Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-346/2025 16.04.2025 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmayıl Vəzir oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında olan xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Qarasu qeydiyyatda olmaqla ailə üzvlərilə həmin ünvanda yaşayır. Həmin fərdi yaşayış evi ona məxsusdur. Evin bütün komunal xidmətlərinin sənədləşməsi iddiaçının adına rəsmiləşdirilmişdir. Yaşadığı fərdi yaşayış evində istifadə etdiyi təbii qazın sərfini müəyyən etmək məqsədilə evinin hasarından kənarda küçə tərəfdə qaz sayğacı quraşdırılmışdır. Həmin qaz sayğacını uzun müddət istifadə olunduqdan sonra, sayğacı 2023-cü ilin oktyabr ayında onun xəbəri olmadan dəyişib, istifadəsində olan **********00000 nömrəli abonent koduna cərimə yazmışdırlar. Qaz sayğacı aparıldıqdan bir müddət sonra ona borcu olduğunu bildirmişdirlər. 27 oktyabr 2023-cü il tarixdə, ******* nömrəli akt tərtib edilmişdir. 777,60 manat məbləğdə borcun hardan yaranmasını öyrənmək məqsədilə X2 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsinə müraciət etmişdir. Müraciətindən sonra ona 27 oktyabr 2023cü il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə akt təqdim edildi. Həmin aktı qanunsuz və əsassız hesab edir. xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 777,60 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, Cavabdeh İB qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli akta əsasən sayğaca baxış keçirilmiş, sayğacın yaddaş arxivi oxunmuş və xətaların normadan artıq olduğu qeyd edilmişdir. Dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktdan müəyyən edilir ki, əvvəlki qaz sayğacında olan qüsurlardan dolayı yeni qaz sayğacı abonentə məxsus evə quraşdırılmış və abonentə təhvil verilmiş, həmin akt iştirakçılar və abonent tərəfindən imzalanmışdır. Sayğacın çıxarılmasının səbəbi kimi istismar müddətinin bitdiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş dəymiş ziyanın bərpasına dair aktdan müəyyən edilir ki, Cavabdeh İB-nin Metrologiya Departamentinin, sayğacların müayinəsi labaratoriyasının xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-9800/Q004 nömrəli rəyinə əsasən G-4 markalı 1002AQ**********4 sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan metrologiya sayğacın element bitib, müvəqqəti element quraşdırıldı. xx.xx.2022-ci il tarixə elektron göstərici 31811 plombları eynidir. (Element qapağının üzərinə vurulan plombla eynidir). Sayğac mənfiyə işləyib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacda istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac istismara yararsızdır. Qaz sayğacının maksimal qaz sərfi 6m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 6x12x90=6480m3 Cəmi:6480m3 müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan müəyyən edilir ki, İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,60 manat məbləğində borc mövcuddur. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2023-cü il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Göründüyü kimi, cavabdeh iddiaçının yaşadığı ev üzrə abonentin hesabına 777,60 manat borcu sayğacın istismar müddətinin bitməsi ilə əsaslandırmış, sayğac çıxarılan zaman tərtib edilən aktda sayğaca hər hansı formada müdaxilə olunması qeyd edilməmişdir. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının yaşadığı ünvan üzrə abonent hesabına itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, əlavə borc hesablanması yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, sayğac çıxarılan zaman iddiaçı tərəfindən hər hansı formada müdaxilə edilməsi X1 əməkdaşları tərəfindən aşkar olunmadığından və sayğacın kənar müdaxilə nəticəsində zədələnməsi barədə məlumat həmin təhvil təslim aktında öz əksini tapmadığından, iddia təmin edilməli, İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evi üzrə abonent hesabına (abonent kodu: **********00000) xx.xx.2023-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat borc məbləği silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə, Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-346/2025
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-346/2025
16.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver