Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-169/2022 21.04.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1.039,03 manat cərimənin silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “aktın etibarsız hesab edilməsi və akt əsasında hesablanmış 1.039,03 manat cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə 06.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktın etibarsız hesab edilməsi və həmin akt əsasında onun yaşadığı Hacıqabul rayonu Abdulabad kənində yerləşən fərdi yaşayış evinə hesablanmış 1.039,03 manat cərimənin onun **********00246 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, Hacıqabul rayonu Abdulabad kənində yaşayır. Yaşadığı evin komunal xərclərini vaxtlı-vaxtında ödəsə də, yaşadığı evdə elektrik enerjisindən istifadə etdiyi üçün ona əsassız olaraq xeyli miqdarda borc yazılması məlum olmuşdur. O, bunu araşdırmaq üçün "xxxx" ASC-nin “Şirvan” RETSİ-yə müraciət edərək, bu borcun nə vaxt yaranmasını və bunu təsdiq edən sənədlərin surətlərinin ona verilməsini xahiş etsə də, onlar yaranan borcun 419,14 manatının 2014-cü ildə, 1.039,03 manatının isə 2016ci ildə yarandığını bildirmişlər. Borcun yaranma səbəblərini təsdiq edən sənədləri ona verə bilməmişlər və ona “get borcu hissə-hissə ödə” demişlər. O, bununla razılaşmayaraq Azərbaycan Respublikası Energetika Nazirliyinə müraciət edərək, bu məsələnin araşdırılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X1 agentliyi Şirvan filialında onun müraciəti araşdırılmışdır. Filialdan aldığı 13.10.2021-ci il tarixli AEKA-23 1842/21 saylı məktubda "xxxx" ASC-nin “Şirvan” RETSİ-yə əlavə məlumatın öyrənilməsi və müvafiq sənədlərin təqdim olunması ilə bağlı göndərilmiş sorğuya əsasən təqdim olunan sənədlərdən abonent qeydiyyatı adına olan dövriyyə üzrə borcundan 419,14 manatı 29.09.2015-ci il tarixdə "xxxx" ASC-yə aid ETAİS proqram bazası dövründə, 1.039,03 manatı 04.02.2017-ci il tarixli 003959 nömrəli akta əsasən aparılan hesabata, 316,03 manatı 16.01.2019-cu il tarixli 125162 nömrəli akta əsasən aparılan hesabata uyğun yarandığı, ödəniş olunduğundan 24.08.2021-ci il tarixə 1.414,74 manat borcunun olduğu, araşdırmanın nəticəsi olaraq "xxxx" ASC-yə elektrik enerjisindən istifadədə pozuntuya yol verməsi ilə bağlı sübutedici faktlar və hesabatın aparılmasını əsas verən sənədlər təqdim olunmadığından aktlara əsasən hesablanmış 1.039,03 manat və 316.03 manatın silinməsi məsələsinə baxılması məqsədilə "xxxx" ASC-yə məktub ünvanlandığı göstərilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən ona əsassız olaraq hesablanmış borc silinməmişdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları X.Hüseynov və R.Qarayev tərəfindən tərtib edilmiş 16.01.2019-cu il tarixli R 125162 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları X.Hüseynov və R.Qarayev 16.01.2019-cu il tarixdə İddiaçı məxsus (**********00246 nömrəli abunə kodu) Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı sayğacdan kənar xətt vasitəsi ilə istifadə edilməsi aşkar edilmişdir. Kənar xətt ləğv edilmişdir. Aktı "xxxx" ASC-nin əməkdaşları X.Hüseynov və R.Qarayev imzalamışlar. Abunəçi tərəfindən iştirak edən olmamışdır. "xxxx" ASC “X3 Şəbəkəsi” MMC-nin Hacıqabul EŞ-nin aparıcı mühəndisi V.Hüseynov, ESnin ESŞ-nin aparıcı mühəndisi Ş.Bayramov, EŞ-nin nəzarətçisi R.Fərəcovun və İddiaçı iştirakı ilə tərtib edilmiş 06.11.2014-cü il tarixli 012740 saylı aktdan müəyyən edilir ki, İddiaçı məxsus (**********00246 nömrəli abunə kodu) Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baış keçirilmiş və sayğacın yeni növ müasir tipli sayğacla əvəz edilməsi barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Şirvan filialı tərəfindən İddiaçı ünvanlanmış 13.10.2021-ci il tarixli AERA-23-1842/21 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı Energetika Nazirliyinə daxil olmuş, fərdi yaşayış evində elektrik enerjisindən istifadədə yaranmış borc məbləğinin araşdırılmasına köməklik göstərilməsi barədə müraciətlərinə X1 Agentliyinin Şirvan filialında baxılmışdır."xxxx" ASC-nin “Şirvan” RETSİ-yə əlavə məlumatların öyrənilməsi və müvafiq sənədlərin təqdim olunması ilə bağlı göndərilmiş sorğuya əsasən təqdim olunan sənədlərdən abonent qeydiyyatı iddiaçının adına olan dövriyyə üzrə ümumi borcunuzdan 419,14 manatı 29.09.2015-ci il tarixinə “Azərenerji" ASC-yə aid ETAİS proqram bazası dövründə, 1039,03 manatı 04.02.2017-ci il tarixli 003959 nömrəli akta əsasən aparılan hesabata, 316,03 manatı 16.01.2019-ci il tarixli 125162 nömrəli akta əsasən aparılan hesabata uyğun yaranmışdır. Ödəniş olunduğundan iddiaçının 24.08.2021-ci il tarixə 1.414,74 manat borcu vardır. Araşdırmanın nəticəsi olaraq "xxxx" ASC-yə aid ETAİS proqram bazası dövründə yaranmış 419,14 manat borc məbləğinə 003959 nömrəli, 125162 nömrəli aktlarla bağlı elektrik enerjisindən istifadədə pozuntuya yol verməsi ilə bağlı sübutedici faktlar və hesabatın aparılmasına əsas verən sənədlər təqdim olunmadığından aktlara əsasən hesablanmış 1.039,03 manat, 316,03 manat məbləğlərin silinməsi məsələsinə baxılması məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Şirvan filialı tərəfindən Azərişıq” ASC-yə məktub ünvanlanmışdır. "Azərişıq” ASC cavab məktubunda, "xxxx" ASC-nin fəaliyyəti dövrünədək yaranmış 304 manat borcun, 15.09.2021-ci il tarixdə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyini, aktlara əsasən hesablanmış borc məbləğlərinin real hesab olunduğunu qeyd etmişdir. Dövriyyə üzrə 08.10.2021-cı il tarixə iddiaçının 1.119,05 manat borcunun olduğu qeyd edilmişdir. Bundan başqa iddiaçının aktlara əsasən hesablanmış borc məbləğləri ilə bağlı Qaydaların 8.35-ci bəndinə əsasən məhkəməyə (enerjitəchizatının subyektləri arasında elektrik enerjisindən istifadədə və ya elektroenergetika sahəsində digər mübahisəli məsələlərə tərəflərdən birinin müraciətinə əsasən X1 Agentliyi səlahiyyəti çərçivəsində baxıb, rəy verə bilər. Enerjitəchizatının subyektləri arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət edə bilərlər) müraciət etmək hüququnun olduğu da qeyd edilmişdir. Azərbaycan Respublikası Energetika Nazirliyi X1 Agentliyinin Şirvan filialı tərəfindən İddiaçı ünvanlanmış 02.12.2021-ci il tarixli AERA-23-2169/21 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı Energetika Nazirliyinə daxil olmuş, fərdi yaşayış evində elektrik enerjisindən istifadədə yaranmış borc məbləğinin araşdırılmasına köməklik göstərilməsi barədə müraciətlərinə X1 Agentliyinin Şirvan filialında baxılmış və məktubda göstərilmişdir ki, elektrik enerjisindən istifadədə yaranmış borc məbləği ilə bağlı Energetika Nazirliyinə daxil olmuş 20.08.2021-ci il tarixli EN-ÇM-01-1- 3351/15.7/21 nömrəli və 08.10.2021-ci il tarixli EN-ÇM-01-1-3351/15.7/2/21 nömrəli müraciətlərin əsasında araşdırma aparılmış, nəticə barədə İddiaçı 13.10.2021-ci il tarixli AFRA-23-1842/21 nömrəli məktubla məlumat verilmişdir. "xxxx" ASC-nin “Şirvan” RETSİ-yə əlavə məlumatların öyrənilməsi və müvafiq sənədlərin təqdim olunması ilə bağlı sorğu göndərilmişdir. X2 cavab məktubunda, İddiaçı evində elektrik enerjisindən istifadədə yaranmış borc məbləğinin ödənilməsi, əks halda, elektrik enerjisinin verilişinin dayandırılması barədə iddiaçıya 23.11 2021-ci il tarixində bildiriş verildiyini, iddiaçının bildirişi qəbul etməkdən imtina etdiyini, borc ödənilmədiyi üçün 26.11.2021-ci il tarixində iddiaçının evinə elektrik enerjisinin verilişinin dayandırıldığı bildirmişdir. Həmçinin, iddiaçı tərəfindən 29.11.2021-ci ıl tarixində özbaşına yaşadığı evə elektrik enerjisinin verilişini bərpa etdiyinə görə, barəsində müvafiq tədbir görülməsi üçün Hacıqabul rayon Polis Şöbəsinə müraciət edildiyi qeyd edilmişdir. Həmçinin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.35-ci bəndinə əsasən enerjitəchizatının subyektləri arasında bütün mübahisəli məsələlərlə əlaqədar tərəflər bilavasitə məhkəməyə müraciət etmək hüququ olduğu göstərilmişdir. 22.10.2021-ci il tarixli bildiriş-xəbərdarlıqdan müəyyən edilir ki, İddiaçı 1.039,03 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02.02.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 7.17-ci bəndinin əsasən Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Qaydaların 8.4-cü bəndinə əsasən Enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər. Məhkəmə qeyd edir ki, cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 16.01.2019-cu il tarixli R 125162 nömrəli, 06.11.2014-cü il tarixli 012740 nömrəli, 04.02.2017-ci il tarixli 003959 nömrəli aktlar tərtib edilərkən İddiaçı məxsus (**********00246 nömrəli abunə kodu) Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmələri, baxış zamanı ********** nömrəli sayğacın sxemindən kənar faza xətti daxil olduğu, kənar xəttin ləğv edildiyi göstərilsə də, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının, həmçinin hal şahidlərinin iştirakı təmin edilməmiş, kənar xəttin iddiaçının mənzilinə daxil olmasını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06.11.2014-cü il tarixli 012740 nömrəli, 04.02.2017-ci il tarixli 003959 nömrəli, 16.01.2019-cu il tarixli R 125162 nömrəli aktlar etibarsız hesab edilməli, həmin aktlar əsasında hesablanmış 1.039,03 manat borc İddiaçı **********00246 nömrəli abunə kodundan silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Hacıqabul rayonu Abdulabad kəndində yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə qaydalarının pozulması haqqında cavabdeh "xxxx" ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş 06.11.2014-cü il tarixli 012740 nömrəli, 04.02.2017-ci il tarixli 003959 nömrəli, 16.01.2019-cu il tarixli R125162 nömrəli aktlar etibarsız hesab edilsin. Həmin aktlar əsasında hesablanmış 1.039,03 manat borc İddiaçı **********00246 nömrəli abunə kodundan silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(071)-169/2022
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-169/2022
21.04.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver