Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-37/2023 13.02.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Hacıqabul rayon İcra Hakimiyyəti) – şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 08 fevral 1974-cü il təvəllüdlü X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qardaşı X4 xx.xx.1974-cü il tarixdə Hacıqabul şəhərində doğulmuşdur. Qardaşı anadangəlmə xəstədir, ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir və əlil olması ilə bağlı dövlətdən hər ay müavinət alır. Hər iki valideynləri dünyalarını dəyişmişlər. Hazırda onunla birlikdə qalır, evlidir və 2005-ci il təvəllüdlü bir usağı vardır. Uşağın pisixi vəziyyəti yaxşı olsa da təəsüflər olsun ki, qardaşı heç zaman yaxşılaşa bilməyəcəkdir. Qardaşına qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, çox ağır əqli gerilik (anadangəlmə idiotiya) diaqnozu qoyulmuşdur. Uzun müddətdir ki, o, qardaşının müalicəsi ilə məşğul olur. Onun sağalması üçün Azərbaycan Respublikasında yerləşən çox sayda klinika və xəstəxanalara müraciət etmişdir. Həkimlər qardaşını müayinə edərək xəstəliyinə əlac tapılmadığını bildirmişlər. Hal-hazırda qardaşının 48 yaşı var. O, öz hərəkətlərinin mənasını başa düşmür, özünü və hərəkətlərini idarə edə bilmir. O, qardaşına qəyyum təyin edilmək üçün Hacıqabul rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Orqanına müraciət etsə də, ona psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyum təyin edildiyini bildirmişlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxsin nümayəndəsini məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında İ-ЖГ 352367 nömrəli şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuşdur. Ərizəçi atası X5, anası X2r. İş materiallarında olan doğum haqqında İİ-ЖГ 440813 nömrəli şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə Qazı-Məmməd şəhərində anadan olmuşdur. X3 atası X5, anası X2r. İş materiallarında olan 010595 nömrəli vəsiqənin surətindən və əlillik haqqında arayışdan görünür ki, X1 dəfə xx.xx.2022-ci il tarixdə müayinə olunmuş və ona emosional-iradi pozğunluqlar və psixopatabənzər davranışla keçən imbesillik və ya debillik diaqnozu qoyulmuşdur və o, ikinci dərəcə əlil hesab olunmuşdur. İş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 4347 saylı rəyindən görünür ki, X4 orta dərəcəli əqli gerilik, F71 xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Bununla əlaqədar olaraq X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Beləliklə, X3 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirilir. Buna görə də məhkəmə hesab edir ki, X4 əqli və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X3 qardaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə, MPM-in 88 və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 305-306, 317-322 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 08 fevral 1974-cü il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(071)-37/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-37/2023
13.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver