Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-377/2023 17.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X3 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun abonent hesabına əsassız olaraq borc kimi yazılmış 1332 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Qarasu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Yaşadığı evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilib və xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, qazın dəyərini vaxtı-vaxtında ödəyir. Belə ki, 01 iyun 2022-ci il tarixdə qaz idarəsinin işçiləri gələrək onun evinə qaz təminatı məqsədilə quraşdırılmış G-4 markalı 1002AQ **********5 saylı qaz sayğacını açaraq, özləri ilə aparıblar. Eyni zamanda da Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* saylı akt tərtib etdilər və sayğacı mexaniki sayğacla əvəz etdilər. O evə gələndə qaz sayğacının yanında qaz idarəsinin əməkdaşlarının qaz sayğacına nəsə etdiklərini gördüb və soruşduqda bildiriblər ki, sayğacın istismar müddəti bitdiyi üçün, yeni sıfırdan mexaniki qaz sayğacı ilə əvəzlənir. O şahidi olub ki, yeni qaz sayğacı quraşdırıldı və aktda göstəriblər ki, növbəti dövlət yoxlamasıdır və həmin aktı o imza edib. Sonradan evə gələrək və xəbərdarlıq etdilər ki, siz təbii qazdan istifadə qaydalarını pozmusunuz və sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşən hissədən sınıqdır. Nəticədə sayğac ALARM-1 rejimindədir. klapan bağlıdır. Sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən gövdədən aralıdır. Maqnit ötürücü dişli çarxa müdaxilə edilməsi mümkündür. Sayğacın yaddaş arxivi oxundu.xx.xx.2022-ci il tarixdə ALARM-1 rejimi aşkar olunub. Koroziya nəticəsində çıxış yivlibirləşmə gövdədən qopub. Sayğac istismara yararsızdır. Onu da qeyd etmək isdəyirki, dəyişilmiş sayğacın istismar müddəti 5 il olduğu halda 11 il fasiləsiz yoxlanılmadan istifadə edilmişdir. Halbuki o və ailə üzvləri sayğaca heç bir müdaxilə etməmişdir. Buna baxmayaraq, ona əsassız olaraq 1332 manat cərimə hesablamışlar. Belə ki, yazılmış cərimə əsassızdır. O təbii qazdan istifadəyə görə vaxtı vaxtında ödənişləri etmişdir. Onların təqsiri olmadan qaz sayğacına dəymiş ziyana görə cərimə ödəməli deyil. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İstehsalat Birliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 01 iyun 2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış itron tipli G4 markalı 1002AQ**********5 nömrəli qaz sayğacı yeni Zinner mexaniki tipli, G4 markalı **********304 nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Sayğacın çıxarılma səbəbi kimi Alarm-1 rejimi aşkarlanaraq istismar müddətinin bitməsi göstərilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 dekabr 2022-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, İtron tipli 1002AQ**********5 nömrəli G-4 markalı sayğacın element yuvasının qapağı sınıq olması, Alarm-1 rejmində işləməsi və dəymiş ziyanın hesablanması və ödənilməsinin tələb edilməsi qeyd edilmişdir. İş materiallarında olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, “Azəriqaz” X1 Departamentinin sayğacların labaratoriyasının 23 dekabr 2022-ci il tarixli MSK 29/1710-04801-1 nömrəli rəyinə əsasən G4 markalı 1002AQ**********5 nömrəli sayğaca baxış keçirilmiş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın element yuvasının qapağı alt hisədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac Alarm-1 rejimindədir. Klapan bağlıdır. Sayağacın hesablama mexanizminin qoruyucu örtüyü alt hisədən gövdədən aralıdır. Maqnit ötürücü dişli çarxa müdaxilə edilməsi mümkündür. Sayğacın yaddaş arxivi oxundu xx.xx.2022-ci il tarixdə Alarm-1 rejimi aşkar olundu. Koroziya nəticəsində çıxış yivli birləşmə gövdədən qopub, sayğac istismara yararsızdır. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 24 x 90=8640 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Tələbnamədə əsas kimi xx.xx.2022-ci il tarixli, ******* nömrəli akt qeyd edilmişdir. İş materiallarında olan İddiaçı yaşadığı Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evinə dair abonentin saldosundan görünür ki, iddiaçının abonent hesabına 2022-ci ilin dekabr ayı üçün qalıq və aktlar üzrə 1036,80 manat borc hesablanmışdır. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac 01 iyun 2022-ci il tarixdə yeni tipli sayğac ilə əvəzlənmişdir. Çıxarılan sayğac yoxlamadan keçirilmiş və müəyyən edilmişdir ki, sayğacın element yuvasının qapağı alt hisədən gövdəyə birləşən hissədən sınıqdır, nəticədə sayğac Alarm-1 rejimindədir. Klapan bağlıdır. Sayağacın giriş-çıxış boğazı korroziyaya uğramışdır. Koroziya nəticəsində çıxış yivli birləşmə gövdədən qopub, sayğac istismara yararsızdır. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 1036,80 manat pul tələb edilir. Göründüyü kimi, cavabdeh iddiaçının abonent hesabına 1036,80 manat borcu sayğaca onun tərəfindən hər hansı müdaxilə edilməsi ilə deyil, sayğacın giriş-çıxış boğazının korroziyaya uğraması və sayğacın yararsız olması ilə əsaslandırmışdır. İddiaçı isə çıxarılan sayğacın istismar müddətinin bitdiyini, bu müddət ərzində sayğacın fasiləsiz işlədiyini və sayğaca hər hansı müdaxilənin olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi, yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə qaz abonenti cavabdehlik daşımır. Həmin cavabdehliyi qaz paylayıcısı olan cavabdeh özü daşıyır. Cavabdeh tərəf qaz sayğacına qaz abonenti tərəfindən hər hansı formada müdaxilə edilməsini göstərməmiş, bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyərinə görə hesablanmış borc iddiaçının qanunla qorunan hüquqlarını pozur. İddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əlavə pul hesablanması yolverilməzdir. Qeyd edilməlidir ki, iddiaçı akt əsasında onun abonent hesabına 1332 manat borc yazıldığını iddia etsə də, abonentin soldosundan məlum olur ki, akt əsasında onun abonent hesabına cəmi 1036,80 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə hesab edir ki, saygac çıxarılan zaman onda abonent tərəfindən müdaxilə edilməsi ilə bağlı heç bir qeyd aparılmadığından, həmin vaxt sayğaca müdaxilə olunması X2 əməkdaşları tərəfindən aşkar olunmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə sayğac çıxarılan zaman onun element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olması, giriş-çıxış boğazının korroziyaya uğraması qeyd edildiyindən və həmin hallara görə abonent (iddiaçı) məsuliyyət daşımadığından, eləcə də sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən, həmçinin akt əsasında abonentə 1332 manat deyil, 1036,80 manat borc hesablandığından, iddia qismən təmin edilməli, iddiaçının abonent hesabına hesablanmış 1036,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Hacıqabul rayonu, Qarasu kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfinə görə İddiaçı (abonent kodu: **********00000) abonent hesabına hesablanmış 1036,80 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(071)-377/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-377/2023
17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver