Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-398/2024 18.04.2024 HACIQABUL RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Orxan Telman oğlunun sədrliyi, Fərəcov İsmail Vəzir oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-ə qarşı “borcun silinməsi tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən onun abonent hesabına **********000 əlavə edilmiş 745,16 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, oğlu ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh ASC-i tərəfindən onun mənzilinin su sərfiyyatının hesablanması məqsədi ilə xx.xx.2017-ci il tarixində quraşdırılmış mexaniki tipli su sayğacı xx.xx.2019-cu il tarixdə dəyişdirilmiş və həmin gün yəni, xx.xx.2019-cu il onun ünvanına mexaniki su sayğacı quraşdırılmışdır. Sayğac dəyişən zaman abonent hesabına ödəniş əlavə etmişdir. Həmin ödənişləri etdiyi zaman orada artıq məbləğin yazıldığını görmüş və su idarəsinin əməkdaşına burada niyə bu qədər borc yazıldığını soruşmuş, onlar narahat olmamasını bildirmişlər. Daha sonra ona məlum olmuşdur ki, sayğac xx.xx.2017-ci tarixindən sonrakı müddətə əlavə olaraq onun abonent hesabına əlavə sərf olaraq 745,16 manat borc hesablamışdır. Sənədlərə əlavə etdiyi abonent kartından çıxarışdan da görünür ki, onların o məbləğdə su sərf etməkləri ağlabatan deyil. Həmçinin qeyd edir ki, 2017-ci ildən bu yana dəfələrlə ölkə hüdudlarından kənara gedib-gəlmişdir. Müraciətini onunla əsaslandırır ki, Azərsu ASC-nin onun abonent hesabına əlavə etmiş olduqları 745,16 manat məbləğin əsassız olduğunu və həmin sayğacın sıradan çıxmasında onun heç bir günahının olmamasını nəzərə alınaraq və həmin borcun silinməli olduğunu düşünür. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, vətəndaş onlara ödəniş etdiyini bildirsədə lakin, onların sistemində ödəniş göstərilməyib. 2019-cu ildə 60 manat, 2020 və 2021-ci illərə aid ödəniş olmadığını, 2022-ci il ərzində 70 manat, 2023-cü il tarixdə 110 manat ödəniş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, abonenti olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı yaşayır. Cavabdeh tərəfindən həmin ünvanda mexaniki su sayğacı yenisi ilə əvəz olan zaman onun abonent hesabına 745,16 manat məbləğində borc əlavə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il 262 saylı qərarının 1.2.5-ci bəndinə əsasən tullantı suları – istehlakçıların istifadə edilərək çirkləndirdiyi, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Həmin Qaydaların 4.1-ci maddəsində qaydaların tələblərinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etməyin istehlakçının vəzifəsi olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs borclu başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir. Kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərin hər bir təqsirli pozuntusu hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məhkəmə, işin faktiki hallarını və qeyd edilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinə quraşdırılmış sayğac yenisi ilə əvəz olunduğuna görə, abonentin saldosuna 745,16 manat borc hesablamaqda haqlı olmuşdur. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı 2019-cu ildə 60 manat, 2022-ci ildə 70 manat, 2023cü ildə 110 manat ödəniş etmiş, 2020 və 2021-ci illərdə isə ümumiyyətlə heç bir ödəniş etməmişdir. Yəni dörd il ərzində istehlakçı ümumilikdə cəmi 240 manat ödəniş etmişdir. Lakin, Cavabdeh ASC tərəfindən istehlakçı fasiləsiz olaraq su ilə təmin edilmişdir. İstehlakçının 2020 və 2021-ci illər ərzində ümumiyyətlə işlətdiyi suya görə ödəniş etməməsi və digər illər ərzində istifadə etdiyi su ilə müqayisədə az ödəniş etməsi nəzərə alınmaqla, istehlakçının abonent hesabına Cavabdeh ASC tərəfindən borc yazılmasını məhkəmə qanuni hesab edir. Odur ki, qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh ASC-ə qarşı “borcun silinməsi tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Bayramov
Məhkəmə qərarları › İş №2(071)-398/2024
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-398/2024
18.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver