Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-180/2024 15.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçinin Nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “sənədin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətçi kimi adı, soyadı və ata adı X1 göstərilən “Torpaq Mülkiyyət Hüququna dair” JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ona Hacıqabul rayonu Meyniman kəndi inzibati ərazisində (əvvəllər Hacıqabul rayonu Kalinovka kəndi) atası Maraqlı şəxs1 ailə üzvləri ilə birgə Hacıqabul rayonu Aqrar İslahatı Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə Kənd Təsərrüftı məhsulları istehsalı üçün ümumi olaraq 7.27 ha torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üçün Dövlət aktı qeydiyyat kitabında 178 nömrə ilə qeydiyyata alınaraq 14 noyabr 1997-ci ilə tarixdə JN 178 ,KOD 91004018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Lakin faktiki şəxsiyyəti təsdiq edən sənədlərdə onun və (doğum haqqında şəhədətnamə, pasport) torpaq almış digər maraqlı şəxslərin adları; Maraqlı şəxs1 Seyfətiviç, Maraqlı şəxs2 Rəzzokovna, Maraqlı şəxs3, X13, Rəcəpova (Koçiyeva) Təhminə Ənvərovna və Maraqlı şəxs6 qeyd edilsədə JN 178 ,KOD 91004018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında siyahı üzrə adlar - X11, X4, X9, X10, X5, X6, X3 yazılmışdır. Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının Meyniman İƏD üzrə nümayəndəliyinin vəkil sorğusuna verdiyi 31 avqust 2023-cü il tarxli 20 nömrəli cavab məktubunda da qeyd edilən halın texniki şəhv olduğu təsdiqlənmişdir. Bununla əlaqədar hazırda göstərilən sənədin mənə və digər maraqlı şəxslərə məxsus olmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanının 7.1-ci maddəsinə əsasən "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı və həmin Fərmanın 7.2-ci maddəsinə əsasən "Azərbaycan Respublikası X21 Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 14 aprel tarixli 313 nömrəli Fərmanı ləğv edilmiş ( Varis qrum müəyyən edilmədən) ,həmin Fərmanın 8.3cü maddəsinə əsasən bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası X21 Komissiyasının müvafiq sənədlərinin, X14 X8 Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamənin İİİ ( Nazirliyin əsas funksiyaları) və İV (Nazirliyin hüquqları) hissələrində X21 Komissiyasının işləri ilə bağlı müraciətlərə baxılmasından söz açılmır. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanının 8.3-cü maddəsinə əsasən bu Fərmanla ləğv edilən Azərbaycan Respublikası X21 Komissiyasının müvafiq sənədlərinin, X14 X8 Agentliyinin sənədlərinin və əmlakının Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsinin təmin edilməsi Azərbaycan Respublikasının Nazirlər kabinetinə tapşırılması məsələsində Azərbaycan Respublikası X21 Komissiyasının yalnız sənədlərin verilməsini ehtiva edilir. Belə olan təqdirdə mən qeyd edilən halın ,yəni texiki səhvin aradan qaldırılması halının heç bir orqanda icrasının mümkünsüzlüyündən bir başa məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında ərizəçinin Nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizəçi və ailə üzvləri ilə birlikdə dövlət aktı verlib. Şəxs Ənvəroviç olduğu halda Ənvərov yazılıb. Şəxslər bu soyadın yalnış olduğu üçün etibarnamə düzgün olmayıb. Sənəddə Ənvərov deyil Ənvəroviç olaraq qeyd edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs1 Seyfətiviç, Maraqlı şəxs2 Rəzzokovna, Maraqlı şəxs3, X13, Rəcəpova (Koçiyeva) Təhminə Ənvərovna və Maraqlı şəxs6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxslərin məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Vəkil Orderindən görünür ki, Ərizəçi müdafiəçisi Vəkildur. İş materiallarında olan JN 178 nömrəli 91004018 saylı dövlət aktından görünür ki, X7 Hacıqabul rayonu Kalinovka kəndində Hacıqabul rayon aqrar komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə çizgidə göstərilən sərhəd daxilində 7.27 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün verilmişdir. İş materiallarında olan İİİ-AD 474888 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci ildə Özbəkistan SSR Fərqanə şəhərində anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydiyyatı kitabında xx.xx.1982-ci il tarixli, 1237 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.5-ci maddəsinə əssən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən olunması işlərə məhkəmə tərəfindən baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı, ona məxsus bütün sənədlərdə “Ərizəçi” kimi göstərilsə də, JN 178, KOD 91004018 nömrəli Dövlət aktında X2 göstərilmişdir. Dövlət aktında göstərilən “X12” ilə digər sənədlərdə göstərilən “Ərizəçi” in eyni şəxs olması şübhə doğurmur. Belə ki, bu sənədlərin hamısı – doğum haqqında şəhadətnamə passport məhkəməyə təqdim olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə əsaslı olduğundan təmin edilməli, “Torpaq Mülkiyyət Hüququna dair” JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mülkiyyətçi kimi adı, soyadı və ata adı X1 göstərilən “Torpaq Mülkiyyət Hüququna dair” JN-178, KOD 91004018 saylı Dövlət aktının Ərizəçi məxsus olması hüquqi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-180/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-180/2024
15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver