Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-324/2025 30.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında Hacıqabul Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” ərizə ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.1985-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi qızı xx.xx.1985-ci il təvəllüdlü X5 anadan gəlmə ruhu xəstədir və ona 1-ci qrup əlillik verilmişdir. O, psixi pozuntuları nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmədiyi və başa düşmədiyi üçün adına olan sənədləri almaqda çətinlik çəkir. Buna qədər gəlini X6 adından Hacıqabul rayon məhkəməsinə xx.xx.1985-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə ərizəsinə əsasən müvafiq ekspertiza təyin edilmiş və buna görə rəy verilmişdir. Həmin rəy məhkəmənin icraatında olmuş 2(071)- 8/2025 saylı mülki iş materiallarındadır. Hal-hazırda məcburiyyətdən aidiyyatı üzrə məhkəməyə müraciət edib, xx.xx.1985-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi zərurəti yarandığından aidiyyəti üzrə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəni müdafiə edərək təmin olunmasını xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan olan: - AR Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi”nin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2024-cü il tarixli, 3446 saylı rəyinə əsasən müəyyən edilir ki, yoxlanılan şəxs X3 “uşaq serebral iflici nəticəsində yaranan dərin əqli gerilik (idiotiya darəcəsində) davranış pozuntuları ilə" (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından gen qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışında “Çox ağır əqli gerilik. Qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” qeyd olunmuşdur. Genalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar. Epilepsiya. Tez-tez baş verən böyük qıcolmalarla" diaqnozu ilə birinci dərəcəli əlil olduğunun qeyd edilməsi), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Yoxlanılan şəxs X3 dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilmişdir. Yoxlanılan şəxs X5 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasının anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyildir. N.B.İsifaliyevanın psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsasların olduğu qeyd edilmişdir. Məhkəmə iclası şahid qismində ifadəsi dinlənilən X7 bildirmişdir ki, ərizəçi onun qayınatasıdır. xx.xx.1985-ci il təvəllüdlü X5 isə onun baldızıdır. X5 öz hərəkətlərini idarə etmə qabiliyyətinə sahib olmadığından uzun müddətdir ki, onun qayğısına şəxsən qalır. Məhkəmə qeyd edir ki, ərizəçi, X2 yaxın qohumu - atasıdır. Qanunun tələbinə görə belə bir ərizə ilə müraciət etmək hüququna malikdir. X2 psixi cəhətdən fəaliyyət qabiliyyətinin olmaması iş materialları ilə sübut olunur. Ona görə də məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-nin 216-220-ci, 321-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Hacıqabul Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-324/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-324/2025
30.04.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver