Məhkəmə qərarları › İş №2(071)-154/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-154/2024

01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-154/2024 01.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Eynullayev Muxtar Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023cü il tarixli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o İddiaçı xx.xx.1966-ci il tarixdə Salyan rayonunda anadan olmuş və hal-hazırda Hacıqabul rayonu Atbulaq kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşayırlar. Həmin fərdi yaşayış evi ona məxsus olmaqla, onun bütün kommuna xərcləri onun adınadır. Yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın sərfini müəyyən etmək məqsədilə evinin hasarından kənarda küçə tərəfdə G-4 markalı smart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacı uzun müddət istifadə olunmuşdur. Təxminəm 8 ay bundan əvvəl qaz idarəsinin işçiləri ona bildirmişlər ki, sayğac istismar müddətini bitirmişdir və yenisi ilə əvəz edilməlidir. O, buna heç bir etiraz etməmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Həmin vaxt qaz sayğacında hər hansı bir nöqsan aşkar edilməmişdir. Bir müddət sonra məlum olmuşdur ki, onun barəsində 01 iyun 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən 172,80 manat cərimə edilmişdir. Yazılmış cəriməni qanunsuz və əsassız hesab etdiyi üçün aidiyyəti üzrə şikayət ərizəsi yazmış və oradan ona məhkəməyə müraciət etməsini bildirilmişlər. Nümunəvi təbii qaz istehlakçısı olmuş, istifadə etdiyi təbii qazın haqqını həmişə smart kart vasitəsi ilə əvvəlcədən ödəniş edib istifadə etmişdir. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirhr Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bütün qeyd edilmiş hüquqi və faktiki əsaslara uyğun olaraq iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı məhkəmədə izahat verərək, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 172,80 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış İtron G4 markalı 1002AQ**********6 nömrəli qaz sayğacı yeni Zenner G4 markalı **********8 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. İstismar müddəti bitdiyi üçün yeniləndi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, G-4 markalı 1002AQ**********6 nömrəli sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Müvəqqəti element və LCD ekran quraşdırıldı. Ekran açılmadı informasiya oxunmadı. Həmin aktda dəymiş ziyanın hesablanması, ödənilməsinin təmin edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-299 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********6 nömrəli sayğaca ümumi baxış keçirildi. Yivli birləşmələr korroziyaya uğrayıb. Qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın elementi bitib. Əsas çap vərəqi və kartrider korroziyaya uğrayıb. Müvəqqəti element və LCD ekranı quraşdırıldı. Ekran açılmadı, informasiya oxunmadı. Xətalar normaya uyğundur. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayonu Atbulaq kəndində fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin iyun ayı üzrə 172,80 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 172,80 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X2 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 172,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu Atbulaq kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat (yüz yetmiş iki manat səksən qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar