Məhkəmə qərarları › İş №2(071)-1280/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-1280/2023

28.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-1280/2023 28.11.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlu, İddiaçı (Cavabdeh) aktın ləğv edilməsi və cərimə məbləğinin azaldılması tələbinə dair ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı aktın ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, o Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O istifadə etdiyi bütün kommunal xərcləri vaxtı-vaxtında ödəyib. Bu günə qədər də, heç bir problemi olmamışdır. 2023-cü ilin iyul ayının əvvəlində sayğaca müdaxilə edərək təxminən 20-25 gün elektrik enerjisinə qanunsuz istifadə edib. O etdiyi səhvi bilir, lakin o, ay ərzində 12-15 manat enerji sərf etdiyi halda ona 20-25 günə 810,48 manat borc yazılmışdır. Hacıqabul Elektrik şəbəkənin işçiləri hər ay sayğaclarda yoxlamalar aparırlar. Qeyd edilən cərimə bir yaşayış evinə qoyulmuş cərimədir, bir aydan da az müddətində 810 manat dəyərində işıq sərf etmək mümkün deyildir. O bu barədə Hacıqabul elektrik şəbəkəsinə cərimənin çox olması barədə sual verdikdə ona narazı olduğu halda məhkəməyə müraciət etməyini bildirmişlər. Ona görə də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 033734 saylı akt əsasında ona cərimə yazıldığını göstərərək, xx.xx.2023-cü il tarixli 033734 saylı aktın ləğv edilməsi və və həmin akt əsasında ona yazılmış cərimənin azaldılmasını xahiş etsə də, azaldılmasını tələb etdiyi cərimənin məbləğini dəqiq göstərməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunvericiliyin müəyyən etdiyi qaydaya riayət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində dəqiq göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı Şirinalı oğlunun cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın ləğv olunması və yazılmış cərimənin azaldılması tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı aktın ləğv edilməsi və cərimə məbləğinin azaldılması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərarın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar