Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-221/2025 12.03.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan ******* saylı aktın etibarsız hesab edilməsi və iddiaçının abonent hesabına əlavə edilmiş 216 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Hacıqabul rayonu, Qarasu kəndində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir. Belə ki, xx.xx.2020-ci il tarixində qaz idarəsinin işçiləri evin qaz təminatı məqsədi ilə quraşdırılmış, G-4 markalı 1802AZ**********99 saylı qaz sayğacının açaraq, sayğaca baxış keçirib, eyni zamanda akt tərtib edilmişdir. Daha sonra qaz sayğacın özləri ilə apardıqdan sonra yəni, onun adına cərimə yazılaraq qeyd edilmişdir ki, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, sayğacın ALARM-1 rejimində olduğu, klapanının bağlı olduğu, sayğacın yaddaş arxivinin oxunduğunu, xx.xx.2019-cu il tarxində ALARM-1 rejim aşkar olduğunu xx.xx.2020-ci il tarixli, dəymiş ziyanın bərpasına dair tələbnamə ilə ona bildirilmişdir. Sayğacın istismar müddəti 10 ildir və quraşdırıldığı gündən fasiləsiz, yoxlanılmadan istifadə edilmişdir. O və ailə üzvlərindən heç kim sayğaca müdaxilə etməmişdir. Buna baxmayaraq əsassız olaraq onun adına 216 manat cərimə hesablanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh İB-nin əməkdaşları əsassız olaraq onu 216 manat cərimə etmişlər. Həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktda göstərilmişdir ki, Cavabdeh İB qaz sayğacının yoxlanılması barədə 29/1710-01250-1 saylı akta əsasən sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, sayğacın ALARM-1 rejimində olduğu qeyd olunmuşdur. Sayğac istismara yararsızdır. Dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktdan müəyyən edilir ki, əvvəlki qaz sayğacında olan qüsurlardan dolayı yeni qaz sayğacı abonentə məxsus evə quraşdırılmış və abonentə təhvil verilmiş, həmin akt iştirakçılar və abonent tərəfindən imzalanmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair aktdan müəyyən edilir ki, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, sayğacın ALARM-1 rejimində olduğu, klapanının bağlı olduğu, sayğacın yaddaş arxivinin oxunduğunu, xx.xx.2019-cu il tarxində ALARM-1 rejim aşkar olduğunu xx.xx.2020-ci il tarixli, dəymiş ziyanın bərpa edilməsi qeyd edilmişdir. Bundan başqa, qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması (4x6x90=cəmi: 2160m3) və hesablanmış məbləğin ödənilməsi qeyd olunmuşdur. İş materiallarında olan Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 79 nömrəli arayışdan görünür ki, Şıxaliyev X3 rayonu, Qarasu kəndində yaşayır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan müəyyən edilir ki, İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 manat məbləğində borc mövcuddur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2019-cu il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 216 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X5 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, iddia təmin edilməli, İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 216 (iki yüz on altı) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-221/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-221/2025
12.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver