Məhkəmə qərarları › İş №2(071)-342/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-342/2024

20.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-342/2024 20.06.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 İstismar İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın etibarsız hesab edilməsi və 6480 kub.metr əsassız hesablanmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2023 cü il tarixində fərdi yaşayış evində quraşdırılan SMART tipli **********99 nömrəli, sayğaca kart vasitəsilə vəsaitin yüklənməsi mümkün olmadığından yaranmış problemlə bağlı X2 sahəsinə müraciət olunmuş, əməkdaşlar tərəfindən kartın bərpa olunduğu və vəsaitin yükləndiyi qeyd olunmuşdur. Lakin kartı yenidən sayğaca yükləmək mümkün olmamışdır. Evində ağır xəstələrin olduğunu, qazın kəsilməsi səbəbindən fərdi yaşayış evində istiliyin olmamasını nəzərə alaraq təkrar olaraq X2 sahəsinə müraciət etmiş, lakin müraciətə laqeyid yanaşılaraq fərdi yaşayış evinə qazın verilişinin təmini ilə bağlı heç bir tədbir görülməmiş və qazın verilişi bərpa olunmamışdır. Kartı sayğaca dəfələrlə daxil etməklə yenidən cəhd olunmuş, lakin vəsait sayğaca yüklənmədiyindən əsəb keçirirək sayğacı əl ilə bərkdən vurmuşdur. Axşam olduğundan sayğacın ekranının zədələndiyindən xəbəri olmamışdır. 25 dekabr 2023-cü il tarixində yenidən müraciət olunduqdan sonra X2 sahəsinin əməkdaşları fərdi yaşayış evinə gəlmiş və ona məxsus, abonent kodu **********0000 olan Zinger tipli G- 4 markalı **********899 nömrəli sayğaca baxış zamanı sayğacda kənar təsir nəticəsində ekranının qaralması halı müşahidə olunduğu qeyd olunmuş, bu məqsədlə akt tərtib edilərək, sayğac qaz xəttindən ayrılmışdır. Həmin gün sayğacın dəyəri 268.08 manat tərəfindən ödənildikdən sonra yeni Zinner tipli G-4 markalı **********4 №li sayğac quraşdırılmışdır. Lakin, Cavabdeh tərəfindən 29 dekabr 2023-cü il tarixində ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması” barədə yenidən əsassız Akt tərtib edilmiş və akta əsasən 6480 kub.metr əlavə qaz sərfiyyatı yazılmışdır. Hesab edir ki, qeyd olunan akta görə yazılan əlavə 6480 kub.metr qaz sərfiyyatı tamamilə əsassızdır. Qazdan istifadə Qaydalan”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlır Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarının 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə iclasında İddiaçı izahatında bildirdi ki, onun abonent hesabına 777,50 manat cərimə yazılmış və sayğaca müdaxilə olunduğunu bildirmişlər. xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən 777,50 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan üzrə qeydə alınmış G4 markalı **********899 nömrəli qaz sayğacı yeni Zenner G4 markalı **********4 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Kənar təsir nəticəsində sayğacın sındırıldığı üçün yeniləndi. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, G-4 markalı **********899 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu örtüyü kənar təsir nəticəsində sındırılmışdır. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların laboratoriyasının xx.xx.2023-cü il tarixli MSK 14-2-2/3-5-13701/Q001 nömrəli rəyinə əsasən G-4 markalı **********899 nömrəli sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü üst hissədən kənar təsir nəticəsində sındırılmışdır. Göstəricilərin və informasiyanın oxunması mümkün deyil. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, abonentin hesabına 2023-cü ilin dekabr ayı üzrə 777,50 manat borc hesablanmışdır. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 777,50 manat borcu sayğacın istismar müddətinin bitməsi və sayğacın yararsız olması ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X3 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə sayğac çıxarıldıqdan sonra yoxlamadan keçirildiyi müddət ərzində hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, iddia təmin edilməli, iddiaçının yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə abonent hesabına akt əsasında hesablanmış 777,50 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanında fərdi yaşayış evində təbii qazın sərfinə görə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 777,50 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar