Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-311/2023 10.04.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X5 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi ilə, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı X2 cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına əsassız olaraq borc kimi yazılmış 1166,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki o, ünvan 1 ünvanında olan fərdi yaşayış evində yaşayır. xx.xx.2017-ci il tarixdə cavabdehin əməkdaşları yaşadığı ünvana gələrək bildirdilər ki, qaz sayğacı sərfiyyatı qeyd etmir, bu səbəbdən sayğac smart tipli sayğacla əvəzləndi. Sayğac əvəzlənən zaman sayğacın giriş-çıxış borusu möhürlü (plomblu) olmuşdur. Çıxarılan sayğac dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2018-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən sayğacın çıxış plasmas borusu deşilmiş, sayğac sərfiyyatı qeyd etmir. Bu səbəbdən 5832 kub metr qazın itirilməsi müəyyən edilmiş və buna görə 1166,20 manat borc hesablanmışdır. Halbuki,o, sayğacdan kənar qaz istifadə etməmişdir. O və ailə üzvləri smart tipli qaz sayğacına müdaxilə və ya sayğacdan kənar xətdən istifadə etməmişlər. Ona görə cavabdeh tərəfindən əsassız olaraq borc kimi hesablanmış 1166,20 manat onun abonent hesabından silinməlidir. Məhkəmə iclasında iddiaçı X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 12 dekabr 2017-ci il tarixli ******* nömrəli aktdan görünür ki, X1 yaşadığı ünvanda quraşdırılmış İtron tipli 1102AZ**********2 nömrəli G-4 markalı qaz sayğacı yeni İtron tipli 1702AZ**********60 nömrəli G-4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi sayğacın mexaniki göstəricisinin sərfiyyatı qeyd etməməsi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İtron tipli G4 markalı 102AZ**********2 nömrəli G-4 markalı sayğacın hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi, dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, X1 abonent hesabına 2018-ci ilin may ayında ******* saylı akt əsasında 1166,40 manat məbləğində borc yazılmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2017-ci ildə yenisi ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın çıxış borusu deşilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1166,40 manat pul tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün bunlar isə cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddiaçının yaşadığı ev üzrə abonent koduna hesablanmış itirilmiş qazın dəyərinə görə 1166,40 manat borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Bununla yanaşı qeyd edilməlidir ki, iddiaçıya aid abonentin saldosundan 2018-ci ilin iyun ayında akta əsasən iddiaçının hesabına 1166,40 manat borc hesablandığı qeyd edilsə də, iddiaçı iddia tələbində həmin məbləğin 1166,20 manat hissəsinin silinməsini tələb etmişdir. Azərbaycan Respublikasının MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman hər hansı müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, iddia tələbindən kənara çıxmadan onun yaşadığı ünvan abonent hesabına hesablanmış 1166,20 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanda təbii qazın sərfinə görə X1 (abonent kodu: **********00000) abonent hesabına xx.xx.2018-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 1166,20 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X6
Məhkəmə qərarları › İş №2(071)-311/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-311/2023
10.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver