Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-123/2022 15.02.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Pirişova (Rzazadə) Anamxanım Arif qızının, Pirişova (İbadova) Hicran Arif qızının və Pirişova (Bayramova) Şəfəq Arif qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Pirişova (Rzazadə) Anamxanım Arif qızının, Pirişova (İbadova) Hicran Arif qızının və Pirişova (Bayramova) Şəfəq Arif qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin onlara məxsus olması” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Pirişova (Rzazadə) Anamxanım Arif qızı, Pirişova (İbadova) Hicran Arif qızı və Pirişova (Bayramova) Şəfəq Arif qızı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin onlara məxsus olması” tələbinə dair iddia ərizəsi ilə 07.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, torpağa mülkiyyət hüququna dair “JN 0110” kod 91008058 saylı dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Pirişova (Rzazadə) Anamxanım Arif qızı, Pirişova (İbadova) Hicran Arif qızı və Pirişova (Bayramova) Şəfəq Arif qızı məhkəmənin hazırlıq iclasında ərizə təqdim edərək, ərizənin geri qaytarılmasını xahiş etdilər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə məhkəmənin hazırlıq iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxsin nümayəndəsi məhkəmənin hazırlıq iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə ərizəçilərin ərizəsinin geri qaytarılmasına dair 14.02.2022-ci il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikası MPM-in 170.1-ci maddəsinin tələbinə uyğun olaraq ərizə və ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçilər Ərizəçi4, Ərizəçi1, Ərizəçi3, Pirişova (Rzazadə) Anamxanım Arif qızının, Pirişova (İbadova) Hicran Arif qızının və Pirişova (Bayramova) Şəfəq Arif qızının maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsinə qarşı “hüquq müəyyənedici sənədlərin onlara məxsus olması” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçilərə qaytarılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-123/2022
Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-123/2022
15.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver