Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-161/2023 14.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız olaraq onun abonent hesabına hesablanmış 172,80 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayon Muğan qəsəbəsində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. İstifadə etdiyi qazın dəyərini vaxtıvaxtında ödəyir. Belə ki, 29 iyun 2022-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1002AQ**********2 saylı qaz sayğacını açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* akt tərtib etmişlər. Həmin vaxt o, qaz idarəsinin əməkdaşlarında nə iş gördüklərini soruşduqda, ona sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan qaz sayğacı ilə əvəzləndiyi bildirilmişdir. O, yeni qaz sayğacının quraşdırılmasının və aktda növbəti dövlət yoxlaması yazıldığının şahidi olmuş, bu səbəbdən də, aktı imzalamışdır. O, qaz idarəsinin işçilərindən sayğacda problemin olub-olmamasını soruşmuş, onlar isə sayğacda heç bir problem olmadığını bildirmişlər. Lakin, xx.xx.2022-ci il tarixdə qaz idarəsinin əməkdaşları ona sayğacın minimal sərfıyyatda 100% nisbi xətaya işlədiyini, hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyini, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilən zaman sayğacda kənar təsir izləri aşkar edilmədiyini və sayğacın istismara yararsız olduğunu göstərmişlər və bu səbəblərdən ona borc yazıldığını bildirmişlər. O, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz, yoxlanılmadan istifadə edildiyini, onun və ailə üzvlərinin sayğaca heç bir müdaxilə etmədiklərini, buna baxmayaraq, ona əsassız olaraq 172,80 manat cərimə hesablandığını, təbii qazdan istifadəyə görə ödənişləri vaxtı vaxtında ödədiyini, onun təqsiri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli olmadığını və yazılmış cərimənin əsassız olduğunu göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 29 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1002AQ**********2 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********698 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi Abonentin qazi olduğu üçün əvəzləndiyi göstərilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1002AQ**********2 nömrəli G-4 markalı sayğacın yoxlanılması zamanı sayğacın minimal sərfiyyatda 100 % nisbi xəta ilə işlədiyi müəyyən edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-03146-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********2 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğac minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir, xətalar normadan artıqdır, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilən zaman sayğacda kənar təsir izləri aşkar edilmədiyi və sayğacın istismara yararsız olduğu göstərilmişdir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün qəbul edilməklə (4 x 12 x 30=1440 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan Hacıqabul rayon Muğan qəsəbəsində yaşayan abonent (iddiaçı) İddiaçı saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin oktyabr ayı üçün qalıq və aktlar üzrə 172,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğac minimal sərfiyyatda 100 faiz xətayla işləyir, xətalar normadan artıqdır və hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 172,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 172,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın minimal sərfiyyatda 100 faiz xətayla işləməsi, xətalar normadan artıq olması, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi və sayğacın istismara yararsız olması ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, 11 il ərzində fasiləsiz işlədiyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 172,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2022-ci il tarixli ******* saylı aktda sayğacın minimal sərfiyyatda 100 faiz xətayla işləməsi, xətalar normadan artıq olması, hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi göstərildiyindən və həmin hallara görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və yoxlama zamanı sayğacın daxilinə kamera vasitəsi ilə baxış keçirilən zaman sayğacda kənar təsir izləri aşkar edilmədiyindən və sayğacın istismara yararsız olduğu göstərildiyindən iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonent hesabına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayonu Muğan qəsəbəsində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonen kodu: **********00000) abonent hesabına xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 172,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-161/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-161/2023
14.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver