Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-290/2024 29.02.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi barədə” xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi (Maraqlı şəxs) xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-01997 saylı “Barışıq sazişi”-nin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi Maraqlı şəxs ilə xx.xx.2022-ci il tarixdə nigah münasibətlərinə girməklə Hacıqabul rayon Qeydiyyat Şöbəsində 3527 nömrəli aktla AZ-İ № 058753 seriyalı nikahın bağlanması haqqında şəhadətnamə qeydə alınmışdır. Həmin nigah münasibətlərindən doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X2 adında bir uşağları vardır. Maraqlı şəxslə ərizəçi arasında olan nigah münasibətləri xx.xx.2022-ci il tarixdən davam etməsinə baxmayaraq, lakin faktiki olaraq 2023-cü ilin iyun ayından həmin münasibətlər formal xarakter daşıyır. İlk əvvəllər maraqlı şəxslə münasibətləri normal olsa da, lakin sonradan bu münasibətlər kəskinləşmiş və artıq nigahın pozulması həddinə gətirib çıxartmışdır. Ona görə də hal-hazırda maraqlı şəxslə xarakterləri uyğun gəlmədiyindən nigahın pozulması qərarına gəlmişlər. Birgə nigah münasibətlərindən doğulmuş uşağı saxlamaq, onu maddi cəhətdən təmin etmək çətin olduğuna görə də o, ərizəçi nigahın pozulması ilə yanaşı alimentlə bağlı ilk olaraq Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Belə ki, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/- 01997 saylı “Barışıq Sazişi” əsasında ərizəçi ilə maraqlı şəxs arasında müqavilə bağlanılmış və tərəflər, yəni maraqlı şəxs üzərinə öhdəliklər götürmüşdür. Lakin bu günə kimi maraqlı şəxs “Barışıq Sazişi”-dən irəli gələn öhdəlikləri yerinə yetirmir. Bu səbəbdən də ərizəçi Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-01997 saylı “Barışıq Sazişi”-nin təqsdiqlənməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O ərizəçi tərəfindən nigahın pozulması ilə yanaşı alimentin məbləğinin müəyyən edilməsi təklifi ilə maraqlı şəxsə mediasiya qrumunda razılığa gəlinməsini bildirmişdir. Maraqlı şəxs etiraz etmədiyindən Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Mediasiya sessiyasında o ərizəçi və maraqlı şəxslər olaraq istər nigahın pozulmasında, istər də aliment məbləği ilə bağlı qarşılıqlı razılığa gəlinmişdir. Mediasiya təşkilatı tərəfindən barışıq sazişi və mediasiya prossesinə xitam verilməsi barədə protokol verilmişdir. Lakin buna baxmayaraq maraqlı şəxslə aralarında bağlanılmış xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-01997 saylı “Barışıq Sazişi” ilə öz üzərinə götürdüyü öhdəliyə əməl etmir və onunla birgə nigahdan dünyaya gəlmiş uşağının yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay uşağa 250 (iki yüz əlli) manat sabit pul məbləğində ödəyəcəyi aliment məbləğini ödəməkdən yayınır, demək olar ki, qəti şəkildə əməl etmir. O, hal-hazırda Hacıqabul rayonunda yaşadığından, həmçinin himayəsində azyaşlı uşağı olduğundan Azərbaycan Respublikası MPM-nin 36.5-ci maddəsinin tələblərinə əsasən Hacıqabul rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. O, Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/-01997 saylı “Barışıq Sazişi”-nin təqsdiqlənməsi ilə bağlı məhkəməyə müraciət etmişdir, lakin Hacıqabul rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(071)-177/2023 saylı qərardadına əsasın iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Həmin qərardadda məhkəmə tərəfindən onun tərəfindən nigahın pozulması ilə bağlı ərizənin adi icraat qaydasında, lakin alimentlə bağlı ərizənin isə xüsusi icraat qaydasında barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi barədə ərizə verilməli olduğunu bildirilmişdir. Həmçinin o, məhkəmə qərardadın qəbzə imza atmaqla götürdükdə cavabdehin nigahın pozulması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişlər, ona görə də o, nigahın pozulması ilə bağlı ərizə verməmişdir ki, eyni ilə oda nigahın pozulmasına razıdır. Lakin Hacıqabul rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2 (071)- 177/2023 saylı qərardadında iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılması qeyd edilsə də, amma qərardaddan savayı heç bir sənəd ona qaytarılmamışdır. Bütün sənədlər Hacıqabul rayon məhkəməsinin 2(071)-177/2023 saylı mülki iş materialında qalmışdır. Ona görə də ərizəçi Sabirabad rayon 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023/- 01997 saylı “Barışıq Sazişi”-nin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsi barədə ərizəyə heç bir sənəd əlavə edə bilməmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin maraqlı şəxs məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs arasında alimentin ödənilməsinə dair mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X1 atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi nikahı xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzi Qeydiyyat Şöbəsində qeyd edilmiş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 3527 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “İmanov”, arvada “İmanova” soyadı verilmişdir. İş materiallarında olan Ərizəçi və Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər arasındakı razılaşmaya əsasən İmanov Maraqlı şəxs Zeynəb Ramil qızı ilə nikahından doğulmuş övladı - xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. İş materialları ilə müəyyən olunur ki, uşağın saxlanılması üçün hər ay 250 manat ödənilməli olan sabit pul məbləğində aliment Maraqlı şəxs tərəfindən vaxtı-vaxtında ödənilmir. “Mediasiya haqqında” qanunun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Beləliklə məhkəmə hesab edir ki, mediasiya prosesi nəticəsində tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 1-dən 5-nə kimi 250 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəsinə götürməsinə baxmayaraq, sazişin imzalandığı vaxtdan keçən müddət ərzində aliment öhdəliyini vaxtında könüllü icra etmədiyindən, eləcə də barışıq sazişinin təsdiq edilməsindən imtina edilməsi üçün MPM-in 355-26-cı maddəsində nəzərdə tutulmuş əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, ərizəçi barışıq sazişinin məcburi icra olunması üçün onun təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 234.2.1, 355-23, 355-24, 355-25, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında “barışıq sazişinin alimentin ödənilməsi hissəsinin təsdiq edilməsinə” dair mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2023-cü il tarixli, MŞS/MT023/2023/-01997 nömrəli barışıq sazişinin alimentin ödənilməsi hissəsi təsdiq edilsin. Barışıq sazişinə əsasən tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment alınaraq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-290/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-290/2024
29.02.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver