Məhkəmə qərarları › İş №2(071)-396/2022

Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-396/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-396/2022 31.05.2022 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hacıqabul rayon Məhkəməsinin hakimi və sədri vəzifəsini müvəqqəti icra edən Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Zeynalov Ələkbər Şakir oğlunun katibliyi, İddiaçı nümayəndəsi (arvadı) X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “aktın etibarsız hesab edilməsi və hesablanmış debitor borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə 28.03.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh (Salyan RQİİ) tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və onun abonent hesabına əlavə edilmiş 432 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı onun əridir. Onlar ailə üzvləri ilə birlikdə Hacıqabul rayonu Nəvahi qəsəbəsində yaşayırlar. Yaşadıqları evin qaz təminatı üçün quraşdırılmış qaz sayğacı İddiaçı adına rəsmiləşdirilmişdir. Onlar təbii qazdan istifadə edir və verilmiş bildirişlərə əsasən qazın dəyərini vaxtı-vaxtında ödəyirlər. 27.07.2021-ci il tarixdə baş vermiş güclü külək nəticəsində onların evinin daş hasarın uçmuşdur və hasara bərkidilmiş İTRON smart markalı G-4 tipli qaz sayğacı hasarın aşması nəticəsində yerindən qoparaq tam yararsız vəziyyətə düşmüşdür. Onlar bu barədə dərhal qaz idarəsinin işçilərinə məlumat vermişdir. 28.07.2021-ci il tarixdə Hacıqabul rayon FHK tərəfindən bu barədə müvafiq akt tərtib edilmişdir. 29.07.2021-ci il tarixdə qaz idarəsinin işçiləri onların evinə quraşdırılmış yararsız hala düşmüş 1102AQ**********8 saylı qaz sayğacını açaraq özləri ilə aparmışlar və yeni sayğac quraşdırmışlar. Eyni zamanda qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında ******* saylı akt tərtib etmişlər. Daha sonra 28.02.2022ci ildə qaz idarəsinin işçiləri onların evinə gələrək ona sayğacın Alarm-1 rejimində olduğunu, deformasiya nəticəsində giriş yivli birləşmənin gövdədən qopuq olduğunu göstərərək təbii qazdan istifadə qaydasını pozması barədə xəbərdarlıq etmişlər və bu barədə ******* nömrəli akt tərtib etmişlər. Onlar həmin aktı imzalamaqdan imtina etmişlər. Çünki, sayğaca müdaxilə etməmişlər, güclü külək evin hasarını uçurduğuna görə qaz sayğacı yararsız hala düşmüşdür, bu səbəbdən hesablanmış borc qanunsuz olmuşdur. Hadisə baş verən kimi qaz idarəsinə qəza ilə bağlı məlumat vermiş və qazın verilməsi dərhal dayandırılmışdır. Odur ki, hesablanmış 432 manat borc silinməlidir. Bu səbəbdən iddia təmin edilməsini xahiş edir. Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi göndərilmiş, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində təbii qazın sərfiyyatını müəyyən etmək üçün əvvəllər İtron tipli G-4 markalı 1102AQ**********8 nömrəli elektron qaz sayğacı quraşdırılmışdır. 29.07.2021-ci il tarixdə göstərilən qaz sayğacı, Zenner tipli G-4 **********5 nömrəli sayğac ilə əvəz edilmişdir. X5 İstismar İdarəsinin Hacıqabul Xidmət Sahəsindən İddiaçı qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 29.07.2021-ci il tarixli ******* nömrəli akt verilmişdir. Sayğacın dəyişdirilməsinə səbəb 27.07.2021-28.07.2021-ci il tarixdə baş vermiş güclü külək nəticəsində hasarın aşması nəticəsində sayğacın yararsız vəziyyətə düşməsi olmuşdur. 28.02.2022-ci il tarixli ******* nömrəli aktda göstərilmişdir ki, İddiaçı yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğac Alarm-1 rejimindədir və deformasiya nəticəsində giriş yivli birləşmə gövdədən qopuqdur. Dəymiş ziyanın hesablanıb ödənilməsi təmin edilsin. Cavabdeh tərəfindən verilmiş 28.02.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən edilir ki, Cavabdeh X1 Departamentinin sayğacların labaratoriyasının 28.02.2022-ci il tarixli MSK 29/1710-00701-1 nömrəli rəyinə əsasən G4 markalı 1102AQ**********8 nömrəli sayğaca baxış keçirilmilş və yoxlama zamanı müəyyən edilmişdir ki, sayğac Alarm-1 rejimindədir, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlənir və sayğacın yaddaş arxivi oxundu 28.07.2021-ci il və 17.12.2021-ci il tarixlərdə ALARM-1 rejimi aşkar olundu. Beləliklə qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə (4 x 12 x 90=4320 m3) itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi tələb edilmişdir. Azərbaycan Metrologiya İnstitutu və Cavabdeh İB-nin Metrologiya Departamenti tərəfindən təsdiq edilmiş “DNŞ Cavabdeh İB Qaz sayğacının yoxlanılması barədə” 28.02.2022-ci il tarixli MSK- 29/1710-00701-1 nömrəli aktdan müəyyən edilir ki, Cavabdeh İB-nin SOCAR**********30991710X00701 nömrəli 16.02.2022-ci il tarixli telefonoqrammasına əsasən 16.02.2022-ci il tarixdə əhali sektorunda istismarda olan Salyan RQİİ Metrologiya Departamentinə gətirilmiş, aktda nömrələri qeyd olunan (o cümlədən iddiaçıya məxsus) Fransa istehsalı G4 markalı İtron tipli (Smart Payment) qaz sayğacları 21.02.2022-ci il tarixdə Dövlət yoxlaması nəticəsində yararsız hesab edilmişdir. X5 İstismar İdarəsi tərəfindən verilmiş bildirişdən müəyyən edilir ki, İddiaçı 28.02.2022-c il tarixdə MSK 29/1710-00701-1 saylı akta əsasən 211,69 manat borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Hacıqabul rayon Fövqəladə Hallar Komissiyası tərəfindən tərtib edilmiş 28.07.2021-ci il tarixli aktdan müəyyən edilir ki, həqiqətən 27.07.2021-ci il tarixdə baş vermiş güclü külək nəticəsində Nəvahi qəsəbə sakini İddiaçı məxsus İtron smart markalı G4 tpli qaz sayğacı hasar aşması nəticəsində yerindən qoparaq tam yararsız hala düşmüşdür. Komissiya Nəvahi qəsəbə sakini İddiaçı adına olan qaz sayğacının yenisi ilə əvəz olunmasını məqsədəuyğun hesab edir. Hacıqabul rayon Nəvahi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş 28.07.2021-ci il tarixli aktdan müəyyən edilir ki, 28.07.2021-ci il tarixdə baş vermiş güçlü külək nəticəsində İddiaçı məxsus 44 metrlik daş hasarının 20 metrlik hissəsi və hadisə nəticəsində qaz xətti və sayğac yararsız hala düşmüşdür. Məhkəmə qeyd edir ki, 28.07.2021-ci il tarixdə İddiaçı məxsus daş hasarın aşması nəticəsində qaz xəttinin və sayğacın yararsız hala düşməsi İddiaçı təqsirindən baş vermədiyinə görə İtron tipli G-4 markalı 1102AQ**********8 nömrəli elektron qaz sayğacının dəyəri (211,69 manat) və qaz itkisinə görə İddiaçı borc yazıla bilməz. İddiaçı yaşadığı fərdi yaşayış evində işlətdiyi təbii qazın dəyərini hər ay sayğacın göstəricisi üzrə ödəsə də, tərtib edilmiş aktda sayğaca müdaxilə olunub-olunmaması göstərilməmiş, xətanın əmələ gəlmə səbəbi müəyyən edilməmişdir. Köhnə sayğac dəyişdirilərkən və yenisi quraşdırılarkən iddiaçıya bildirilməmiş, bundan onun xəbəri olmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Məhkəmə qeyd edir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində istehlakçı kimi iddiaçının hüquqları pozulmuşdur. Belə ki, İtron tipli G-4 markalı 1102AQ**********8 nömrəli elektron qaz sayğacı 29.07.2021-ci il tarixdə Zenner tipli G-4 markalı **********5 nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismarı haqqında tərtib edilmiş 29.07.2021-ci il tarixli ******* saylı aktda 28.07.2021-ci il tarixdə baş vermiş güçlü külək nəticəsində qaz xəttinin və sayğacın yararsız hala düşmüşməsi göstərilmişdir. Bundan başqa həmin aktda sayğaca müdaxilə olunması barədə hər hansı qeyd edilməmiş və həmin akt əsasında iddiaçıya hər hansı borc yazılmamışdır. Müddəti bitmiş məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına təchiz edildiyinə görə, iddiaçıdan dəyişdirilmiş qaz sayğacına görə 432 manat pul tələb edilməsi qanunsuz və əsassızdır. Çünki, istehlakçının təqsiri nəticəsində qaz sayğacına müdaxilə edilməsi sübuta yetirilməmişdir. Qaz sayğacı evin çölündə küçədə, yəni iddiaçının evindən kənarda quraşdırıldığına görə iddiaçı qaz sayğacına görə cavabdehlik daşımır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.05.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, 28.02.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış 432 manat borc istehlakçı İddiaçı (abunə kodu **********01100) hesabından silinməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28.02.2022-ci il tarixli ******* nömrəli akt etibarsız hesab edilsin. Həmin akt əsasında İddiaçı yaşadığı Hacıqabul rayonu Nəvahi qəsəbəsində yerləşən fərdi yaşayış evinə hesablanmış 432 manat borc - istehlakçı İddiaçı **********01100 nömrəli abunə hesabından silinsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar