Məhkəmə qərarları › İş №2(071)-170/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-170/2022

18.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-170/2022 18.03.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı iştirak ilə, İddiaçı Cavabdehnə qarşı “29.11.2021-ci il tarixli ******* nömrəli ATK-ın (qərar) ləğv edilməsi və həmin aktın əsasında hesablanmış cərimənin hesabından silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “29.11.2021-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 06.01.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 29.11.2021-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi və həmin akt əsasında onun yaşadığı Hacıqabul şəhəri M.Əsədov küçəsi 93A nömrəli fərdi yaşayış evinə hesablanmış 144 manat cərimənin onun **********00930 nömrəli abunə hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə Hacıqabul şəhəri M.Əsədov küçəsi 93 A nömrəli fərdi yaşayış evində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Xeyli vaxtdır ki, təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini tam ödəyir. 19.08.2021-ci il tarixdə qaz idarəsinin işçiləri gəlib onun evinə qaz təminatı məqsədilə quraşdırılmış 1202AQ**********3 saylı smartkart tipli qaz sayğacını açaraq özləri ilə aparmışlar və əvəzində mexaniki sayğac quraşdırmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. O, evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacında nəsə etdiklərini görmüş, nə etdiklərini soruşduqda qaz idarəsinin əməkdaşları ona sayğacın istismar müddətinin bitdiyini, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyini bildirmişlər. Onun evinə yeni qaz sayğacı quraşdırılmış və aktda növbəti dövlət yoxlaması olması göstərilmişdir. O, bu səbəbdən həmin aktı imzalamışdır. O, sonradan işlətdiyi qazın dəyərini ödəmək üçün poçta getmiş, orada ona 144 manat borc yazızıldığını öyrənmişdir. Bundan dərhal sonra o, Hacıqabul rayon qaz idarəsinə gedərək borcunun nədən yaranmasının səbəbini soruşmuş, Hacıqabul rayon qaz idarəsindən ona sayğacın hesablama mexanizminin keçən qazın dəyərini qeyd etmədiyini bildirərək, “təbbi qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* nömrəli aktı ona təqdim etmişlər. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki, o, və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişlər. Buna baxmayaraq ona əsassız olaraq 144 manat cərimə hesablanmışdır. O, sayğaca müdaxilə etməmişdir, təbii qazdan istifadə etməsinə görə ödənişləri vaxtında ödəmişdir, sayğacın istismar müddəti 5 il olmasına baxmayarq 11 il fasiləsiz işləmişdir, sayğacın istismar müddəti bitmişdir. Onun təqsiri olmadan istismar müddəti bitmiş sayğacda olan hər hansı nasazlığa görə cərimə ödəməli deyildir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Məmmədov X1 şəhəri M.Əsədov küçəsi 93A nömrəli fərdi yaşayış evində daimi qeydiyyatda olmaqla yaşayır. İddiaçı yaşadığı ünvan 1 ünvana verilən təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 1707AQ**********3 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 29.11.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G4 markalı **********8 nömrəli sayğac ilə əvəz edilmişdir. X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19.08.2021 il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən köhnə sayğacın kart redirinin işləmədiyi göstərilmişdir. Bundan sonra Cavabdeh əməkdaşları tərəfindən sayğac yoxlanılaraq təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29.11.2021-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. “Azəriqaz İB-nin 29.11.2021-ci il tarixli rəyinə əsasən baxılan 1707AQ**********3 nömrəli qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, sayğacın alarm-1 rejimində olmaması göstərilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. İddiaçı barəsində Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* saylı aktda göstərilir ki, İddiaçı yaşadığı (abunə kodu **********00930) Hacıqabul şəhəri M.Əsədov küçəsi ev 93 A ünvanda yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və ******* nöməli akta əsasən 29.11.2021-ci il tarixdə abunəçiyə borc yazılmışdır. Aktın tərtib edilməsində İddiaçı iştirakı təmin edilməmiş, foto və video çəkiliş aparılmamışdır. Bu halı təsdiq edən video görüntülər, iki nəfər hal şahidinin iştirakı ilə tərtib edilmiş akt mövcud deyildir. Bu isə onu deməyə əsas verir ki, 29.11.2021-ci il tarixli akt qanunsuz və əsassız olaraq yazılmışdır və həmin akt əsasında hesablanmış borc abunəçidən tələb edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur, qanunun tələbinə görə istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi təbii qaza görə haqq tələb edilə bilməz. İddiaçının sayğac üzrə heç bir borcu olmamışdır, çünki, qazdan istifadə smart kart vasitəsilə olmuşdur. Hesabda pul olmayanda qazın verilməsini avtomatik olaraq sayğac özü dayandırır. İstifadə etmədiyi təbii qaza görə cavabdehin qanunsuz hesabladığı borc məbləği, istehlakçı kimi iddiaçının abunə kodundan silinməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı barəsində Cavabdeh tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.11.2021-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında İddiaçı hesablanmış 144 manat borc, istehlakçı İddiaçı (abunə kodu **********00930) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 29.11.2021-ci il tarixli ******* nömrəli akt ləğv edilsin və həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul şəhəri M.Əsədov küçəsi 93A nömrəli fərdi yaşayış evinə hesablanmış 144 manat (yüz qırx dörd) manat cərimə - istehlakçı İddiaçı **********00930 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar