Məhkəmə qərarları › İş №2(071)-105/2025

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-105/2025

12.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-105/2025 12.02.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan ******* və ******* saylı aktların etibarsız hesab edilməsi və iddiaçının abonent hesabına əlavə edilmiş 173 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Atbulaq kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı öz adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, istifadə etdiyi müddətdə heç bir problem olmamışdır. Cavabdeh Hacıqabul rayon şöbəsinin əməkdaşları sayğaca baxış keçirərkən qaz sayğacında sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. Sonradan ona məlum olmuşdur ki, həmin əsasa görə onu 173 manat cərimə etmişlər. Qaz sayğacına kənar müdaxilə edilməmişdir və sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi onun günahı deyil, təbbi haldır çünki uzun müddətdir ki, qaz sayğacı istifadədədir. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində iddianı dəqiqləşdirmə ərizəsi verərək qeyd etmişdir ki, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan ******* və ******* saylı aktların etibarsız hesab edilməsini deyil, sadəcə olaraq onun abonent hesabına əlavə edilmiş 172.80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları əsassız olaraq onu 172.80 manat cərimə etmişlər. Həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, SOCAR Cavabdeh İB qaz sayğacının yoxlanılması barədə MSK-29HHO-02920-1 saylı akta əsasən qaz sayğacında sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyi aşkar olunmuşdur. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktdan müəyyən edilir ki, əvvəlki qaz sayğacında olan qüsurlardan dolayı yeni qaz sayğacı abonentə məxsus evə quraşdırılmış və abonentə təhvil verilmiş, həmin akt iştirakçılar və abonent tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair aktdan müəyyən edilir ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-02920-1 No-li rəyinə əsasən G-4 markali 1002AQ**********5 No-li sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Xətalar normadan artıqdır. Sayğac istismara yararsız olduğu qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Atbulaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Hüseynov X1 rayonu Atbulaq kəndində yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 172.80 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, iddia təmin edilməli, İddiaçı yaşadığı Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 172.80 (yüz yetmiş iki manat 80 qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu, Atbulaq kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 172.80 (yüz yetmiş iki manat 80 qəpik) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar