Məhkəmə qərarları › İş №2(071)-128/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-128/2023

28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-128/2023 28.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən X1yə görə əsassız olaraq, onun abonent hesabına hesablanmış 670 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Qarasu kəndində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. Həmin evə "xxxx" ASC tərəfindən işıq xətti çəkilərək, sayğac onun adına rəsmiləşdirilmişdir. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və X1yə görə yaranmış borcunu vaxtı-vaxtında ödəyir. Bu günə qədər onun "xxxx" ASC-nə borcu olmamışdır. Lakin, 09 noyabr 2022-ci il tarixdə gecə saat 21:30 radələrində “Azərişıq" ASC-nin əməkdaşları onun xəbəri olmadan, qapı bağlı olduğundan hasardan həyətinə keçməklə işıq sayğacına müdaxilə edərək sayğacın şəklini çəkmişlər. 10 noyabr 2022-ci il tarixdə isə "xxxx" ASC-nin əməkdaşları onun evinə gələn işıq xəttini sayğacdan ayırmışlar. Hal- hazırda o, 3 körpə uşağı ilə birlikdə işıqsız qalmışdır. O, bütün bu olanların nəticəsi olaraq ona 670 manat borc yazıldığını və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o işıq xəttinə heç vaxt müdaxilə etməmişdir. Akt tərtib edilən zaman Quba rayonunda olmuşdur, Azərişıq ASC-nin əməkdaşları onun həyətinə hasardan girmişlər, bu günə kimi borcdan ödəniş etməmişdir və iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının iddia ərizəsində göstərdiyi hallar tam əsassızdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın tələblərinə əsasən Hacıqabul rayonu Qarasu kəndi ərazisində abonent İddiaçı yaşadığı evə quraşdırılmış elektrik sayğacına xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə X1 etdiyi müəyyən olunmuş və EEİQ-na əsasən itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə həmin tarixli 267123 saylı akt tərtib edilmişdir. Daha sonra "xxxx" ASC-nin Akt komissiyası tərəfindən dəymiş ziyan 706,52 manat dəyərində hesablanmışdır. Tərtib olunmuş 267123 saylı aktdan da görünür ki, hesabat yalnız kənar xətt üzrə aparılmış və bu zaman heç bir qayda pozuntusuna yol verilməmişdir. Bu hal da onu göstərir ki, abonent sərəncamında olan elektrik ölçü sayğacını mövcud qaydalara uyğun istifadə etməmiş və kənar xətt çəkərək elektrik enerjisindən qeyri qanuni istifadə edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. İş materiallarında olan X2 əməkdaşları R.Mehtiyev, İ.Qasımov və M.Paşalı, tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 267123 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları İddiaçı məxsus (abonent kodu **********00295) Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, abonent 0 xətti vasitəsi ilə sayğacı sxemdən kənarlaşdıraraq birbaşa X1 etmişdir. Aktda sayğacın sxeminin bərpa edilməsi və hesablanmış məbləğin ödənilməsi göstərilmişdir. Akt tərtib edilərkən abunəçinin iştirakı təmin edilməmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə İddiaçı abonent hesabına (abonent kodu **********00295) R 267123 nömrəli akt əsasında ümumilikdə 706,52 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli R 267123 nömrəli aktda İddiaçı məxsus Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilməsi zamanı, həmin evə quraşdırılmış sayğacda kənar xəttin aşkar edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının iştirakı təmin edilməmiş və EEİQ-nın 8.17-2-ci bəndinə müvafiq surətdə yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsindən pozuntu faktını təsdiq edə biləcək foto və videoçəkiliş tələb edilsə də, cavabdehin nümayəndəsi bu barədə sübutlarını məhkəmə iclasında təqdim edə bilməmişdir. Bununla belə qeyd edilməlidir ki, xx.xx.2022-ci il tarixli R 267123 nömrəli akt əsasında iddiaçının abonent hesabına 706,52 manat borc hesablanmasına baxmayaraq, iddiaçı tələbində həmin borcun 670 manat hissəsinin silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X1 Qaydalarının tələblərinə uyğun keçirilmədiyindən, məhkəmə sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. İddiaçının abonent hesabına isə məhz həmin akt əsasında borc hesablandığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına hesablanmış 670 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, R 267123 nömrəli akt əsasında İddiaçı abonent hesabına (abonent kodu **********00295) "xxxx" ASC tərəfindən hesablanmış borcun 670 manat hissəsi silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar