Məhkəmə qərarları › İş №2(071)-231/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-231/2024

22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-231/2024 22.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən xx.xx.2023-cü il tarixdə onun abonent hesabına əlavə edilmiş 275,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Abonenti olduğu Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 70 ünvanına xx.xx.2023-cü il tarixdə su idarəsinin işçiləri ona borcla bağlı bildiriş verdikləri zaman 459 m3 sərfiyyat göstərərək onun abonent hesabına 275,40 manat məbləğində borc əlavə etmişlər. O, həmin məbləği gördükdən sonra sayğaca baxış keçirmiş və sayğacın üzərində ümumi sərfiyyat göstəricisinin 371m3 olduğunu görmüşdür. Əlavə olaraq bildirir ki, həmin ünvanda sadəcə həyat yoldaşı yaşayır, o, Bakı şəhərində yaşamaqla bəzən həmin evə baş çəkmək, təmizlik işləri aparmaq üçün bir neçə günlük gəlir. O, həmin məbləğin tamamilə əsassız olduğunu düşünür və illər üzrə sərfiyyat barədə abonent kartından çıxarışı da işin materiallarına əlavə edəcəkdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, Cavabdeh ASC-nə hesabına əsassız cəriməsi yazılması barədə şikayətini bildirmişdir. O, Hacıqabul şəhərində yaşayır. Hesabına yazılmış 275 manat cərimənin heç bir əsası yoxdur. Cavabdeh ASC-nin Şirvan şəhəridə yerləşən idarəsinə şikayətini bildirmiş, lakin orada deyilmişdir ki, cərimə məbləği Cavabdeh ASC-nin Bakı şəhərində yerləşən mərkəzi idarəsi tərəfindən yazılmışdır. Odur ki, hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, abonenti olduğu Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı yaşayır. Cavabdeh tərəfindən həmin ünvana ona borcla bağlı bildiriş verdikləri zaman 459 m3 sərfiyyat göstərərək onun abonent hesabına 275,40 manat məbləğində borc əlavə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı qərarının 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 5.15-ci bəndində qeyd edilmişdir ki, istehlakçının verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə hesab edir ki, Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evində əsassız hesablanmış 275,40 manat məbləğində borc pul silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Hacıqabul şəhəri, M.F.Axundov küçəsi, ev 70 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********000) Cavabdeh ASC tərəfindən hesablanmış 275,40 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar