Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1040/2022 20.12.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Surxayev Eldost Elşad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh onun xx.xx.2019-cu ildə doğulmuş X1 atası olması faktının müəyən edilməsi və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Cavabdeh ilə xx.xx.2018-ci ildə faktiki nikaha girərək evlənmişdir. Birgə faktiki nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir övladı doğulmuşdur. Rəsmi nikahları olmadığı üçün uşaq onun soyadına yazılmışdır. Onlar ailə qurduqdan sonra ünvan 1 ünvanda yaşamışlar. Bir müddət münasibətləri normal olsa da, sonradan xasiyyətləri uyğun gəlməmiş və xx.xx.2020-ci il tarixdə onu evdən çıxarmışlar. Cavabdeh faktiki nikahdan doğulmuş övladları Elmirə soyadını verməmişdir və hazırda da soyadını xoşluqla övladına vermək istəmir. O, uşağı ilə birlikdə valideynlərinin evində yaşayır, heç bir yerdə işləmir, cavabdeh uşağın saxlanmasında ona köməklik etmir. O, uşağı təkbaşına saxlamaqda maddi çətinlik çəkir. Cavabdehə dəfələrlə müraciət edərək, könüllü olaraq uşağa atalığını verməsini və maddi köməklik etməsini istəsə də, cavabdeh bundan boyun qaçırtmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilməklə rəsmi qaydada məlumat verilsə də, o, məhkəmə iclasına gəlməmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə məhkəməyə teleqram vuraraq, xx.xx.2019-cu il təvəllüdlü X1 atası olması faktını qəbul etdiyini və hər ay 100 manat aliment ödəməyə etiraz etmədiyini göstərmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. X2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, xx.xx.2004-cü ildə Hacıqabul rayon Qızılburun kəndində doğulmuşdur, hazırda hərbi xidmətdədir və məzuniyyətə gəlmişdir. İddiaçı onun doğma xalasıdır. İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci ildə evlənmişlər. Onların toyu Bakı şəhərində Dalğa Plza şadlıq sarayında olmuşdur. O, xalası Suranın toyunda iştirak etmişdir. İddiaçı ilə Cavabdeh faktiki nikahdan xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir uşağı var. Elmir hazırda anası Suranın yanında yaşayır. Məhkəmə iddiaçının izahatını, şahidin ifadəsini dinləyib, cavabdehin teleqramını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin qeydiyyat şöbəsinin verdiyi xx.xx.2019-cu il tarixli AZ-İV 357834 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuşdur, atası X6, anası İddiaçıdır. Hacıqabul rayon İcra Hakimiyyəti Qızılburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 153 nömrəli arayışdan müəyyən edilir ki, Məmmədova X4 rayon İcra Hakimiyyəti Qızılburun kəndində yaşayır. Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan müəyyən edilir ki, Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018-ci ildə faktiki nikaha girərək evlənmişdir. Birgə faktiki nikahdan onların xx.xx.2019-cu il təvəllüdlü X5 adlı bir övladı doğulmuşdur. Tərəflərin rəsmi nikahı olmadığı üçün uşağa ananın soyadı verilmişdir. Cavabdeh İddiaçı xx.xx.2019-cu ildə doğulmuş X1 doğma atası olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. İddiaçı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etsə də, həmin vaxt cavabdehin iddiaçının uşağının atası olması müəyyən edilmədiyinə görə, məhkəmə aliment tutulmasının əvvəlini qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablayır. Məhkəmə sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, uşağın mənafeyini, tərəflərin maddi durumunu və əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı xx.xx.2019-cu ildə doğulmuş X1 doğma atası olması faktı müəyən edilməli, doğum akt qeydində müvafiq dəyişiklik edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xx.xx.2019-cu ildə Bakı şəhərində doğulmuş X1 doğma atası olması faktı müəyən edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 doğulmasına dair 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin qeydiyyat şöbəsində xx.xx.2019-cu il tarixdə 6483 nömrəli döğum akt qeydində müvafiq düzəliş aparılması, soyadının Hüseynov, adının Elmir, atasının adının Elnur, ata qrafasında Cavabdeh yazılması, X3 adına yeni doğum haqqında şəhadətnamə verilməsi Hacıqabul rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Digər məlumatlar dəyişdirilməsin. xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-1040/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1040/2022
20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver