Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-190/2023 27.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış 800 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin ünvan Abonent kodu **********00000 olmaqla cavabdeh X3 tərəfindən qazla təmin olunur. 27 aprel 2022-ci il tarixdə Cavabdeh əməkdaşları onun ünvanına gələrək ona sayğacın qaz buraxdığını, bu səbəbdən də dəyişdirilməli olduğu bildirmişlər. Daha sonra sayğac dəyişdirilmiş və həmin vaxt evdə olan şəxslərə dəyəri ödənilməmiş vəsait ödənildikdən sonra yeni kartın götürməli olduğu və bundan sonra qazın verilməsinin bərpa olunacağı bildirilmişdir. O, Asan Kommunala gedərək ödəniş etdikdən sonra ona yeni smart kart verilmiş və qazın verilişi bərpa olunmuşdur. Sayğac dəyişdirilən zaman tərtib olunmuş aktda sayğaca müdaxilə ilə bağlı və ya onun zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Sonradan o, karta pul vəsati ödədikdə ödədiyim pulun 50 faizi borca silindiyini görmüşdür. O, bununla əlaqədar X2 müraciət etdikdən sonra ona məlum olmuşdur ki, onun iştirakı və xəbəri olmadan götürülmüş sayğaca baxış keçirilmiş və bu barədə akt tərtib olunmuş, guya sayğaca müdaxilə olunduğu üçün ona 800 manat borc yazılmışdır. Sayğac çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması halı aşkar edilməmiş, sayğaca müdaxilə olunması sonradan Azərbaycan Respublikası DNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. O, həmin aktın tərtib olunmasında iştirak etmədiyini, ümumiyyətlə həmin vaxt onun yaşadığı ünvana heç kimsənin gəlmədiyini, özünün də, harasa dəvət olunmadığını, o, və ya ailə üzvləri tərəfindən sayğaca hər hansı müdaxilə edilmədiyini və buna baxmayaraq ona 800 manat qanunsuz və əsassız olaraq cərimə yazıldığını göstərmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və xəstəliyi ilə əlaqədar mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini qaz ilə təmin etmək üçün Cavabdeh İB ilə istehlakçı İddiaçı arasında bağlanmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 21 yanvar 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış itron tipli G4 markalı 1402AZ**********96 nömrəli qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********3 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2022-ci il tarixli, 034844 nömrəli aktda görünür ki, İtron tipli 1402AZ**********96 nömrəli G-4 markalı sayğacın minimal sərfiyyatda hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş 28 fevral 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının 28 fevral 2022-ci il tarixli MSK 29/1710-00702-1 nömrəli rəyinə əsasən G4 markalı 1402AZ**********96 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilib, xətalar normadan artıqdır, minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90=4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi 28 fevral 2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin fevral ayı üçün qalıq və aktlar üzrə 518,40 manat borc hesablanmışdır. İş materiallarından görünür ki, iddiaçının yaşadığı evə quraşdırılmış Zinner mexaniki tipli, G4 markalı **********3 nömrəli qaz sayğacı Zenner tipli G4 markalı **********137 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi əvəzetmə göstərilmişdir. Aktda həmçinin Abonent borcu olduğu üçün smartlar əvəz olundu qeyd edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac ilkin olaraq 21 yanvar 2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış plastmas borusu deşilmiş, xətalar normadan artıqdır, minimal sərfiyyatda 100 faiz nisbi xətayla işləyir və sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 518,40 manat pul tələb edilir. Göründüyü kimi, cavabdehin hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1402AZ**********96 nömrəli elektron qaz sayğacı xx.xx.2022-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********3 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent koduna vurulmuş itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Qeyd edilməlidir ki, iddiaçı akt əsasında ona 800 manat borc yazıldığını iddia etsə də, abonentin soldosundan məlum olur ki, akt əsasında onun abonent hesabına ona 518,40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda hər hansı qüsurun olması və ya abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X4 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə 28 fevral 2022-ci il tarixli ******* saylı aktda sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi göstərildiyindən və həmin hala görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də həmin akt əsasında ziyan hesablandığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən, həmçinin həmin akta əsasən abonentə 800 manat deyil, 518,40 manat borc yazıldığından, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabına hesablanmış 518,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul şəhəri, B.İbrahimov küçəsi15 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına hesablanmış 518,40 manat borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(071)-190/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-190/2023
27.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver