Məhkəmə qərarları › İş №2(071)-106/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-106/2024

25.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-106/2024 25.01.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına (abonent kodu:**********700000) əsassız olaraq borc kimi yazılmış olan 72 manat X3 tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanında olan fərdi yaşayış evi faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Abonent kodu: **********00000 olmaqla Smart tipli qaz sayğacı cavabdeh X3 tərəfindən qazla təmin olunmaqdadır. Hər zaman qazı qənaətlə işlətmişdir. Bu ilin əvvəllərindən başlayaraq qaz kartına ödəniş edən zaman, ödənişdəki məbləğ ilə qaz sayğacına köçürülən məbləğdə ziddiyyət olduğundan şübhələnmiş. Daha sonra bununla bağlı Hacıqabul rayon qaz idarəsinə yaxınlaşmış, qaz idarəsinin "Təbii qazın qəbulu və satışı" şöbəsindən ona bildirmişlər ki, ona Azəriqaz X1 Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-01250-1 nömrəli rəyinə əsasən "Sayğacın hesablanma mexanizimi keçən qazın həcmini qeyd etmir" nöqsanını əsas gətirərək "uçotu silinmiş qaz miqdarı" adı ilə mənə 720 kub qaz cərimə yazıblar (manat miqdarı ilə 72 manat).xx.xx.2019-cu il tarixində X3, Hacıqabul Xidmət Sahəsinin X5 və Satışı Xidmətinin əməkdaşları onun yaşadığı ünvana gələrək bildirmişlər ki, qaz sayğacının"Ekranı sönüb" (sayğacın çıxarılma səbəbi) deyərək, sayğacı yeni smart tipli sayğacla əvəzləmişlər. Daha sonra 28 avqust 2020-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair" təlabnaməyə əsasən 720 kub metr qaz borcu (72 manat) cərimə yazılıb. Məhkəmə iclasında İddiaçı məhkəmədə izahat verərək, xx.xx.2020-ci il tarixli, ******* saylı akta əsasən 72 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış İtron G4 markalı 1002AQ**********1 nömrəli qaz sayğacı yeni İtron G4 markalı **********9 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Ekranı sönük olduğu üçün yeniləndi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, G-4 markalı 1002AQ**********1 nömrəli işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb. Hesablama mexanizmi keçən qazın sayğacın elementi bitib. Sayğacın klapanı həcmini qeyd etmir. Həmin aktda dəymiş ziyanın hesablanması, ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-01250-1 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********1 nömrəli sayğaca baxış keçirildi. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırıldı. xx.xx.2019-cu il tarixə elektron göstərici 17050m3 olmuşdur. Sayğacın klapanı işlək deyil. Yivli birləşmələri korroziyaya uğrayıb. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2020-ci ilin avqust ayı üzrə 72 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 72 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 72 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 72 manat (yetmiş iki) manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar