Məhkəmə qərarları › İş №2(071)-372/2024

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-372/2024

18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-372/2024 18.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “xx.xx.2024-cü il tarixli 313784 nömrəli aktın ləğv edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərişıq ASC-nin Şirvan RETS-i tərəfindən tərtib edilmiş 313784 saylı xx.xx.2024-cü il tarixli akta əsasən hesablanmış borcun azaldılaraq 180 manata endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2lə birlikdə yaşayır. O, istifadə etdiyi bütün komunnal xərcləri vaxtıvaxtında ödəmişdir. Bu günə qədər də, heç bir problemi olmamışdır. xx.xx.2023-cü il tarixdə maddi cəhətdən ciddi sıxıntılar keçirdiyi və evdə azyaşlı nəvələri olduğu üçün sayğacdan kənar elektrik xətti çəkərək həmin elektrik enerjisindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları Hacıqabul şəhəri, 20 Yanvar küçəsi ev 74 ünvanında yerləşən onun adına rəsmiləşdirilmiş sayğaca baxış keçirən zaman kənar xətti aşkar etmiş və kənar xəttə görə onun abonent hesabına 1010,65 manat borc hesablamışlar. Hesab edir ki, xx.xx.2024-cü il tarixli 313784 saylı akta əsasən hesablanmış 1010,65 manat borc sərf etdiyi müddətə görə həddindən artıq çox hesablanmışdır. Ona yazılmış cərimə məbləğinin azaldılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, evin bütün kommunal xidmətləri onun adına rəsmiləşdirilmişdir. Yaşadığı evdə kənar elektrik xəttinin mövcud olmasından məlumatı olmamışdır. O, və digər ailə üzvləri evdə olmadığı vaxt "xxxx" ASC-nin əməkdaşları onun yaşadığı evə gələrək kənar xətti aşkar etmişlər. İfadəsinin sonunda İddiaçı onun abonent hesabına yazılmış cərimə məbləğinin azaldılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X2 ifadəsində abonentin kənar xətdən istifadə etdiyini və kənar xəttin aşkar edilməsi zamanı əməkdaşlar tərəfindən video çəkiliş aparıldığını bildirdi. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, "xxxx" ASC-nin əməkdaşları C.Qubadov, B.Mikayılov və H.Əhədov tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 313784 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları C.Qubadov, B.Mikayılov və H.Əhədov xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus (**********9 nömrəli abunə kodu) Hacıqabul şəhəri, 20 Yanvar küçəsi ev 74 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman müəyyən edilmişdir ki, fərdi yaşayış evinə məxsus elektrik hesabat sayğacının giriş xəttindən əlavə cihaz qoşmaqla sayğacdan kənar elektrik enerjisindən istifadə edir. Məhkəmə iclası zamanı cavabdeh tərəfindən təqdim edilmiş video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı iddiaçının yaşadığı evdə kənar elektrik xətdindən istifadə etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İş materiallarından olan “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə” dair xx.xx.2024cü il tarixli aktdan görünür ki, elektrik hesabat sayğacının giriş xəttindən əlavə cihaz qoşularaq sayğacın dövriyyədən kənarlaşdırılması ilə əlaqədar naqilin en kəsiyi, cərəyanın gərginliyi, sutkanın 24 saatı və ilin 120 günü (4 ayı) nəzərə alınmaqla riyazı hesablama yolu ilə abonentə 1010 manat 65 qəpik cərimə yazılmışdır. "xxxx" ASC-i tərəfindən abonentə cərimə yazılarkən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.17-1 bəndinin tələbləri pozulmamış, tələblərə uyğun olaraq cərimə məbləği naqilin en kəsiyi, cərəyanın gərginliyi, sutkanın 24 saatı və ilin 12 ayından çox olmayan müddəti nəzərə alınmaqla hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğaca müdaxilə edildiyinə görə, abonentin saldosuna 1010,65 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya məxsus evə quraşdırılmış sayğaca müdaxilə edilmiş, sayğacdan kənar elektrik enerjisindən istifadə edilmişdir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh "xxxx" ASC-ə qarşı “xx.xx.2024-cü il tarixli 313784 nömrəli akta əsasən yazılmış cərimə məbləğinin azaldılması” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar