğun olaraq ödəmədiyi üçün “Barışıq Sazişi”ni məhkəmə qaydasında təsdiq etmək məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, “Barışıq Sazişi”ndə qeyd edilən alimentlə bağlı bəndin təsdiqlənməsini xahiş edir. Yekunda ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Ərizəyə baxılması barədə Maraqlı şəxs məlumat verilmiş, lakin həmin şəxs üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 355-25.2-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” təsdiq edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(070)-227/2022 nömrəli qətnaməsində görünür ki, Maraqlı şəxs ilə X8 arasında Goranboy rayon Qeydiyyat şöbəsində xx.xx.2017-ci il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından olan xx.xx.2017-ci il tarixdə X7, xx.xx.2019-cu il tarixdə X6 və xx.xx.2022-ci il tarixdə X10 anaları X4 yanında qalması qət edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 095096 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası X5r; 3 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 281972 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası X5r; Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 695293 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur. Atası Maraqlı şəxs, anası X5r; Tərəflər (Ərizəçi və Maraqlı şəxs) arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi”ndən görünür ki, onlar mediasiyada nikahın pozulması və övladlarına alimentin təyin olunması barədə ümumi razılığa gəlmişlər. Maraqlı şəxs övladları - xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün hər ay 500 (beş yüz) manat aliment ödəməyi öhdəsinə götürmüşdür; Azərbaycan Respublikası Qaçqınların və X11 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş AA seriyalı, 436786 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, X3 rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir; 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq edilməsi xahiş olunmuş barışıq sazişi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki, Maraqlı şəxs müəyyən olunmuş aliment məbləğini Ərizəçi ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən Ərizəçi 18 noyabr 2024-cü il tarixdə haqlı olaraq “Barışıq Sazişi”nin təsdiqlənməsinə dair qətnamə qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış “Barışıq Sazişi”ndə alimentin nə vaxtdan tutulması göstərilməsə də, qətnamənin gələcəkdə icrasında çətinliklərin yaranmaması üçün hazırda həmin müddət müyyən edilməlidir. Göründüyü kimi tərəflər arasında “Barışıq Sazişi” xx.xx.2022-ci il tarixdə bağlanmış və tərəflərin öhdəliyi həmin andan yaranmışdır. Bu səbəbdən alimentin tutulması da “Barışıq Sazişi”nin bağlandğı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. MPM-in: 108.1 və 108.1.3-cü maddələrinə əsasən xüsusi icraat qaydasında baxılan işlər üzrə ərizə verildikdə dövlət rüsumu ödənilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.6-cı maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 (yüz) manat məbləğində dövlət rüsumu ödənilir; 9.1 və 9.1.20-ci maddələrinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə, MPM-in 108.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.6, 9.1.20-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırkı iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Maraqlı şəxs dövlət büdcəsinə 100 (yüz) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Qeyd olunanlara əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Həmidli (Əsədova) Kifayət Mübariz qızı və Maraqlı şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Barışıq Sazişi” təsdiq edilsin. Maraqlı şəxs xx.xx.2017-ci il təvəllüdlü X7, xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən etibarən hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar