Məhkəmə qərarları › İş №2(071)-1009/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1009/2024

28.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1009/2024 28.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, Ərizəçi, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizə ilə xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X7 ilə 18 avqust 2004-cü il tarixdə rəsmi nikah münasibətlərinə girərək evlənmiş, onların birgə nikahından olan xx.xx.2006-cı il təvəllüdlü X8 anadangəlmə autizim, Kanner sindromu, Psixoloji inkişafın ümumi pozuntusu və sair diaqnozu ilə xəstədir. Oğlunun - X5 2024-cü ilin iyul ayının 31-də 18 yaşı tamam olduğu üçün onun pensiya kartını müvafiq bankdan əldə edə bilmir. Buna səbəb isə onun 18 yaşı tamam olmayana qədər və ananın himayəsində olduğu üçün onun kartını müvafiq bankdan ərizəçi şəxsən alıb, ona qulluq edirdi. Məhz bu səbəbdən xx.xx.2006-cı il təvəllüdlü X5 əqli qüsuru olduğu üçün pensiya kartını ala bilmir və onun adından digər hərəkətlər edə bilmir. Bundan başqa dövlət təşkilatlarına müraciət etsə də, ondan qəyyumluq sənədlərini istəyirlər. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(071)-1009/2024 saylı qərardadı ilə, mülki iş üzrə X5 psixi vəziyyətini müəyyən etmək üçün ilkin ambulator məhkəmə-psixiatrik ekspertizası təyin edilmişdir. Belə ki, iş materiallarında olan olan - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik və Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3424 saylı rəyinə əsasən müəyyən edilir ki, yoxlanılan şəxs X6 “Uşaq autizmi nəticəsində yaranan ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində), “davranış pozuntuları ilə“ (F 72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Uşaq autizmi. Kanner sendromu. Psixoloji inkişafın ümumi pozuntusu. Uşaq autizmi. Kanner sendromu” diaqnozu ilə ikinci dərəcəli əlil hesab edilməsi, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Hacıqabul rayon Mərkəzi Xəstəxanası”da “Uşaq autizmi” diaqnozu ilə stasionar müalicədə olması, Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Hacıqabul rayon Mərkəzi Xəstəxanası”da “Uşaq autizmi” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Salyan Rayonlararası Psixiatriya Xəstəxanası”da oğlu “Uşaq autizmi. Kanner sendromu” diaqnozu ilə həmin müəssisədə qeydiyyatda olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi”də “Uşaq autizmi. Kanner sendromu" diaqnozu təyin edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan zahiri əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, venilən sualları başa düşməməsi, anlaşılmaz sözlərə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. - Hacıqabul Rayon VVADQ (hazırda Qeydiyyat Şöbəsi) tərəfindən verilmiş AZ-İ seriyalı, 805082 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Ərizəçi və X4 birgə nikahından xx.xx.2006-cı il təvəllüdlü X8 anadan olmuşdur. - Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının İkinci Udulu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 220 nömrəli arayışa əsasən, Ərizəçi Hacıqabul rayonunun Qubalı kəndində yaşayır və himayəsində xx.xx.2006-cı il təvəllüdlü X8 adlı sağlamlıq imkanları məhdud övladı vardır. - AR Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının xx.xx.2023cü il tarixli, 836 nömrəli arayışının surətindən müəyyən edilir ki, xx.xx.2006-cı il təvəllüdlü X8 həkim komissiyası tərəfindən müayinə olunmuş və ona “Uşaq autizmi” və “Kanner sendromu” diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, ərizəçi X5 qanuni nümayəndəsi – anasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X5 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar