Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-196/2023 28.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun abonent hesabına hesablanmış 938 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış smart tipli qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir. 27 fevral 2018-ci il tarixində qaz idarəsinin işçiləri gəlib onun evinin qaz təminatı məqsədilə quraşdırılmış itron tipli, G-4 markalı 1302AZ**********80 saylı qaz sayğacının açaraq, özləri ilə aparmışlar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər. O, evə gələrkən Cavabdeh İB-nin əməkdaşlarının sayğacda iş gördüklərinin şahidi olmuş, nə etdiklərini soruşduqda isə ona sayğacın istifadə müddəti bitdiyi üçün yeni qaz sayğacı ilə əvəzləndiyini bildirmişlər. O, qaz sayğacının istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzləndiyi zaman iştirak etmiş və şahidi olmuşdur ki, yeni qaz sayğacı quraşdırıldı. O, buna aydınlıq gətirmək üçün qaz idarəsinə yollannmış orada qaz idarəsinin əməkdaşları ona sayğacın hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyini və sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. O, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda, 11 il fasiləsiz, yoxlanılmadan istifadə edildiyini, onun və ailə üzvlərinin sayğaca heç bir müdaxilə etmədiklərini, buna baxmayaraq, ona əsassız olaraq 938 manat cərimə hesablandığını, təbii qazdan istifadəyə görə ödənişləri vaxtı vaxtında ödədiyini, onun təqsiri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli olmadığını və yazılmış cərimənin əsassız olduğunu göstərmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 04 dekabr 2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış İtron tipli G4 markalı 1302AZ**********80 nömrəli G-4 markalı qaz sayğacı yeni İtron tipli, G4 markalı 1702AZ**********49 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi sayğacın hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyini və sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilmişdir. İş materiallarından “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 fevral 2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 1302AZ**********80 nömrəli G-4 markalı sayğacın hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyini və sayğacın çıxış plastmas borusunun deşildiyi göstərilərək dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış itron tipli, G-4 markalı 1302AZ**********80 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı hesablama mexanizminin minimal sərfıyyatda keçən qazın həcmini qeyd etmədiyini və sayğacın çıxış plastmas borusunun deşilməsi aşkar edilmişdir. Beləliklə qaz işlədicilərindən 3 gözlü qaz piltəsinin maksimal saatlıq qaz sərfi 08 m3/saat, orta günlük iş rejimi - 6 saat, hesabat müddəti 34 gün yay aylarında orta günlük iş rejimi 4 saat hesabat müddəti 146 gün, kombi 28 kv (istilik üçün) maksimal saatlıq qaz sərfi 03 m3/saat, qış aylarında orta günlük iş rejimi 18 saat hesabat müddəti 34 gün, QSQ (24 it) maksimal saatlıq qaz 2,4 m3/saat, qış aylarında orta günlük iş rejimi 8 saat hesabat müddəti 34 gün yay aylarında orta günlük iş rejimi 4 saat hesabat müddəti 146 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğın ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, 2018-ci ilin mart ayı üzrə iddiaçının abonent hesabına qalıq və aktlar üzrə 938,20 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 04 dekabr 2017-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmir və sayğacın çıxış plastmas borusunun deşilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 938,20 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 938,20 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi və sayğacın çıxış plastmas borusunun deşilməsi ilə əsaslandırmışdır. Aktda sayğaca iddiaçı tərəfindən müdaxilə edilməsi və ya sayğacın plombunun qırılması göstərilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini, sayğaca hər hansı müdaxilənin olmadığını və borcun necə yaranmasından xəbərinin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Bununla belə qeyd edilməlidir ki, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında iddiaçının abonent hesabına 938,20 manat borc hesablanmasına baxmayaraq, iddiaçı tələbində həmin borcun 938 manat hissəsinin silinməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman tərtib edilmiş aktda X1 əməkdaşları tərəfindən sayğacın plasmas borusunun deşildiyi göstərilsə də, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, eləcə də yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımadığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun abonent hesabına hesablanmış 938 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********01590) abonent hesabına 27 fevral 2018-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 938 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X3
Məhkəmə qərarları › İş №2(071)-196/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-196/2023
28.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver