Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1200/2023 12.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun abonent hesabına xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yaşayır. Yaşadığı evə qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Beləki, xx.xx.2023-cü il tarixdə qaz idarəsinin işçiləri Atbulaq kəndində Səfərova Gözəl adlı abonentin sayğacına baxış keçirmişlər, lakin onun evinin qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı **********598 saylı qaz sayğacının üzərinə rəsmiləşdirmə aparmışlar. Daha sonra, onun abonent hesabına borc əlavə edildiyini öyrənmiş və lazım olan sənədlərə baxış keçirmişdir. Ona təqdim olunan xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın LCD ekranının mexaniki zərbə nəticəsində zədələndiyi, ekranda qara ləkə mövcud olduğu, klapanın açıq olduğu və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Onun yaşadığı evin qaz təminatı məqsədi ilə quraşdırılmış qaz sayğacında sözü gedən problemlərin heç biri mövcud deyil və bütün sənədlərdə ünvan onun yaşadığı evin Hacıqabul rayonu, Pirsaat qəsəbəsində olmasına baxmayaraq, Azəriqaz İB tərəfindən tərtib edilən aktda və digər sənədlərdə ünvan ünvan 2rova kimi göstərilmişdir. Gözəl Səfərovanın adına qeyd olunan cərimə məbləği yəni 3110,40 manat məbləğində borc nədənsə hç bir əsas və ya sübut olmamasına baxmayaraq onun abonent hesabına əlavə edilmişdir. Bu barədə Azəriqaz İB-nin Hacıqabul rayon şöbəsinə dəfələrlə etirazını bildirməyinə baxmayaraq, ona “ağır formada” “ürəyin istədiyin yerə şikayət edə bilərsən” deyərək onun şikayətinə məhəl qoymamışlar. Ona görə də Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, sayğacı dəyişən zaman köhnə sayğacında 60 manat hesabı olduğunu və sayğacı dəyişdikdən sonra 3110,40 manat evinə bildiriş gəldiyini bildirdi. xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən 3110,40 manat hesablanmış əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktdan görünür ki, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Səfərova Günelin adına yazılmış cərimə səhvən Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yaşayan İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış Zenner G4 markalı **********598 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********1 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın ekranı qaralıb və çat var. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, Zenner G4 markalı **********598 nömrəli sayğacın LCD ekranı mexaniki zərbə ilə zədələnib. Ekranda qara ləkə mövcuddur. Dəymiş ziyanın hesablanması, ödənilməsi təmin edilsin. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5- 5021/Q002 nömrəli rəyinə əsasən G-4 markalı **********598 nömrəli sayğaca ümumi baxış keçirildi. Sayğacın LCD ekranı mexaniki zərbə nəticəsində zədələnib. Ekranda qara ləkə mövcuddur. Klapan açıqdır. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Səfərova Gözəlin adına yazılmış cərimə səhvən Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yaşayan İddiaçı abonentin hesabına 2023-cü ilin may ayı üçün qalıq və aktlar üzrə 3110,40 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 3110,40 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Həmçinin Hacıqabul rayonu, Atbulaq kəndində yaşayan Səfərova Günelin adına yazılmış cərimə səhvən Hacıqabul rayonu, Pirsaat qəsəbəsində yaşayan İddiaçı abonent hesabına yazılmış 3110,40 manat əsassız borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 7 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 3110,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu Pirsaat qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 3110,40 manat (üç min yüz on manat qırx qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-1200/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1200/2023
12.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver