Məhkəmə qərarları › İş №2(071)-290/2023

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-290/2023

15.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-290/2023 15.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X2, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab olunması və ona dair nəticələrin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə Hacıqabul rayon Məhkəməsinə müraciət edərək, 21 fevral 2021-ci il tarixli, 209542 nömrəli aktın etibarsız hesab edilməsi və **********5 saylı abunə hesabına yazılan cərimənin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsinin qanunla müəyyən olunmuş məzmununa riayət edilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində "xxxx" ASC tərəfindən 21 fevral 2021-ci il tarixli, 209542 saylı akt əsasında ona cərimə yazıldığını göstərərək, 21 fevral 2021-ci il tarixli, 209542 saylı aktın etibarsız hesab edilməsi və və həmin akt əsasında ona yazılmış cərimənin silinməsini xahiş etsə də, silinməsini tələb etdiyi cərimənin məbləğini dəqiq göstərməmiş, bununla da iddia ərizəsinin məzmununa dair qanunvericiliyin müəyyən etdiyi qaydaya riayət etməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə də, 21 fevral 2021-ci il tarixli, 209542 saylı akt əsasında iddiaçının abonent hesabına hansı məbləğdə cərimə hesablanması müəyyən deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı iddia ərizəsində dəqiq göstərilməlidir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur (MPM 152.4-cü maddə). Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab olunması və ona dair nəticələrin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263 və 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab olunması və ona dair nəticələrin ləğv edilməsi tələbi»nə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. X1 izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən nöqsan aradan qaldırıldıqdan sonra təkrarən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar