Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-258/2024 18.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçının müdafiəçisi X1 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun abonent hesabına **********000 əlavə edilmiş 1364,22 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. xx.xx.2008-ci ildə 35394322 nömrəli müqavilə əsasında cavabdehlə aralarında su təchizatı haqqında müqavilə bağlanmışdır. Yaşadığı ünvana su xətti çəkilməklə xx.xx.2013-cü ildə "ALİ ASU' markalı 50046463 nömrəli su sayğacı quraşdırılmış və B2İ3641 nömrəli plomb vurulmuşdur. Daimi olaraq istehlak etdiyi suyun ödənişlərini həyata keçirmişdir. Yaranmış nasazlıqla əlaqədar olaraq 2020-ci ilin oktyabr ayında smart tipli sayğacı mexaniki sayğacla əvəz edilmiş və portaldan qeydiyyatdan keçdikdən sonra aylıq ödənişlərini həyata keçirmişdir. Smart tipli sayğac mexaniki sayğacla əvəz olunduğu vaxtda sayğac üzərində borcun olması və ya tərəfindən hər hansı müdaxilə halının olması aşkar olunmamışdır. Nəzarətçi hər ayın əvvəlində gələrək onun və ailə üzvlərinin iştirakı ilə göstəriciləri götürmüş və qalıq borcu hesablamışdır. Sonuncu dəfə Cavabdeh ASC-nin Fərid adlı əməkdaşı həyətinə gəlmiş və sayğacın göstəricilərini götürmüşdür. xx.xx.2023-cü ildə qalıq borcu 35 manat məbləğində müəyyənləşdirilmişdir. xx.xx.2023-cü ildə "xxxx" ASC-nin əməmkdaşları həyətinə gələrək sayğaca baxış keçirmiş və bildirmişlər ki, sayğac mənfi göstərici ilə işləyir və onun 1364.22 manat məbləğində borcu yaranmışdır. "Azərsu' ASC-nin əməkdaşları bildirdilər ki, 16 saylı əmrə əsasən su xətti kəsilməlidir. O, bununla bağlı ciddi narazılığını bildirmişdir. Belə olan təqdirdə necə olar ki, onun 1364.22 manat məbləğində borcu yaranır. Onun abonent hesabına yazılmış borc məbləği ilə razı deyil. Özü təqaüdçüdür və 1 dərəcəli əlildir. Borc cədvəlinə diqqət elədikdə borc məbləğinin 2017-ci ildən yarandığı müəyyən edilir. İddiaçının nümayəndəsi Fərəcov Salman məhkəmə zalında izahatında iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, su sayğacında sərfiyyat olub lakin abonent ödəniş etməmişdir. Vətəndaşın 1364,22 manat borcu yığıldığını və 2013-cü ildə yeni sayğac quraşdırıldığını bildirdi. Məhkəmə, iddiaçının müdafiəçisini və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hacıqabul rayon İHB-nın Hacıqabul şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı Kərimov X2 şəhəri, Ə.Vahid küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Azərbaycan Respublikası Cavabdeh ASC-i tərəfindən təqdim edilmiş 13-16/2- 01/4/01-7/5/3305/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus **********000 saylı abonent koduna su təhcizatə xidmətindən istifadəyə görə Hacıqabul Sukanal sahəsinin nəzarətçisi tərəfindən xx.xx.2021-cü il tarixində sayğac normal oxunmuş və sayğacın göstəricisi 3850 kub olaraq qeyd edilmişdir. Həmin tarixdən etibarən xx.xx.2023-cü il tarixədək sayğaca baxış keçirmək və sayğac göstəricisinin abonent informasiya sisteminə daxil edilməsi üçün Sukanal sahəsinin əməkdaşı üçün şərait yaradılmamışdır. Qeyd edilənləri nəzərə alaraq abonentə 2021-ci il üzrə 25 kub, 2022-ci il üzrə 48 kub, 2023-cü il yanvar, fevral və oktyabr aylarında müvafiq olaraq 36 kub (cəmi 109 kub) sərfiyyat hesablanmışdır. xx.xx.2021-ci il tarixində sayğacın göstəricisi 3850 kub olduğunu nəzərə alaraq: 3850 m3 + 109 m3 =3959 m 3 edir. xx.xx.2023-cü il tarixində Sukanal sahəsinin əməkdaşı tərəfindən sayğac göstərcisi 6180 kub olaraq abonent informasiya sisteminə daxil edilmişdir. Bu halda 6180 m3 - 3959 m3 = 2221 m 3 (2221 m 3 X 0.60 qəpik = 1332.6 manat) olaraq sərfiyyat hesablanmışdır. xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sözügedən abonent koduna su təchizatı xidmətindən istifadəyə görə cəmi 32.10 manat ödəniş olunmuşdur. Hazırda abonentin 1369.02 manat debitor borcu var. İddiaçıya məxsus abonent kartından görünür ki, abonent 2021-ci il ərzində 12.10 manat, 2022-ci il ərzində 10 manat, 2023-cü il ərzində 20 manat olmaqla, ümumilikdə 3 üç il ərzində cəmi 32.10 manat ödəniş etmişdir. İddiaçıya məxsus “ALFASU” markalı AS 20-130-E6 nömrəli su sayğacının oxunma pəncəsindən görünür ki, orada istifadə edilmiş suyun həcmi 6285 kub olduğu qeyd edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı qərarının 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 4.1-ci maddəsində qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməyin istehlakçının vəzifəsi olduğu qeyd edilmişdir. Həmin Qaydaların 7.8-ci bəndinə əsasən istehlakçı STKM-nin nümayəndəsinin suölçən cihaza buraxmasına şərait yaratmadıqda, sərf edilmiş suyun həcmi istehlakçının əvvəlki 12 aylıq dövrdə (istehlak dövrü 12 aydan az olduqda, faktiki istehlak dövrü üzrə) istifadə etdiyi orta istehlak normasına əsasən hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında qeyd edilir ki, iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir. Həm Mülki Məcəllənin, həm də, Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, iddia müddətinin tətbiq ilə bağlı ərizə məhkəməyə cavahdeh tərəfindən təqdim edilir. Hazırki, mülki işdə isə iddia tərəfinin nümayəndəsi iddia müddətinin tətbiqi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişdir. İddia tərəfinin nümayəndəsi tərəfindən məhkəməyə həm iddia ərizəsi ilə həm də, iddia müddətinin tətbiqi ilə əlaqədar ərizə ilə müraciət etməsi qanunvericiliyin tələbləri və hüquqi düşüncə baxımından heç bir məntiqə uyğun deyil. Qeyd edilən hallarla əlaqədar, məhkəmə iddia tərəfinin nümayəndəsinin iddia müddətinin tətbiqi ilə əlaqədar təqdim edilmiş ərizəni hər hansı hüquqi əhəmiyyəti olmayan sənəd kimi qəbul edərək ərizənin təmin edilib-edilməməsi ilə əlaqədar məsələyə toxunmağı mümkün hesab etmir. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddiaçı xx.xx.2021-cü il tarixdən xx.xx.2023-cü il tarixədək sayğaca baxış keçirmək və sayğac göstəricisinin abonent informasiya sisteminə daxil edilməsi üçün Sukanal sahəsinin əməkdaşı üçün şərait yaratmadığından və 2021-2023-cü illər ərzində cəmi 32.10 manat ödəniş edərək, istifadə etdiyi suyun dəyərinin ödənilməsi ilə əlaqədar öhdəliklərini tam icra etmədiyindən iddia təmin edilməməli, istehlakçının abonent hesabına Cavabdeh ASC tərəfindən 1369.02 manat borc məbləğinin yazılması qanuni hesab edilməlidir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh ASC-ə qarşı “borcun silinməsi tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-258/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-258/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver