Məhkəmə qərarları › İş №2(071)-364/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-364/2024

04.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-364/2024 04.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı Şiralı oğlunun iştirakı ilə, İddiaçı Şiralı oğlunun cavabdeh "xxxx" ASC-ə qarşı “xx.xx.2023-cü il tarixli 033734 nömrəli akta əsasən yazılmış cərimə məbləğinin azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Şiralı oğlu cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 tərəfindən tərtib edilmiş 033734 saylı xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi barədə və həmin akta əsasən hesablanmış cərimə məbləğinin 810,48 manatdan azaldılaraq 110,48 manata endirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Hacıqabul rayonu, Muğan qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. O istifadə etdiyi bütün komunal xərcləri vaxtı-vaxtında ödəmişdir. Bu günə qədər heç bir problemi olmamışdır. O, 2023-cü ilin iyul ayının əvvəlində sayğaca müdaxilə edərək təxminən 20-25 gün elektrik enerjisindən qanunsuz istifadə etmişdir. "xxxx" ASC-nin əməkdaşları onun istifadə etdiyi sayağaca baxış keçirərək kənar xətti aşakr etmişlər. O, etdiyi səhvi etiraf edir, lakin ay ərzində 12-15 manat məbləğində enerji sərf etdiyi halda ona 20-25 gün üçün 810,48 manat borc yazılmışdır. X1nin işçiləri hər ay sayğaclarda yoxlamalar aparırlar. Qeyd edilən cərimə bir yaşayış evinə qoyulmuş cərimədir, bir aydan da az müddətində 810 manat məbləğində elektrik enerjisi sərf etmək mümkün deyildir. O, bu barədə "xxxx" ASC Hacıqabul rayon şöbəsinə cərimə məbləğinin çox olması barədə müraciət etmiş, ona narazı olduğu halda məhkəməyə müraciət etməyini bildirmişlər. Əlavə olaraq bildirir ki, aylıq sərfiyyat cədvəlini təqdim etmiş həmin cədvələ baxaraq və arvadının 2-ci qrup əlil olduğunu qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Şiralı oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, "xxxx" ASC-nin əməkdaşları 2023-cü ilin iyul ayında onu kənar xəttdən istifadə etdiyini aşkarlayıblar və 800 manat cərimə yazıblar. İmkanları olmadığı üçün qənaət etmək üçün kənar xəttdən istifadə etmişdir. Hər ay nəzarətçilər gəlib baxış keçirmişlər. O, cəmi 10-15 gün kənar xəttdən istifadə etmişlər. Anası ankoloji atası isə şəkər xəstəsidir. Onların müalicəsi üçün xərci çıxdığı üçün imkanı olmadığını bildirdi. 810,48 manatın azaldılaraq 110,48 manat olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları Ə.Dadaşov, X.Allahverdiyev və A.Verdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 033734 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları Ə.Dadaşov, X.Allahverdiyev və A.Verdiyev xx.xx.2023-cü il tarixdə İddiaçı Şiralı oğluna məxsus (**********00041 nömrəli abunə kodu) Hacıqabul rayonu Muğan kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, abonentə məxsus elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşaraq eyni yuva etmiş və sayğac dövrədən kənarlaşdırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna 810,48 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca müdaxilə edildiyi, abonentə məxsus elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşaraq eyni yuva etmiş və sayğac dövrədən kənarlaşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İş materiallarından olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə” dair xx.xx.2023cü il tarixli akatdan görünür ki, elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşularaq sayğacın dövriyyədən kənarlaşdırılması ilə əlaqədar naqilin en kəsiyi, sutkanın 24 saatı və ilin 240 günü nəzərə alınmaqla riyazı hesablama yolu ilə abonentə 810.48 manat cərimə yazılmışdır. "xxxx" ASC-i tərəfindən abonenetə cərimə yazılarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1 bəndinin tələbləri pozulmamış, tələblərə uyğun olaraq cərimə məbləği naqilin en kəsiyi, sutkanın 24 saatı və ilin 12 ayından çox olmayan müddəti nəzərə alınmaqla, yəni ilin 240 günü (8 ayı) nəzərə alınmaqla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna 810,48 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca müdaxilə edilmiş, abonentə məxsus elektrik sayğacının çıxış faza xətti giriş faza xəttinə qoşaraq eyni yuva etmiş və sayğac dövrədən kənarlaşdırılmışdır. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Şiralı oğlunun cavabdeh "xxxx" ASC-ə qarşı “xx.xx.2023-cü il tarixli 033734 nömrəli akta əsasən yazılmış cərimə məbləğinin azaldılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar