Məhkəmə qərarları › İş №2(071)-347/2022

Hacıqabul Rayon Məhkəməsi Qərardad — İş №2(071)-347/2022

17.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Hacıqabul rayonu İş № 2(071)-347/2022 17.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab edilməsi və ona dair nəticələrin ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 cavabdeh "xxxx" ASC-nə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab edilməsi və ona dair nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə 13.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, 248473 nömrəli aktın etibarsız hesab edilməsi və **********00360 saylı abunə hesabından həmin akta əsasən hesablanmış cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 17.05.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələbinə uyğun olaraq iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 cavabdeh "xxxx" ASC-nə qarşı “elektrik enerjisindən istifadə qaydalarının pozulması barədə aktın etibarsız hesab edilməsi və ona dair nəticələrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Hacıqabul rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar