Azərbaycan Respublikası adından QƏTNAMƏ Hacıqabul rayonu İş № 2(071)-399/2023 24.05.2023 HACIQABUL RAYON MƏHKƏMƏSİ X9 Nazim oğlunun sədrliyi, Səlimova Günel Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 209542 nömrəli aktın etibarsız hesab edilməsi və abonent hesabına hesablanmış 1120,66 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən bütün komunal xidmətlərin müqavilələri onun həyat yoldaşı X4 adına rəsmiləşdirilmişdir. Həyat yoldaşı X7 27 aprel 2018-ci il tarixdə vəfat etmişdir. Həmin sayğacdan uzun müddətdir ki, istifadə edir və aylıq nə qədər borcu varsa onu vaxtı-vaxtında ödəyir. Bu günə qədər onun heç bir borcu olmamışdır. Bir müddət sonra sayğacı yenisi ilə əvəz etdilər. Təxminən bir neçə gün bundan əvvəl bilmişdir ki, sayğacında silinmə var. Buna görə Cavabdeh-nin Hacıqabul şöbəsinə müraciət edərkən bilmişdir ki, 12 fevral 2021-ci il tarixdə 209542 nömrəli akt tərtib edilmişdir. Bu vaxta qədər o elektrik enerjisindən qanuna uyğun formada istifadə edib borcunu vaxtı-vaxtında ödəmişdir. Onun barəsində tərtib edilmiş bu aktı qanunsuz hesab edir. Belə ki, bu sayğac üzrə hər il yoxlama aparılsada heç vaxt qanunsuzluq aşkar edilməmişdir. Hətta bu sayğac göründüyü kimi, mərhum həyat yoldaşının adınadır. Hazırda istifadəsində olan sayğaca yazılan cərimə mərhum ərinin adına yazılmışdır. Odur ki, aktı qanunsuz hesab edir və aidiyyatı üzrə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və nümayəndənin iştirakını təmin etməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin Şirvan RETSİ-nin əməkdaşları H.Əhədov, S.Muxtarlı və B.Mikayılov tərəfindən tərtib edilmiş 12 fevral 2021-ci il tarixli 209542 nömrəli aktda göstərilmişdir ki, həmin tarixdə abonent Nurulla Nəsirovun yaşadığı fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirmiş, baxış zamanı abonentə məxsus elektrik hesabat sayğacının alt qapaq möhürünün qırıq olması, sayğacın keçən yükü düzgün qeyd etməməsi müəyyən edilmişdir. İş materiallarında olan abonent Nurulla Nəsirovun soldosundan müəyyən edilir ki, xx.xx.2021-ci il tarixli, R209542 nömrəli akt əsasında abonent hesabına (abonent kodu **********5) 575,82 manat borc hesablanmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X1 nikahı 02 dekabr 1975-ci il tarixdə qeydə alınmış, nikah bağlandıqdan sonra ərə “Nəsirov”, arvada “Nəsirova” soyadı verilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Beləliklə, iş materialları ilə müəyyən olunur ki, iddiaçı X3 ilə X7 1975-ci ildə nikaha daxil olmuşlar və birgə nikahda olduqları müddət ərzində ünvan 2 ünvanında yaşamışlar. Birgə yaşadıqları fərdi yaşayış evinə dair X2yə görə cavabdehlə iddiaçının əri – Nurulla Nəsirov arasında müqavilə bağlanmış, abonent hesabı sonuncunun adına açılmışdır. İddiaçının əri xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda iddiaçı həmin fərdi yaşayış evində yaşadığından, X2yə görə abonentə hesablanmış borcun silinməsini tələb etmək üçün subyektiv hüququ vardır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 7.9-cu bəndinə əsasən məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.17-1-ci maddəsinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydaların 14 aprel 2022-ci il tarixədək qüvvədə olmuş 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Qaydaların 8.34-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Məhkəmə qeyd edir ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli, R209542 nömrəli akta əsasən iddiaçının yaşadığı fərdi yaşayış evində quraşdırılmış sayğaca baxış keçirilməsi zamanı, abonentə məxsus elektrik hesabat sayğacının alt qapaq möhürünün qırıq olması, sayğacın keçən yükü düzgün qeyd etməməsinin müəyyən edilməsi göstərilsə də, sayğaca baxış zamanı iddiaçının (və ya ailə üzvlərindən birinin) iştirakı təmin edilməmiş və həmin dövrdə qüvvədə olmuş EEİQ-nın 8.33-cü bəndinə müvafiq surətdə yol verilmiş pozuntu faktını təsdiq edə biləcək iki nəfər hal şahidinin iştirakı təmin edilməmişdir. Məhkəmə iclasında da cavabdeh tərəf pozuntu faktını təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bununla belə qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli R209542 nömrəli akt əsasında abonentin hesabına 1120,66 manat borc yazıldığını qeyd etsə də, iş materialarında olan abonentin saldosundan görünür ki, qeyd edilən akt əsasında abonentin hesabına 575,82 manat borc hesablanmışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə quraşdırılmış elektrik sayğacına baxış X2 Qaydalarının tələblərinə uyğun keçirilmədiyindən, məhkəmə sayğaca baxış keçirilməsi zamanı tərtib edilmiş aktı mötəbər sübut kimi qəbul etmir. Bu səbəbdən həmin akt etibarsız hesab edilməlidir. İddiaçının yaşadığı ünvan üzrə abonentin hesabına isə məhz həmin akt əsasında borc hesablandığından, akt əsasında hesablanmış 575,82 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləninin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, R 209542 nömrəli akt etibarsız hesab edilsin və həmin akt əsasında İddiaçı yaşadığı fərdi yaşayış evi üzrə abonentin hesabına (abonent kodu **********5) "xxxx" ASC tərəfindən hesablanmış 575,82 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Hacıqabul rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X10
Məhkəmə qərarları › İş №2(071)-399/2023
Hacıqabul Rayon Məhkəməsi Qətnamə — İş №2(071)-399/2023
24.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver