Məhkəmə qərarları › İş №2(071)-1059/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1059/2024

04.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1059/2024 04.12.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin Şirvan RETS-i tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 249154 saylı, xx.xx.2022-ci il tarixli 267140 və xx.xx.2023-cü il tarixli 313493 saylı aktların ləğv edilməsini və həmin aktlar əsasında hesablanmış 900(doqquz yüz) manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Abdulabad kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O, istifadə etdiyi bütün komunnal xərcləri vaxtı-vaxtında ödəmişdir. Bu günə qədər də, heç bir problemi olmamışdır. "xxxx" ASC-nin əməkdaşları 2022-ci ildə iki dəfə və sonuncu dəfə 2023-cü ildə heç bir əsas olmadan sayğacdan kənar istifadə ilə bağlı əsassız olaraq akt tərtib etmişdirlər. "xxxx" ASC-nin Hacıqabul rayon əməkdaşları tərəfindən onun barəsində tərtib olunmuş aktları və həmin aktlar əsasında hesablanmış borc məbləğini qanunsuz və əsassız hesab etməklə həmin aktların ləğv edilməsini və aktlar əsasında hesablanmış borcun silinməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 ifadəsində abonentin kənar xətdən istifadə etdiyini və bunun əməkdaşlar tərəfindən aşkar edildiyini bildirdi. Bundan başqa, E.Quliyevin sözlərinə görə iddiaçı uzun müddət elektrik enerjisindən istifadə haqqını ödəməyib və çıxış yolu kimi kənar xətdən istifadə etməyə başlamışdır. Hazırda iddiaçının "xxxx" ASC-nə 4000 manat debitor borcu var. 2023-cü ildə "xxxx" ASC-i İddiaçı istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış borcun tutulması ilə əlaqədar Hacıqabul rayon məhkəməsinə müraciət etmişdir. Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(071)-669/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş İddiaçı elektrik enerjisindən istifadə nəticəsində yaranmış 3934 manat borc məbləğinin alınaraq "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Lakin, bundan sonrakı müddət ərzində də, abonent elektrik enerjisindən istifadəyə görə yaranmış borcları ödəməkdən yayınmışdır. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları R.Qarayev, S.Xankişiyev və M.Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 249154 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları R.Qarayev, S.Xanverdiyev və M.Həsənov xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus (**********00413 nömrəli abunə kodu) Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları M.Paşalı, S.Xankişiyev və A.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 267140 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları M.Paşalı, S.Xankişiyev və A.Əliyev xx.xx.2022-ci il tarixdə İddiaçı məxsus (**********00413 nömrəli abunə kodu) Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edir. İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları R.Mehtiyev, A.Nəbiyev və A.Əliyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 313493 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları M R.Mehtiyev, A.Nəbiyev və A.Əliyev xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus (**********00413 nömrəli abunə kodu) Hacıqabul rayonu, Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacından kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edir. İş materiallarında olan Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC cavabdeh X2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən iddia təmin edilmiş və X1 elektrik enerjisindən istifadə nəticəsində yaranmış 3934 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan X2 məxsus abonent saldosundan görünür ki, o, 2022 və 2023-cü illər ərzində ümumiyyətlə elektrik enerjisindən istifadə etməmişdir. Halbu ki, iddiaçı iddia ərizəsində Hacıqabul rayonu Abdulabad kəndində özünə məxsus fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını qeyd edir. Abonentin ailə üzvləri ilə birlikdə özünə məxsus fərdi yaşayış evində yaşayaraq ümumiyyətlə elektrik enerjisindən istifadə etməməsi inandırıcı görünmür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı 2022 və 2023-cü illər ərzində yaşadığı fərdi yaşayış evində dövriyyədən kənar elektrik enerjisindən istifadə etmiş və "xxxx" ASC-nin əməkdaşları tərəfindən qeyd edilən faktın müəyyən edilməsi nəticəsində barəsində haqlı olaraq xx.xx.2022-ci il tarixli 249154 nömrəli, xx.xx.2022-ci il tarixli 267140 nömrəli, xx.xx.2023-cü il tarixli 313493 nömrəli aktlar tərtib edilmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “əsassız olaraq hesablanmış borc məbləğin silinməsi” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar