Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-304/2025 06.08.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Hacıqabul rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Hacıqabul rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X3 ilə nikahını xx.xx.2004-cü il tarixdə Hacıqabul rayonu VVADQ Şöbəsində rəsmi qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il tarixdə X9, xx.xx.2008-ci il tarixdə X10 və xx.xx.2011-ci il tarixdə X11 adlı üç övladı anadan olmuşdur. X19 doğumdan travmalı olmaqla əqli inkişafı geri qalmış, səhhəti ilə əlaqədar həkimlər tərəfindən “kvadroplegik serebrial iflic” diaqnozu qoyulmuşdur. Qızının səhhəti ilə əlaqədar bir çox tibb müəssisələrində müayinə və müalicələr aparılmasına baxmayaraq, müsbət nəticə əldə edilməsi mümkün olmamışdır. Övladının fiziki, zehni inkişafı geri qaldığından, hərəkət məhdudiyyəti və nitq qüsurları olduğundan, həkimlər tərəfindən ev şəraitində fərdi qaydada təhsil alması məsləhət görülmüşdür. X19 doğumdan yataq xəstəsidir, daima kənar şəxslərin qulluq və nəzarətinə ehtiyacı vardır. Tibbi Ərazi Bölmələrinin X2 rayon X7 Şəxsinin həkim məsləhət komissiyasının qərarı ilə xx.xx.2025-ci il tarixdə (F088) Tibbi Sosial Ekspert Komissiyasına göndəriş verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli qiymətləndirmə rəyi ilə xx.xx.2006-cı il təvəllüdlü X9 (diaqnoz: kvadroplegik serebrial iflic, USİ, Spastik tetraparez, aşağı ətrafların kontarkturaları, spastik tetraplegiya, başqa rubrikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş xəstəliklər zamanı demensiya, üzvi mənşəli ağır dərəcəli ağıl zəifliyi, kənar şəxslərin qulluğuna ehtiyacı olması) orqanizm funksiyalarının 100% pozulması, İ dərəcəli əlillik təyin edilmişdir. Hazırda qızı X9 qeyd edilən xəstəliklər səbəbindən səhhəti ilə əlaqədar hazırda fəaliyyət qabiliyyəti yoxdur. Qızının bu vəziyyətə düşməsi ilə əlaqədar bir çox müalicələr almasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Öz hərəkətlərinin mənasını dərk etmək, onları idarə etmək qabiliyyətində deyildir. Bu günədək ona qulluq edirik və qayğısına qalırıq. Bununla əlaqədar olaraq qızımın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan: - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2025-ci il tarixli, 1711 saylı rəyinə əsasən müəyyən edilir ki, yoxlanılan şəxs X5 “X15 X8 X13 (İmbesillik Dərəcəsində), Davranış Pozuntuları ilə” (F72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Eksperi Komissiyasının elektron arayışında “Kvadroplegik Spastik serebral iflic. USİ. Spastik tetraparezbaşqa rubrikalarda təsnif edilən digər dəqiqləşdirilmiş xəstəliklə zamanı demensiya, üzvi mənşəli ağır dərəcəli ağıl zəifliyi. “Kənar şəxsin qulluğuna ehtiyacı var” diaqnozu ilə birinci dərəcəli əlil hesab edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Yoxlanılan şəxs X5 X15 X8 X13 (imbesillik dərəcəsində) müəyyən edilir. Yoxlanılan şəxs X9 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. X6 fəaliyyət qabilliyyəti olmayan şəxs hesab etməyə əsaslar olduğu qeyd edilmişdir. Məhkəmə iclası şahid qismində ifadəsi dinlənilən X3 bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. xx.xx.2006-cı il təvəllüdlü X9 isə onun övladıdır. X9 öz hərəkətlərini idarə etmə qabiliyyətinə sahib olmadığından uzun müddətdir ki, onun qayğısına şəxsən qalır. Məhkəmə qeyd edir ki, ərizəçi, X4 yaxın qohumu - atasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X4 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-304/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-304/2025
06.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver