Məhkəmə qərarları › İş №2(071)-391/2023

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-391/2023

17.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-391/2023 17.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X4 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın ləğv edilməsi və həmin akt əsasında onun abonent hesabına hesablanmış 810,05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ailəsi ilə birlikdə Hacıqabul rayonu Ələtli kəndində qeydiyyatda olmaqla, özünə məxsus fərdi yaşayış evində yaşayır. xx.xx.2023-cü il tarixdə "Azərişıq” ASC-nin Hacıqabul rayon şəbəkəsinin montyoru X2 iddiaçının ünvanında olan sayğaca gələn elektrik enerjisi xəttini dirəkdən açıb getmiş və bildirmişdir ki, "xxxx" ASC-nin Baş idarəsindən "AKT" yazılıb ona görə sizin evə gələn xətt açılmalıdır. Halbuki, əvvəlcədən heç bir xəbərdarlıq və hər hansı bir məlumat vermədən ünvanına gələn elektrik xəttini açılmışdır. O, bununla əlaqədar "xxxx" ASC-nin Hacıqabul şöbəsinə gedərək ona məlum olub ki, yaşadığı fərdi yaşayış evinə dair "Azərişıq” ASC tərəfindən xx.xx.2023-cü ildə akt yazılmış və buna görə 810,05 manat cərimə hesablanmışdır. “Azərişıq" ASC-nin əməkdaşları E.Qayıbov, U.Şəfiyev və S.Həşimov tərəfindən Hacıqabul rayonu, Ələtli kəndində yerləşən fərdi yaşayış evinin abonenti İddiaçı adına tərtib olunmuş aktdan görünür ki, aşkarlanmış qüsur kimi yazılır yoxlama zamanı məlum olduki, EEİQ-na uyğun el sayağaına baxış keçirilən zamanı məlum olmuş ki, abonentin mənzili sayağacdan kənar xətt vasitəsilə mənzil qidalandırılır. Həmin kənar xətt dediklərinin onun fərdi yaşayış evinə heç bir adiyyatı yoxdur. Belə ki, onun mülkiyyətin aid olan sayğacdan hər hansı bir qanun pozuntusu aşkar edilməmişdir. "Azərişıq” ASC-nin əməkdaşları umumi kəndə istifadə etdiyi xəttdən təxminən 1 m-lik tək kabel asılmış və bunun əsasında ona cərimə yazmışdır. Halbuki, tək xətlə işıqdan istifadə etmək mümkün deyil. Akta əsasən yazılmış 810,05 manat cəriməni əsassız və qanunsuz hesab edir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin hazırlıq iclasında İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli akt əsasında hesablanmış 810,05 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan cavabdehin satışa nəzarət idarəsinin əməkdaşları E.Qayıbov, V.Şəfiyev və S.Həşimov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 031188 nömrəli aktda göstərilmişdir ki, "xxxx" ASC-nin əməkdaşları İddiaçı yaşadığı (**********00045 nömrəli abonent kodu) Hacıqabul rayonu Ələhətli kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zaman məlum olduki, abonentin mənzili sayağacdan kənar xətt vasitəsilə mənzil ilə qidalanır. Baxış zamanı video çəkiliş aparıldı aparat vasitəsi ilə kənar xətdən çıxan yük ölçüldü 1 = 9H Kabelin en kəsiyi 2*10 mm2 50*022-11 faktiki qoyulmuş güc 11 kv/saat aşkar edilmişdir. Aktda naqilin en kəsiyi 2x10 mm2 olması və kənar xəttin ləğv olunması göstərilmişdir. İş materiallarında olan abonentin soldosundan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı abonent hesabına (abonent kodu **********00045) 031188 nömrəli akt əsasında 810,05 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X1 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixdən qüvvədə olan 8.17-2-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli 031188 nömrəli akta əsasən İddiaçı yaşadığı (**********00045 nömrəli abunə kodu) Hacıqabul rayonu Ələhətli kəndində yerləşən fərdi yaşayış evində sayğaca baxış keçirmələri zamanı, abonentin yaşadığı ev sayğacdan kənar xətt vasitəsilə ilə qidalanır. Baxış zamanı video çəkiliş aparıldı aparat vasitəsi ilə kənar xətdən çıxan yük ölçüldü 1 = 9H Kabelin en kəsiyi 2*10 mm2 50*022-11 faktiki qoyulmuş güc 11 kv/saat aşkar edilmişdir. Aktda naqilin en kəsiyi 2x10 mm2 olması və kənar xəttin ləğv olunması göstərilmişdir, sayğaca baxış zamanı abunəçi kimi iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmiş və EEİQ-nın 8.17-2-ci bəndinə müvafiq surətdə yol verilmiş pozuntu faktını təsdiq edə biləcək foto və video çəkilişlər aparılmamışdır. Məhkəmə iclasında da cavabdeh tərəf pozuntu faktını təsdiq edə biləcək foto və videoçəkilişi məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X1 Qaydalarının tələblərinə uyğun keçirilmədiyindən, məhkəmə sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. İddiaçının abonent hesabına isə məhz həmin akt əsasında borc hesablandığından, iddiaçının tələbi haqlı olmaqla təmin edilməli, akt əsasında onun abonent hesabına hesablanmış 810,05 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli NDM 031188 nömrəli akt əsasında İddiaçı abonent hesabına (abonent kodu **********00045) "xxxx" ASC tərəfindən hesablanmış borc 810,05 manat (səkkiz yüz on manat, beş qəpik) borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar