Məhkəmə qərarları › İş №2(071)-391/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-391/2022

26.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-391/2022 26.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (oğlu) X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 17.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 518,40 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Hacıqabul rayonu Talış kəndində abonent qeydiyyatında olmaqla 2014-cü ilin iyul ayından təbii qaz istifadəçisidir. 07 iyul 2021-ci il tarixdə ******* nömrəli akta əsasən istismar müddəti bitmiş qaz sayğacı mexaniki qaz sayğacı ilə əvəz edilmişdir. 24 dekabr 2021-ci ildə Hacıqabul Qaz İdarəsinin işçiləri onun istifadəsində olan mexaniki qaz sayğacını onların şikayyəti əsasında başqa mexaniki qaz sayğacı ilə əvəz etmişlər. Qaz sayğacı əvəz edildikdən 2 ay keçdikdən sonra ona 518,40 manat cərimə olunması barədə bildiriş gəlmişdir. Səfərov X1 rayon Qaz İdarəsinə gedərək, cərimə olunmağının səbəbini soruşduqda ona cərimənin Cavabdeh X2 Departamentinin sayğacın hesablama mexanizminin qoruyucu qapağının gövdədən tamamilə aralandığı, hesablama mexanizminin iş prinsipinə maneə törədilməsinin mümkün olması barədə rəyinə əsasən X6 İstismar İdarəsinin sifarişi əsasında yazıldığını bildirmişlər. İddiaçı həmin akta etiraz etmişdir. Çünki, qaz sayğacı hər ay qaz sərfıyyatını qeydə almış və qaz sayğacı çıxarılanda hesablama mexanizminin qapağı gövdədən aralı olmamış və sayğacın çıxarılması barədə tərtib olunmuş ******* nömrəli aktda da bu barədə heç bir qeyd edilməmişdir. Bundan başqa həmin akt fakt əsasında deyil fərziyə ilə yazılmışdır. İddiaçı hər ay istifadə etdiyi qazın dəyərini verilmiş bildirişi əsasında **********00542 abonent koduna köçürmüş və bunun müqavilində qazdan istifadə etmişdir. Qaz idarəsinin işçiləri cərimə aktını İddiaçı yaşadığı ünvanda yazmamışlar. İdarədə İddiaçı təqdim olunmuş aktda yalandan imtina etdi yazılmışdır. Hesab edir ki, hesablanmış borc əsassız yazılmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı Hacıqabul rayonu, Talış kəndində yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər Zenner tipli G-4 markalı **********7 nömrəli mexaniki qaz sayğacı quraşdırılmışdır. 24.12.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 **********5 nömrəli sayğac ilə əvəz edilmişdir. X6 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 24.12.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğac dəyişdirilərkən sayğacın istismar müddətinin bitdiyi göstərilmişdir. 28.02.2022-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı Hacıqabul rayonu Talış kəndində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın sərfiyyatını qeyd etmir. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş 28.02.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X2 Departamentinin sayğacların labaratoriyasının 28.02.2021-ci il tarixli MSK 29/1710-00472-1 nömrəli rəyinə əsasən G4 markalı **********7 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu qapağı gövdədən tamamı ilə aralanıb və hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90 = 4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, Zenner tipli G-4 markalı **********7 nömrəli elektron qaz sayğacı 24.12.2021-ci il tarixdə istifadə müddəti bitmə səbəbindən Zenner tipli G-4 markalı **********7 nömrəli sayğac ilə əvəz edilmiş, qaz sayğacı dəyişdirilərkən qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 24.12.2021-ci il tarixli ******* saylı aktda sayğacın dəyişdirilməsi səbəbi kimi istifadə müddətinin bitməsi göstərilmişdir. Belə ki, həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Bundan başqa dəymiş ziyanın bərpasına dair tələbnamədə İddiaçı 432 manat borc yazıldığı göstərilsə də, İddiaçı iddia tələbində ona 518,40 manat borc yazıldığını göstərərək silinməsini xahiş etmişdir. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə və ya istismar müddəti bitmiş qaz sayğacının mexanizminin keçən qaz sərfiyatını qeydə almaması əsası ilə pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qismən təmin edilməli, 28.02.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 432 manat borc istehlakçı İddiaçı (abunə kodu **********00542) hesabından silinməlidir. İddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul rayonu, Talış kəndində yerləşən fərdi yaşayış evinə hesablanmış 432 (dörd yüz otuz iki) manat borc - istehlakçı İddiaçı **********00542 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar