Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-185/2023 20.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X7 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salyan Qaz İdarəsi tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” tərtib edilmiş ******* nömrəli aktın ləğv edilməsi, həmin akt əsasında hesablanmış 1036,80 manat cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, yaşadıqları evin qaz istifadəçisi kimi 20 iyul 2018-ci ildə dünyasını dəyişmiş mərhum atası X2 adına abonent qeydiyyatındadır. Qaz İdarəsi ilə qazın alqı satqısı barədə bağlanmış müqavilə isə onun adınadır. xx.xx.2022-ci il tarixində Hacıqabul Qaz İdarəsinin işçiləri onun istifadəsində olan qaz sayğacının istismar müddətinin bitdiyini bildirərək onun iştirakı ilə sayğacı yenisi ilə əvəzlədilər. Əvəzləmə apararkən uzun illər istifadədə olan qaz sayğacının flayans qayka birləşmələri pas atması səbəbindən Qaz İdarəsinin əməkdaşları tərəfindən açılmasında çətinlik yarandı. Nümayəndələr sayğacın çıxış boğazını qırmışlar, bu barədə “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” tərtib etdikləri aktda qeydlər aparmışlar. Bundan başqa o, sonradan sayğacın çıxış boğazının korroziyaya uğraması səbəbindən qırılması barədə əlavə aktın da tərtib edildiyini öyrənmişdir. Qaz İdarəsinin nümayəndələri ona narahat olunası bir məsələ olmadığını bildirərək getmişlər. 2022-ci ilin noyabr ayında nəzarətçi-çilingər ona 1036,80 manat cərimə olunduğunu bildirmişdir. O, buna aydınlıq gətirmək üçün Hacıqabul Qaz İdarəsinə getmişdir. Orada ona aktın düzgün yazılmadığı bildirilsə də, bunun Cavabdeh İB-nin göstərişi əsasında yazıldığını və heç bir köməklik edə bilməyəcəklərini bildirmişlər. O, aktın qanunsuz yazıldığını, aktın yazılmasından xəbərinin olmadığını, qaz sayğacının üzərində olan plombun sayğac açılarkən Hacıqabul Qaz İdarəsinin işçiləri tərəfindən qırıldığını, sayğacın həyətdən çöldə quraşdırıldığını, ödədikləri pulun müqavilində qaz işlətdiklərini göstərmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında yazılmış 1036,80 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evini qaz ilə təmin etmək üçün Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 02 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1002AQ**********7 nömrəli G-4 markalı qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********0 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi qaz nəzarətin siyahısına görə əvəzləndiyi göstərilmişdir. Aktda həmçinin sayğacın açılarkən çıxış borusunun qırıldığı qeyd edilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1002AQ**********7 nömrəli G-4 markalı sayğacın deformasiya nəticəsində çıxış yivli birləşmənin gövdədən qopması, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 01 noyabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının xx.xx.2022-ci il tarixli MSK 29/1710-03146-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********7 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın klapanının işlək deyil, yivli birləşmələrin korroziyaya uğrayıb, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır, 10 bölməsində 35 m3 əks olunub, sayğac mənfiyə işləyib, deformasiya nəticəsində çıxış yivli birləşmənin gövdədən qopub, sayğacın yaddaş arxivi oxunan zaman sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb və sayğac istismata yararsızdır. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90=8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayon Qarasu kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin oktyabr ayı üçün qalıq və aktlar üzrə 1036,80 manat borc hesablanmışdır. İş materiallarında olan 20 iyul 2018-ci il tarixli, 898563 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X4 15 iyul 2018-ci il tarixdə baş beynin insultu səbəbindən vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə təbii qazın verilməsinə görə iddiaçının atası ilə cavabdeh arasında müqavilə bağlansa da, sonradan iddiaçının atası vəfat etdiyindən, həmin evin təbii qazla təmin edilməsinə dair iddiaçı ilə cavabdeh arasında yeni müqavilə bağlanmışdır. İddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, deformasiya nəticəsində çıxış yivli birləşmənin gövdədən qopub. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1036,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, deformasiya nəticəsində çıxış yivli birləşmənin gövdədən qopması və sayğacın istismara yararsız olması ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini, sayğacın plombunun qaz idarəsinin işçiləri tərəfindən qırıldığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə 1036,80 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X6 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə xx.xx.2022-ci il tarixli ******* saylı aktda çıxış yivli birləşmənin deformasiya nəticəsində gövdədən qopduğu göstərildiyindən və həmin hallara görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında da ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, onun abonentin hesabına hesablanmış borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1036,80 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X8
Məhkəmə qərarları › İş №2(071)-185/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-185/2023
20.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver