Məhkəmə qərarları › İş №2(071)-1230/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-1230/2023

25.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-1230/2023 25.12.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu, Qızılburun qəsəbəsində yaşayır. Yaşadığı evə qaz təminatı üçün quraşdırılmış qaz sayğacı babası X2 adına rəsmiləşdirilib. Onlar xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, verilmiş bildirişlərə əsasən qazın dəyərini ödəyirlər. Belə ki, xx.xx.2023-cü il tarixində qaz idarəsinin işçiləri gəlib onların **********00000 saylı qaz sayğacını açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* nömrəli akt tərtib ediblər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görüb və soruşduqda bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstərdilər ki, növbəti dövlət yoxlamasıdır və həmin aktı o özü imza edib. Sonradan evlərinə gəlib və xəbərdarlıq ediblər ki, siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və sayğacın klapanının sınıq olduğu, yivli birləşmələrin korroziyaya uğradığını, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir və burada da ******* saylı akt tərtib ediblər. O, bu aktı imzalamaqdan imtina edib. Onu da qeyd edir ki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 10 il fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. Halbuki, o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq, əsassız olaraq cərimə yazılmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, X2 adına qeydə alınmış İtron G4 markalı 1002AQ**********9 nömrəli qaz sayğacı yeni Zenner, G4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitdiyi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, İtron G4 markalı 1002AQ**********9 nömrəli sayğacın klapanı işlək deyil, yivli birləşmələr koroziyaya uğrayıb, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və ödənilməsi təmin edilsin. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2023-ci il tarixli MSK 14-2-2/3-5-5251/Q003 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********9 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, Sayğacın klapanı işlək deyil. Yivli birləşmələr korroziyaya uğrayıb. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Kamera ilə sayğacın daxilinə baxış keçrildi, kənar təsir izləri aşkar edilmədi. Sayğac istismara yararsızdır. Tələbnamədə əsas kimi xx.xx.2023-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan iddiaçı X2 adına olan yaşadığı Hacıqabul rayonu Qızılburun kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-ci ilin iyun ayı üçün qalıq və aktlar üzrə 172,80 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AZ-İ 463220 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X3 xx.xx.2011-ci il tarixdə miokart infakt səbəbindən vəfat etmişdir. İş materiallarında olan Qızılburun kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Müseyibov X4 rayonunun Qızılburun qəsəbəsində yaşayır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə əvvəlki abonent Müseyib Müseyibovla cavabdeh arasında müqavilə bağlanmışdır. Müseyib Müseyibov xx.xx.2011-ci il tarixdə öldükdən sonra onun nəvəsi – hazırki iş üzrə iddiaçı ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa və cavabdeh ilə təbii qazdan istifadəyə görə münasibətləri davam etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, təbii qazdan istifadəyə görə abonent hesabına hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. Digər tərəfdən qeyd edilməlidir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Qaz sayğacı dəyişdirilərkən tərtib edilmiş aktda sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 172,80 manat borcu sayğacın yararsız olması, sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X6 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi 3 aya yaxın müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunubolunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilməli, iddiaçının yaşadığı ünvan üzrə abonent hesabına həmin akt əsasında hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt etibarsız hesab edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu Qızılburun kəndində yerləşən fərdi yaşayış evi üzrə abonentin hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat (yüz yetmiş iki manat, səksən qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar