Məhkəmə qərarları › İş №2(071)-272/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-272/2024

29.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-272/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı xx.xx.2023cü il tarixli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 172,80 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X2 sahəsinin mütəxəssisləri tərəfindən xx.xx.2023 cü il tarixində fərdi yaşayış evində quraşdırılan, ona məxsus, abonent kodu **********0000 olan Zinger tipli G-4 markalı **********899 nömrəli sayğaca baxış zamanı sayğacda kənar təsir nəticəsində ekranının qaralması halı müşahidə olunmuş və sayğacın qiyməti onun tərəfindən ödənildikdən sonra yeni Zinner tipli G-4 markalı **********4 nömrəli sayğac quraşdırılmışdır. (xx.xx.2023 cü il tarixli, HXS SQİX ******* nömrəli Akt əlavə olunur). Fərdi yaşayış evində ağır xəsətə olduğunu nəzərə alaraq, heç bir araşdırma aparmadan qazın verilişinin təmin olunması məqsədilə xx.xx.2023-cü il tarixində tərəfindən sayğacın dəyəri, yəni 267.08 manat Azərbaycan Beynəlxalq Bankında qeyd olunun sahənin bank hesabına ödənilmişdir (mədaxil qəbzi əlavə olunur). Sayğacın dəyərinin ödənilməsi zamanı məlum olmuşdur ki, X2 sahəsi tərəfindən ona heç bir məlumat verilmədən və heç bir sənəd təqdim edilmədən 2023- cü ilin iyul ayında 518.40 manat məbləğində əsassız olaraq borc məbləği hesablanmış və debiror borc olaraq abonent saldosuna salınmışdır (Abonent saldosu əlavə olunur). Qeyd olunan borc məbləğinin hansı səbəbdən yazıldığını öyrənmək məqsədilə X2 sahəsinə şifahi olaraq müraciət etmişdir. Ona həmin sahədən verilən şifahi cavaba əsasən xx.xx.2022 ci il tarixində debitor borcu olduğu üçün istismarda olan **********3 nömrəli Zenner tipli, G-4 markalı sayğac dəyişilərək, yenisi ilə **********899 nömrəli Zenner tipli, G-4 markalı sayğacla əvəz edilmişdir (xx.xx.2022 ci il trixli, ******* nömrəli Akt əlavə olunur). Verilən məlumata görə borcun yazılma səbəbi sayğac dəyişilib, dövlət yoxlamasına (laboratoriyaya) göndərildikdən sonra guya sayğaca müdaxilə halı aşkar olunmuşdur. Bildirir ki, o bununla razılşmayaraq yazılan aktların və laboratoriya müayinəsinin rəyini tələb etmişdir. Təqdim olunan sənədlərdən məlum oldu ki, X2 sahəsinin əməkdaşlarının tərtib etdiyi xx.xx.2023 cü il tarxli ******* nömrəli akta əsasən fərdi yaşayış evində quraşdırılmış sayğac nömrəsi **********3 olan sayğaca baxış keçirən zaman sayğacın hesablama mexanizminin plastmas hissəsində kəsici alətlə deşilmiş dəlik aşkar edilmişdir (akt əlavə olunur). Azəriqaz İB -nin Metroloji Deportamantinin sayğacların müayinəsi laboratotiyası həmin akta əsas götürərək G-4 markalı **********3 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsində kəsici alətlə deşilməsi haqqında (xx.xx.2023- cü il tarixli MSK-14-2-2/3-5-6268/Q004 nömrəli rəylə bu iddianı təsdiq etmiş və X4 İstismar İdarəsinin 09 avqust 2023 cü il tarixli "Dəymiş ziyanın bərpasına dair Tələbnamə" yə əsasən ona əsassız olaraq 4320 kub metr ( 518.40 manat) artıq qaz sərfiyyatı yazılmışdır. Çox maraqlıdır ki, X2 sahəsi əməkdaşlarının xx.xx.2023- cü il tarixində tərtib etdiyi ******* nömrəli akta əsasən Azəriqaz İB-nin Metroloji Deportamantinin sayğacların müayinəsi laboratotiyası 1 gün qabaqcadan xx.xx.2023- cü il tarixində necə rəy verə bilər. Eyni zamanda X2 sahəsinin 22.06 2022 -ci il tarixli ******* nömrəli aktına əsasən **********3 nömrəli sayğac fərdi yaşayış evini təmin edən qaz xəttindən debitor borca görə ayrılmış və yeni Zenner tipli G- 4 markalı **********899 nömrəli sayğac quraşdırılımışdır(akt əlavə olunur). Belə olan halda necə ola bilər ki, 22.06 2022 -ci il tarixində qaz xəttindən ayrılmış Zinner tipli, G-4 markalı, **********3 nömrəli sayğaca xx.xx.2023 -cü il tarixində yenidən akt tərtib edilmiş və 518.40 manat əsassız borc yazılmışdır. Bildirir ki, xx.xx.2023-cü il tarixində qaz sayğacına baxiş zamanı aktla sənədləşdirilmiş əsassız 518 manat borc necə olur ki, 1 ay qabaq 2023-cü ilin iyul ayında Abonent saldosunda öz əksini tapmışdır. Həmçinin "Qaz sayğaclarının çıxarılması halları və Dövlət qeydiyyatına göndərilməsi" Qaydasının 2-ci bəndinə əsasən "Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi" maddəsinə, o cümlədən həmin maddənin 2.3-cü bəndinə əsasən qaz xəttinin üzərindən açılmış sayğacının yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda onun iştirakı təmin edilməli idi. Qeyd edilməlidir ki, Zenner tipli **********3 nömrəli ( plomb №si ********) sayğac Qaz İstisamar sahəsi tərəfindən xx.xx.2021 ci il tarixində istismar vaxtı bitdiyi üçün kütləvi əvəzləmə adı altında quraşdırılmışdır. Sayğac quraşdırılan zaman Abonent saldosundan da görünür ki, xx.xx.2021 ci il tarixində onun borcu olamamış və əksinə olaraq X3 mənə 10,40 manat borcu olmuşdur. Çox maraqlı bir haldır ki, əgər sayğaca tərəfindən hər hansı bir müdaxilə halı olmuşdursa, nəyə görə xx.xx.2022- ci il tarixində yeni sayğac quraşdırılan zaman onun ödənilməmiş debitor borcu 732.4 manat ( halbuki, o bu məbləğə də şübhə ilə yanaşır) təşkil etmişdir. Abonent saldosundan da açıq aydın görünür ki, debitor borc bu müddətdə (xx.xx.2021-xx.xx.2022 ci il tarixlərində) mütəmadi olaraq artmışdır. Bu da onu subut edir ki, tərəfindən sayğaca heç bir müdaxilə olunmamış, xx.xx.2023- cü il tarixli MSK-14-2-2/3-5-6268/Q004 nömrəli rəyində qeyd edilən müdaxilə halı və X4 İstismar İdarəsinin 09 avqust 2023 cü il tarixli "Dəymiş ziyanın bərpasına dair Tələbnamədə və yazılmış qaz sərfiyyatının heç bir hüququ əsası yoxdur. Abonent saldosunda 2022-ci ilin may ayı üçün sayğacın mexaniki göstəricisi 5015 kub metr olduğu halda, 2022-ci ilin iyun ayında sayğac xətdən ayrılarkən aktda göstərilən sayğacın mexaniki göstəricisi 5039 kub metr, iyun ayı üçün sərf olunan qazın həcmi 21 kub.metr qeyd olunmuşdur. Riyazi hesablama qaydasında hesablayarkən qaz sərfiyyatı 5039 kub metr -5015 kub metr = 24 kub.metr müəyyən olunmuş, bu da X3 əməkdaşlarının qeyri dürüst olmalarını bir daha subut edir. Bildirmək istəyir ki, Azərbaycan Respublikası Tarif(qiymət) Şurasının 2021- ci il 16 oktyabr tarixli 13 nömrəli Qərarına əsasən təbii qazın ölkədaxiii tariflərinə əasəsən əhali üçün illik istehlak həcminin 1200 kub.metr dək olan hissəsi üçün 120,0, illik istehlak həcminin 1200-2500 kub.metrə dək olan hissəsi üçün 200 manat və illik istehlak həcminin 2500 kub.metr dən yaxarı olan hissəsi üçün isə 250 manat müəyyən edilmiş və bu Qərar 2021-ci ilin 01 noyabr tarixindən qüvvəyə minmişdir. X2 sahəsi tərəfindən tərtib olunmuş Abonent saldosuna nəzər saldıqda qeyd olunan Qərarın kobud surətdə pozulması və ona artıq qaz sərfiyyatının yazıldığı müəyyən edilmişdir. Belə ki, abonent saldosuna əsasən 2021 ci ilin 11 ay ərzində 1041 kub metr( 1200 kub.metrə qədər 12 qəpik hesablanmalıdır)) qaz sərf etdiyim halda, mənə hər qazın 1 kub metrinə 23 qəpik, (yəni 23 qəpik-12 qəpik= 11 qəpik, 789 kub.metr x 11 qəpik= 86.7 manat, 2021- ci ilin 12 ayı ərzində 2111 (2500 kub metrə qədər 20 qəpik hesablanmalıdır) küb metr qaz sərf edildiyim halda 1 kub.metrə 25 qəpik (25 qəpik -20 qəpik= 5 qəpik, 1070 kub metr x 5 qəpik= 53.5 manat) hesablanmışdır. Bu araşdırmanı davam etdirmək mümkündür. Abonent saldosunun 2 ayının araşdırması zamanı məlum olur ki, Qaz İstismar sahəsi tərəfindən ona bu müddət ərzində 86.7 manat + 53.5 manat =140.20 manat məbləğində vəsait artıq yazılmışdır. Qeyd olunan 140.20 manat məbləğində debitor borc əsassız hesablandığı üçün silinməlidir. Məhkəmə iclasında İddiaçı ərizə ilə müraciət edərək Cavabdeh tərəfindən yazılmış 510 manat borcun silinməsini, 140 manat borcun silinməsinə ehtiyac olmadığını bildirmişdir. . Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış İtron G4 markalı **********899 nömrəli qaz sayğacı yeni Zenner G4 markalı **********4 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğac kənar təsir nəticəsində sayğac sındırılmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, G-4 markalı **********899 nömrəli sayğacın hesablama mexanizminin plastmas qapağı alt hissəsi xüsusi alətlə deşilib. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-6268/Q004 nömrəli rəyinə əsasən G-4 markalı **********899 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağı alt hissəsi xüsusi alətlə deşilib. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin iyul ayı üzrə 518,40 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 518,40 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 518,40 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 518,40 manat (beş yüz on səkkiz manat qırx qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar