Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-189/2025 11.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2018-ci il tarixli ******* saylı, xx.xx.2020ci il tarixli ******* saylı və xx.xx.2019-cu il tarixli ******* saylı aktların ləğv edilməsi və həmin aktlar əsasında hesablanmış 2575 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı öz adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. Belə ki, istifadə etdiyi müddətdə qaz sərfiyyatı ilə bağlı heç bir problem olmamışdır. Cavabdeh Hacıqabul rayon şöbəsinin əməkdaşları sayğaca baxış keçirərkən qaz sayğacının çıxış boğazında plastik borusu kənar təsir nəticəsində deşilmiş olduğunu qeyd etmişlər. Sonradan ona məlum olmuşdur ki, həmin əsasa görə onu 2575 manat cərimə etmişlər. Sayğacda yaranmış problemin onun və ailə üzvlərinin səhvi nəticəsində yaranmasını qəbul etmir. Belə ki, sayğac əməkdaşlar tərəfindən sökülüb aparılarkən normal işləmişdir. Lakin sonradan guya texniki nasazlıq yaranması barədə rəy verilmişdir. Ona görə də, əsassız olaraq tərtib edilmiş aktların ləğv edilməsi və aktlar əsasında hesablanmış borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək iddia tələbinə əsassız hesablanmış borcun silinməsi hissəsində baxılaraq tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh səlahiyyətli nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron qaydada yazılı etiraz məhkəməyə təqdim edərək bildirmişdir ki, Salyan RQİİ-nin Hacıqabul XS-nin nümayəndələri tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya məxsus mənzildə istismarda olan qaz sayğacına baxış keçirilən zaman sayğacın çıxış plasmast borusunun deşik olması müəyyən edilmişdir. ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilərək sayğac istismardan çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Qeyd olunan qaz sayğacı yoxlanılmış və sayğacın çıxış plasmast borusunun deşik olması, sayğacın keçən qaz sərfini qeydə almaması barədə rəy verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin qeyd olunan rəyi nəzərə alınaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və iddiaçıya məxsus mənzildə istismarda olan qaz işlədicilərinin işləmə rejimi və saatlıq qaz sərfi nəzərə alınmaqla hesabat aparılmışdır. Belə ki, dəymiş ziyanın hesabatı mənzildə istismarda olan PQ-4 qaz plitəsi maksimal saatlıq qaz sərfi 1,2 m3 saat, qış aylarında orta günlük iş rejimi 6 saat, hesabat müddətdi 180 gün, RP-maksimal saatlıq qaz sərfi 0,8 m3 saat, qış aylarında orta günlük iş rejimi 18 saat, hesabat müddətdi 180 gün, QSQ- maksimal saatlıq qaz sərfi 2 m3 saat, qış aylarında orta günlük iş rejimi 8 saat, hesabat müddətdi 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 9300 m3 (1860 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Salyan RQİİ-nin Hacıqabul XS-nin nümayəndələri tərəfindən xx.xx.2019-cu il tarixdə iddiaçıya məxsus mənzildə istismarda olan qaz sayğacına baxış keçirilən zaman sayğacın işləmə prinsipində şübhələr olduğu üçün ******* nömrəli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilərək sayğac istismardan çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Qeyd olunan qaz sayğacı yoxlanılmış və sayğacın çıxış plasmast borusunun deşik olması, sayğacın keçən qaz sərfini qeydə almaması barədə rəy verilmişdir. Cavabdeh İB-nin Metrologiya Departamentinin qeyd olunan rəyi nəzərə alınaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və iddiaçıya məxsus mənzildə istismarda olan qaz sayğacının nominal qaz sərfi və işləmə rejimi nəzərə alınmaqla hesabat aparılmışdır. Belə ki, qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 2160 m3 (216 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Qaz sayğacları istismara yararlı vəziyyətdə iddiaçının yaşadığı mənzilə quraşdırılmış, ünvan sakinlərinin iştirakı ilə yoxlanılmış və plomb vurulmuşdur. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktda istehlakçının sayğacın və plombun toxunulmazlığına görə məsuliyyət daşıması qeyd olunmuş və akt istehlakçı tərəfindən imzalanmışdır. İddiaçı iddia ərizəsində 3195013, ******* nömrəli aktların etibarsız hesab edilməsini qeyd etmişdir. Qeyd olunan aktlar “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktlardır və həmin aktlar əsasında hesabat aparılmamışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktlar əsasında ümumilikdə 2076 manat məbləğində dəymiş ziyan hesablanmışdır. İddiaçının xx.xx.2025-ci il tarixə ümumilikdə təbii qazdan istifadəyə görə 2583,35 manat borcu vardır. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 0163487, 3195013, 0241614, ******* nömrəli aktn etibarsız hesab edilməsi, **********00000 nömrəli abonent hesabına əlavə edilmiş 2575 manat borcun silinməsi barədə iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Rüstəmov X3 şəhəri, C.Cabbarlı küçəsi, ev 14 ünvanında yaşayır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1002AQ**********0 nömrəli qaz sayğacı yeni G4 markalı 1802AZ**********32 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi “klopanın hərəkətsiz olması” göstərilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1802AZ**********32 nömrəli qaz sayğacı yeni İtron tipli, G4 markalı **********5 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi “şübhəli sayğac” olduğu göstərilmişdir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda sayğacın çıxış borusunda deşik aşkarlanmış və yoxlanılması tələb edilmişdir İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1802AZ**********32 nömrəli sayğacın çıxış borusunda deşik aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli, G4 markalı **********5 nömrəli sayğacın çıxış borusunda deşik aşkarlanmışdır. Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasında dəymiş ziyanın hesabatı mənzildə istismarda olan PQ-4 qaz plitəsi maksimal saatlıq qaz sərfi 1,2 m3/saat, qış aylarında orta günlük iş rejimi 6 saat, hesabat müddətdi 180 gün, RP-maksimal saatlıq qaz sərfi 0,8/m3 saat, qış aylarında orta günlük iş rejimi 18 saat, hesabat müddətdi 180 gün, QSQ- maksimal saatlıq qaz sərfi 2/m3 saat, qış aylarında orta günlük iş rejimi 8 saat, hesabat müddətdi 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 9300 m3 (1860 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Tələbnamədə əsas kimi xx.xx.2018-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların müayinəsi laboratoriyasının xx.xx.2020-ci il tarixli MSK 29/1710-01250-1 nömrəli rəyinə əsasən, G-4 markalı 1802AZ**********2 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın klapanı işlək deyildir. Yivli birləşmələrində korroziyaya izi mövcuddur. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Sayğacın çıxış plastmas borusu deşilib. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Qaz sayğacının nominal qaz sərfi 4 m3, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və ümumilikdə 2160 m3 (216 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Qeyd olunan sənədlərdən müəyyən edilir ki, yalnız xx.xx.2018-ci il tarixli, ******* nömrəli və xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktlarda Dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmiş, daha sonra isə həmin aktlara əsasən xx.xx.2018-ci il tarixli və xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələr tərtib edilmişdir. Tələbnamələrə əsasən müvafiq olaraq ayrı-ayrılıqda 9300 m3 (1860 manat məbləğində) və 2160 m3 (216 manat məbləğində) itirilmiş qazın dəyəri hesablanmışdır. Dolayısı ilə müvafiq aktlar əsasında istehlakçıya ümumilikdə 2076 manat məbləğində borc hesablanmışdır. Hansı ki, cavabdeh də öz etirazında qeyd olunan xüsusatı təsdiq etmişdir. Qeyd olunan xüsusat həmçinin cavabdehin məhkəməyə təqdim etdiyi saldo hesabat vərəqəsi ilə də öz təsdiqini tapır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac cavabdehin əməkdaşları tərəfindən yeni tipli sayğaclar ilə əvəzlənmiş və bunun səbəbi olaraq sayğacın çıxış borusunda deşik aşkarlanması qeyd edilmişdir. Lakin sənədlərdən yaşayış sahəsində çöldə yerləşən və hər ay cavabdehin əməkdaşları tərəfindən yoxlanılan sayğaclarda kim tərəfindən korlanması faktı araşdırılmamış və təqsirkar şəxs müəyyən edilməmişdir. Çıxarılan sayğaclar yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, hər iki sayğacın çıxış borusunda deşik olması təsdiqlənmişdir. Sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2076 manat pul tələb edilir. Dolayısı ilə sayğacdakı qüsurun kimin təqsiri nəticəsində yaranması müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Qeyd edilməlidir ki, iddiaçı akt əsasında onun abonent hesabına 2575 manat borc hesablandığını iddia etsə də, iş materiallarından məlum olur ki, aktlar əsasında onun abonent hesabına cəmi 2076 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə hesablanmış 2076 (iki min yetmiş altı) manat məbləğində borc silinməlidir. İddia tələbi qalan hissədə aktlar əsasında hesablanmamaqla, real qaz sərfiyyatı borcu olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilin təbii qazla təchiz edilməsi ilə əlaqədar **********00000 abonent kodu üzrə hesablanmış 2076 (iki min yetmiş altı) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(071)-189/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-189/2025
11.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver