Məhkəmə qərarları › İş №2(071)-1101/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1101/2023

11.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1101/2023 11.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul şəhəri, M.F.Axundov küç, 7də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. O, istifadə etdiyi bütün kommunal xərcləri vaxtı-vaxtında ödəmişdir. Bu günə qədər də, heç bir problemi olmamışdır. 2010-cu ildən həmin ünvanda yaşayış olmamışdır. 2023-cü ilin iyul ayından yaşayış olmuşdur. 2023-cü ilin iyul ayında yaşamaq üçün gəldiyi müddətdə məlum olmuşdur ki, qonşularının deməsinə görə Azəriqazın Hacıqabul rayon əməkdaşları qaz sayğacını sökərək aparmışlar. O da öz növbəsində Azəriqaz Hacıqabul rayon şöbəsinə müraciət edib və oradan ona bildirilib ki, 3110 manat borcu olduğu və həmin borc ödənildikdən sonra qaz sayğacı həmin ünvana qoyulacaq və qazın gəlişi bərpa ediləcəkdir. Həmin qaz sayğacı ən azından 13 il istifadə edilməmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədə qeyd edilmişdir ki, qaz sayğacının oxunması mümkün olmamış və yarasız hala düşmüşdür. Həmin qaz sayğacının artıq istismar müddəti də bitmişdir. Elə həmin səbəbə görə oxunmamışdır. Əlavə olaraq qeyd edir ki, hesablama 180 gün, yəni 3 ay kimi nəzərə alınaraq 3110 manat borc yazılmışdır. Qaz sayğacının yoxlanılması baxış keçirilməsi hər ay bir dəfə olmaqla yoxlanılır. Əgər qaz sayğacında hər hansı bir pozuntu olmuşdursa niyə həmin vaxt tədbir görülməmişdir. Qeyd etdiyi ünvanda yaşayışın olmaması səbəbi də onun həbsdə olması olmuşdur. Evin yiyəsiz olmasından istifadə edilərək cavabdehin əməkdaşları həmin qaz sayğacını söküb aparmış və cərimə yazmışlar. O, bu barədə Hacıqabul azəri qaz şöbəsinə cərimənin hansı və nə üçün bu qədər böyük olması barədə sual verdikdə ona narazı olduğu halda məhkəməyə müraciət etməsi bildirilib. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh İB ilə qazdan istifadəyə dair müqaviləni abonent kimi atası Tofiq Haxverdiyev bağlamışdır. Lakin, atası Tofiq Haxverdiyev xx.xx.2015-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra ona məxsus evə o sahiblik etmişdir. Hazırda da həmin evdə yaşamaq istəyir, lakin cavabdehlərin əməkdaşları evdə yaşayışın olmamasını əsas gətirərək sayğacı çıxarmış və əsassız olaraq atasının abonent hesabına 3110,40 manat borc hesablamışlar. Həmin borc ödənilənədək qaz sayğacının yenidən quraşdırılmasının və qazın verilişinin bərpa edilməsinin mümkün olmadığını bildirirlər. Bu səbəbdən, əsassız olaraq atasının abonent hesabına hesablanmış 3110,40 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış, lakin X2 adına qeydə alınmış İtron G4 markalı 1402AZ**********17 nömrəli qaz sayğacı çıxarılmışdır. Sayğacın çıxarılma səbəbi kimi evdə yaşayışın olmaması qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron G4 markalı 1402AZ**********17 nömrəli sayğac hesablama mexanizmi gövdəsi üzərində aşkar olunmadı. Sayğacın yaddaş arxivinin oxunması mümkün deyil. Sayğac istismara yarasızdır. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-4601-Q001 nömrəli rəyinə əsasən G-4 markalı 1402AZ**********17 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü, hesablama mexanizmi gövdənin üzərində aşkar olunmadı. Sayğacın yaddaş arxivi oxunması mümkün deyil. Sayğac istismara yarasızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul şəhəri, M.F.Axundov küç, 7-də ünvanda yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin aprel ayı üçün qalıq və aktlar üzrə 3110,40 manat borc hesablanmışdır. İş materiallarında olan Hacıqabul rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə xx.xx.2015-ci il tarixdə ölüm haqqında akt qeydləri kitabında qeydiyyat aparılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə abonent Tofiq Haxverdiyevlə cavabdeh arasında müqavilə bağlanmışdır. Tofiq Haxverdiyev xx.xx.2015-ci il tarixdə öldükdən sonra onun oğlu – hazırki iş üzrə iddiaçı həmin evdə yaşamağa davam etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadəyə görə mərhum atasının abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən qeyd edilməlidir ki, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 3110,40 manat borcu evdə yaşayışın olmaması və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman ona hər hansı formada müdaxilə edilməsi X6 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə abonentin hesabına akt əsasında hesablanmış 3110,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonentin hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat (üç min yüz on manat, qırx qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar